Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 21.38 Kb.
tarix22.10.2017
ölçüsü21.38 Kb.

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

BAKI DÖVLƏT UNİVERSİTETİ

Fizika fakültəsi

“Fizka Müəllimliyi” ixtisası 05.01.04 bakalavr hazırlığı üzrə

“Optika” fənninin proqramı

Müəllif:prof. N.M.Qocayev, dos. R.E.Əliyev, f.r.e.n. R.M.Bağırov , rafiqbagirov@list.ru

Proqram “Optika və molekulyar fizika” kafedrasında bəyənilib.

Kafedra müdiri prof. R.C.Qasımova “ 12 “ may 2016

Fizika Fakültəsinin Tədris-Metodiki Şurası tərəfindən tövsiyə edilib.

Sədr prof. Ə.Ş.Abdinov “ “ 2016

Fizika Fakültəsinin Elmi Şurasında təstiq edilib.

Elmi katib prof. R.C.Qasımova “ “ 2016

BAKI-2016



Fənnin tədrisində məqsəd

Ümumi fizika kursunun dördüncü bölməsi olan “Optika” fənninin tədrisində məqsəd tələbələrə işığın təbiəti, yayılması, və mühitlə qarşılıqlı təsiri qanunları haqqında fundamental biliklər vermək, onların işığın dalğa (elektromaqnit) və kvant (foton) təbiətini başa düşməsini təmin etməkdir.



Fənnin tədris planındakı yeri

“Optika” fənni “Fizika müəllimliyi-05.01.04” ixtisası üzrə bakalavr hazırlığı “Tədris planı”nda “İxtisas peşə hazırlığı” fənnləri blokuna (İPF-B12) daxildir.



Fənnin tədris üsulu

“Optika” fənninin tədrisi mühazirə, məşğələ və laboratoriya dərsləri, eləcə də tələbələrin sərbəst işləri və kollokviumlar şəklində həyata keçirilir.



Fənnin məzmunu

Optikanın predmeti: Həndəsi optikanın əsas qanunları. İşığın təbiətinə dair təsəvvürlərin inkişaf tarixi. Nyutonun və Hüygensin ideyaları. Maksvell və Lorensin baxışları. Plank hipotezi. İşığın korpuskulyar-dalğa təbiəti.

Fotometriya. Fotometrik kəmiyyətlər (işıq seli, işıq şiddəti, parlaqlıq, işıqlıq, işıqlanma). Fotometrik kəmiyyətlərin energetik və işıq vahidləri arasında əlaqə. Fotometrik kəmiyyətlərin ölçülmə metodları. Subyektiv və obyektiv fotometrlər.

Həndəsi optikanın əsasları. Ferma prinsipi. Yolun optik uzunluğu. Ferma prinsipinin riyazi ifadəsi. İşığın bircins mühitdə düz xətt boyunca yayılması qanununun Ferma prinsipindən çıxan nəticə kimi alınması. İşığın qayıtma və sınma qanunun çıxarılışı. İşığın sferik səthdən sınması. Abbenin sıfır invariantı. Stiqmatik xəyal. Sferik səthlərin fokusları. Mərkəzləşmiş optik sistemlər. Nazik linzanın düsturu. Nazik linzada xəyalların qurulması.

İşığın elektromaqnit təbiəti. Maksvell tənlikləri. İşığın mühitdə yayılma sürəti. Elektromaqnit dalğalarının eninəliyi. Elektrik və maqnit sahə vektorlarının rəqslərinin sinfazlığı və qarşılıqlı perpendikulyarlığı. Elektromaqnit dalğalarının enerjisi. Poyntinq vektoru. Elektromaqnit dalğalarının yayılması. Faza və qrup sürətləri. Reley düsturu.

İki bircins şəffaf dielektrik sərhəddində işığın qayıtması və sınması. Tam daxili qayıtma. Tam daxili qayıtma zamanı elektromaqnit enerjisinin ikinci mühitə nüfuz etməsi. Tam daxili qayıtmanın tətbiqləri. Pefroktometr.

İşığın interferensiyası. Xətti optikanın superpozisiya prinsipi. Rəqslərin toplanması. Koherentlik. İnterferensiya. Dalğaların interferensiyası. İnterferensiya zolağının eni. Zaman koherentliyi. Dalğa cəbhəsini bölmə yolu ilə koherent dəstələrin alınması üsulları (Yunq metodu, Frenel biprizması və bigüzgüsü, Biye bilinzası, Lloyd güzgüsü. Linnik metodu) Amplitudu bölmə yolu ilə koherent dəstələrin alınma üsulları. Bərabər meyllərin zolaqları (paralel üzlü lövhədən interferensiya). Bərabər qalınlıqlar zolaqları (dəyişən qalınlıqlı lövhədən interferensiya). Nyuton həlqələri. Optikanın şəffaflaşdırılması. İnterferensiya güzgüləri. İkişüalı interferometrlər (Jamen interferometri, Maygelson interferometri).

İşığın difraksiyası. Frenel difraksiyası. Hüygens-Frenel prinsipi. Frenel zonası. Yekun amplitudun hesablanması. Frenel zonalarının sayının deşiyin radiusundan, mənbəənin, deşiyi olan ekranın qarşılıqlı yerləşmələrindən və müşahidə nöqtəsinin seçilməsindən asılılığı. Dalğa optikasından həndəsi optikaya keçid. Zona lövhəsi. Amplitudun qrafiki toplama metodu. Dairəvi deşikdən, dairəvi maneədən və qeyri-şəffaf ekranın düzxətli kənarından difraksiya. Puasson ləkəsi. Kornyu spiralı. Paralel şüaların difraksiyası. Fraunhofer difraksiyası. Bir yarıqdan Fraunhofer difraksiyası. Amplitudun qrafik və analitik toplanması metodu. Düzbucaqlı və dairəvi deşiklərdən difraksiya. İki və daha çox yarıqdan difraksiya.

Difraksiya qəfəsi. İntensivliyin paylanması. Difraksiya qəfəsi spetral cihaz kimi. Reley meyarı. Üçölçülü qəfəsdən difraksiya. Rentgen şüalarının difraksiyası. Vulf-Breqq düsturu.



Mühitin optik anizotropluğu. Anizotrop mühitin dielektrik nüfuzluğu. Qoşaşüasınma. Adi və qeyri-adi şüalar. Birinci və ikinci növ optik oxlar. Biroxlu kristallarda Hüygens qurmaları. Adi və qeyri-adi şüaların yayılma sürətləri.

İşığın polyarlaşması. İşıq dalğasının eninəliyi. Xətti polyarlaşmış işıq. Malyus qanunu. Polyarlaşdırıcı cihazlar. Nikol prizması. Dairəvi və elliptik polyarlaşmış işıq.

İşığın dispersiyası və udulması. İşığın dispersiyası. Normal və anomal dispersiya. Dispersiyanın elektron nəzəriyyəsi. Mühitin sındırma əmsalının və işığı udma əmsalının hesablanması. İşığın dispersiyasının kvant nəzəriyyəsi haqqında məlumat. İşığın udulmasının kllasik nəzəriyyə baxımından tsviri. İşığın udulmasının kvant nəzəriyyəsi baxımından təsviri. Buger düsturunun çıxarılışı. Udma əmsalı.

Fotoelastiklik, elektrooptik və maqnitooptik hadisələr. Kvadratik elektrooptik effekt (Kerr effekti). Kerr əmsalı. Polyarizasiya müstəvisinin maqnit fırlanması. Faradey effekti. Məhlullarda Faradey effekti.

İstilik şüalanması. Cisimlərin şüaudma və şüalandırma qabiliyyətləri. Mütləq qara cisim. Kirxhof qanunu. Stefan-Bolsman qanunu. Vin qanunu. Reley-Cins qanunu. Ultrabənövşəyi fəlakət. Plank düsturu. Optik pirometriya.

İşığın kvant təbiəti. Plank hipotezi və işıq kvantları anlayışı. Eynşteynə görə Plank düsturunun çıxarılışı. Optik keçidlər. Spontan və məcburi şüalanma. Fotoeffekt. Fotoeffekt qanunları. Fotoeffekt üçün Eynşteyn tənliyi. Daxili fotoeffekt. Fotokeçiricilik. Ventil fotoeffekt. İşığın Kompton səpilməsi.

İşıq mənbələri. İstilik işıq mənbələri. Lüminessensiya işıq mənbələri. Optik kvant generatorları (lazerlər). Lazerin iş prinsipi. Lazer şüalarının xassələri. Lazerlərin tətbiqləri. Zəif və güclü işıq sahələri. Qeyri-xətti optika.

Əsas ədəbiyyat

  1. H.M.Гочаjев, М.С.Əлиjев “Оптика” Бакы,1977

  2. N.M.Qocayev. Ümumi fizika kursu. 4cü cild. Optika. Bakı,2009

  3. Г.С.Ландсберг. Оптика, М., 1976

  4. И.В.Савельев. Курс общей физики. Т.3, М.Наука,1989,

  5. Т.И. Трофимова Курс физики, М.,1985

  6. С.Е.Фриш, А.В. Тиморева. Ümumi fizika kursu, c.3, 1962

Əlavə ədəbiyyat

  1. E.И.Бутиков. Оптика, М., 1986

  2. Г.А.Зисман, О.М.Тодес. Курс общей физики. Т.3, М.Наука,1970



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə