Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt unversiteti



Yüklə 55,28 Kb.
səhifə4/12
tarix10.01.2022
ölçüsü55,28 Kb.
#110512
1   2   3   4   5   6   7   8   9   ...   12
Ikinci ekspedisiya (1493-1496) - Hindistan kimi qələmə verilən Amerika qitəsinə Xristafor Kolumbun ikinci ekspedisiyası 25.09.1493-cü il tarixində Kadis limanından başlayır. Müxtəlif mənbələrə görə 1500-2500 nəfərdən ibarət olan heyət arxadan əsən şimal-şərq passat küləklərinin təsiri altda 20 gün ərzində Atlantik okeanını üzüb keçərək MoriQalant adasında sahilə çıxırlar. Noyabrın 4-də Qvadelupa adasını kəşf etdilər. Toxunan örtüklərin gözəlliyinə görə Ispaniyadan heç də geri qalmayan bu ada digərlərindən inkişaf səviyyəsinə görə fərqlənirdi. Daha sonra Haiti adalarına üzərək, sonradan Saabo dağlarında qızıl axtaranların mərkəzinə çevrilən Izabella şəhərinin əsasını qoydular. Uzun müddət qızıl axtarmaqdan nəticə əldə edə bilməyən Kolumb gələcəkdə ekspedisiyanın xərcini ödəyəcəyi barədə krala göndərdiyi məktub artıq avropalıların Amerikada müstəmləkəçilik siyasətinin başlanğıcından xəbər verirdi. Bu dövrdən soyğunçuluq və quldurlq Amerikada macəra axtaranların məqsədinə çevrilməyə başladı. 
01.05.1493-cü ildə «Hindistanın materik torpağına keçmək üçün» qərbə doğru hərəkət etməklə Kubanın cənub-şərq sahillərini tədqiq edilir. 1494-cü il iyun

5

ayının12-də Kolumb bütün ekspedisiya heyətinə bu quru sahənin materikin bir hissəsi olması haqqında and içdirərək gələcək təhlükəsizliyini təmin edir. Həmin ərəfədə

Kolumbun qardaşı Bartolomey Espanyolanın cənubunda Santo-Dominiqo şəhərinin əsasını qoydu. 
Ekspedisiyanın göndərdiyi az miqdarda qızıl, mis, qul kimi hindlilər kralı təmin etmədiyindən, həmçinin ekspedisiya xərcləri ödənilmədiyindən Kral-Kolumb müqaviləsi pozulur. Kolumb təcili olaraq 17 gəmidən 5-i saxlamaqla (500 nəfər), 12-i ilə geri qayıdır. O, Haiti adalarındakı Espanyolanın mərkəzində bibliya çarı Salomonun qızıl çıxartdığı Ofir ölkəsini tapdığını söyləməklə yenidən müqavilənin şərtlərini bərpa etməyə nail olur. Beləliklə, Xristofor Kolumb növbəti ekspedisiyanı təşkil etməyə hazırlaşır.


Yüklə 55,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin