Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt unversiteti



Yüklə 55,28 Kb.
səhifə3/12
tarix10.01.2022
ölçüsü55,28 Kb.
#110512
1   2   3   4   5   6   7   8   9   ...   12
Birinci ekspedisiya (1492-1493). 03.08.1492-ci il tarixində Palos limanından başlayır «Santa-Mariya», «Pinta» və «Nina» gəmilərində əksəriyyəti cinayətkarlardan ibarət 90 nəfər heyət Hindistan adını məxfi saxlamaqla Atlantik okeanına çıxır. Dənizçilərin keçdikləri yola görə həyəcanlanmaması üçün sutkada 60-lıq (360 km) getdikləri halda Kolumb bu məsafənin öz gündəliyində düzgün yazmaqla, 48-lik kimi hesablamışdır. Sentyabrın 16-da okeanda gəmilər ot

4

topalarına rast gəlirlər. Yosunlardan ibarət bu ot topaları sonradan o qədər çoxalır ki, hətta gəmilərin sərbəst hərəkətinə mane olurlar. Nəticədə cərəyanların yaratdığı



sahilsiz, hazırda Sarqas adlanan dəniz kəşf olundu. 
Dənizçilərin geri dönmə təkidinə baxmayaraq, nəhayət 12.10.1492-ci il tarixində, gecə saat 2-də Pinta gəmisinin dənizçisi Rodriqo Triana sahəcə böyük bir ada görür. Kolumb düzənlikdən ibarət bu adaya düşərək Ispaniya bayrağını sancır. Bu ada hindlilərin Quanaxani, Kolumbun isə San-Salvador (Müqəddəs Xilaskar) adlandırdığı Baham adalarından biri idi. 
Hindlilərin hündür, yaraşıqlı, dərilərinin gümüşü rəngdə olmaları haqda məlumat verməklə Kolumb onların avropalılardan inkişaf baxımından çox geri qalmalarına işarə etməklə belə yazır: «Mənə elə gəlir ki, bu adamlar kasıbdırlar. Onlar çılpaq gəzirdilər. Gördüyüm adamların hamısı hələ cavan idilər. Onlar nə silah gəzdirir, nə də dəmirdən silah tanıyırlar. Mən onlara qılınc göstərəndə onun tiyəsindən tutdular və tanımadıqlarından barmaqlarını kəsdilər. Onlarda heç bir dəmir şey yox idi». 
Ilk dəfə olaraq avropalılar yerli əhalinin daha çox qiymətləndirdiyi tütünün nə olduğunu burada öyrənirlər. Qızıl tapmaq hərisliyi ilə davam edən ekspedisiya Kuba adasının kəşfinə səbəb olur. Bəzi məlumatlara görə kəşf olunmuş ada Çipanqo (Yapon) adası olduğu guman edilir. Haitidə özünün Espanyolla adlandırdığı (Ispan adası) adanın sahilində ehtiyatsızlıqdan «Santa-Mariya» gəmisi lilə oturur. Gəminin 39 nəfərdən ibarət heyəti qızıl axtarmaq məqsədilə könüllü olaraq adada qalmağa razılıq verir. Bu avropalıların Amerika qitəsində məskunlaşmasının başlanğıcı sayılır. 
Xristofor Kolumbun «Qərbi Hindistan»ı kəşf etməsi portuqalları ciddi narahat etməyə başladı. Çünki, Kolumbun layihəsini bəyənməməklə «Hindistanı» ispanlara bəxşiş etmişdilər. Iki dövlət arasındakı mübahisə 04.05.1493-cü il tarixində «papa meridianının» çəkilməsi ilə nəticələndi xətt Yaşıl Burun adalarının qərbindən keçməklə Ispaniyaya qərb, Portuqaliyaya isə şərq istiqamətdə kəşflər aparmaq hüququ verdi.


Yüklə 55,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin