Üçüncü ekspedisiya (1498-1500) - Üçüncü ekspedisiya çox çətinliklə olsa da, Kolumb 1498-ci il may ayının 30-da 6 kiçik gəmidə 300 nəfər heyətlə Qvadalkvivir çayının mənsəbindən «Qərbi Hindistana» yola düşür. Iyulun 31-də Trinidad adasını kəşf edərək, cənuba üzməklə Orinoko çayının deltasına yaxınlaşır.
Kolumb yeni torpaqlar kəşf etdiyi ərəfədə 1498-ci ildə portuqallar artıq Hindistana Afrikanın cənubundan dəniz yolu açmışdılar. Bu hadisə Ispaniya kralı tərəfindən Kolumbun, qardaşları Bartolome və Diaqonun həbs olunmasına səbəb olur. Lakin az sonra yeni torpaqların kəşfində maraqlı olan maliyyəçilərin təkidi ilə üçü də azad olunurlar.