Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki idarəetmə VƏ texnologiya kolleci İxtisasın şifri və adı



Yüklə 51.89 Kb.
tarix20.05.2018
ölçüsü51.89 Kb.

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

BAKI İDARƏETMƏ VƏ TEXNOLOGİYA KOLLECİ

İxtisasın şifri və adı: (040723) İnformasiya Texnologiyaları Sistemləri.

Fənnin şifri və adı: (PIHSF – B02) İnformasiya Kommunikasiya Texnologiyaları

Mövzu: Təhsildə İKT – nin tətbiqi

METODİKİ İŞ

Müəllim: Sərdarova Ətir Haley qızı

BAKI – 2017-2018

Təsdiq edirəm:

Tədris işləri üzrə direktor müavini

N. D. Nəbiyev

“_____” “___________” 2017-ci il

Metodiki iş “Proqramlaşdırma və informasiyanın emalı sistemləri” fənn birləşmə komissiyasının iclasında müzakirə olunub və bəyənilib.

Protokol № “ 1 “ “14 sentyabr“ 2017-2018

FBK-nın sədri: Camalov Zeynal T.



BAKI – 2017- 2018

MÜASİR DÖVRÜN TƏLƏBİ



İ K T

Giriş

Hazırda cəmiyyətin informasiyalaşdırılması, bütün müəssə və təşkilatların kompyuterləşdirilməsi elmi-texniki tərəqqinin əsas isitiqamətlərindən biridir. Belə ki, müasir dövrdə heç bir istehsalat və qeyri-istehsalat sahələrini kompyutersiz təsəvvür etmək mümkün deyil. Kompyuter həyatımızın bütün sahələrinə nüfuz edib. Kompyuterlərdən müəssə və təşkilatlarda müxtəlif məqsədlər üçün istifadə olunur: riyazi; elmi-texniki məsələni həll etmək; texnoloji və təşkilati prosesləri idarə etmək; insanların informasiyaya olan tələbatını ödəmək; mürəkkəb situasiyalarda qərar qəbul emək üçün köməkçi vasitə kimi istfadə etmək; dünya və yerli informasiya şəbəkəsinə müraciət etmək; məişət məsələlərin həllini asanlaşdırmaq; müəyyən fənnlərin keyfiyyətini artımaq; bu və ya digər dillərin vizual şəkildə öyrənmək və s.

Qeyd etdiyimiz kimi kompyuterdən müxtəlif məqsədlər üçün istifadə olunur. Ona görə də kompyuterdən istifadə etmək üçün onun imkanlarını, onunla işləmə qaydalarını və eləcə də həll olunan məsələlərin təyinatını, qoyuluşunu və həll üsullarını bilmək lazımdır. İnformasiyalaşdırma, kompüter, telekommunikasiya texnologiyalarının, eləcə də müasir informasiya sistemlərinin tətbiqi yeni kefiyyətdə biliklərin alınmasını, ümumiləşdirilməsini, yaranmasını, eyni zamanda istifadəsini, demək olar ki, bütün sahələrdə təmin edir. Bu proses elmi sahələrdə də özünü qabarıq şəkildə büruzə verir. Alim və mütəxəssislərin zəruri elmi informasiyalarla vaxtında təmin edilməməsi elmin və sənayenin inkişaf tempinin düşməsinə apara bilər. Bunun qarşısını isə yalnız ən yeni İKT-dən istifadə etməklə, informasiya fondlarını elektronlaşdırmaqla almaq olar.

Hazırda Azərbaycanda elmi tədqiqat işlərinin ( ETİ ) informasiyalaşdırılması, elektron nəşrlər, bir çox elmi – kütləvi, təhsil, mədəni – maarif və s. tipli saytlar – portallar, tədris proqramları, informasiya sistemləri, elektron dərsliklər, distant tədris texnologiyaları yaradılır və istifadə edilir. Əksər sahə və akademik elmi tədqiqat institutları, kitabxanaları, muzeyləri, arxivlərı kompüterləşdirilmiş və internetə qoşulmuşdur.



Mövzunun seçilməsində məqsəd

Əsas məqsəd dövlət proqramında qeyd olunduğu kimi təhsilin bütün pillərində müasir informasiya və kommunikasiya texnologiyalarının səmərəli tətbiqi və istifadəsi ilə vahid ümummilli təhsil mühitinin formalaşdırılması və bu zəmində əhalinin bütün təbəqələri üçün kefiyyətli təhsil almaq imkanlarının təmin edilməsi, habelə Azərbaycanın təhsil sisteminin dünya təhsil məkanına inteqrasiya olunması üçün şərait yaradılmasıdır.

Metodiki iş həm tələbələr, həm də müəllimlər üçün nəzərdə tutulub.

Metodiki iş dərsin mühazirə forması üçün tərtib edilib.



TƏHSİLƏ İ K T-NİN

TƏTBİQİ



Təhsildə İKT – nin tətbiqi

Biliklərə əsaslanmış iqtisadiyyatın təşəkkül tapdığı şəraitdə informasiya və kommunikasiya texnologiyalarının ( İKT ) inkişafı ölkənin intellektual və elmi potensialının vacib göstəricilərindən biridir. Tam əminliklə demək olar ki, bu gün qloballaşan dünyada ölkələrin rəqabət qabilliyəti ilk növbədə onların İKT – dən səmərəli istifadəsi ilə müəyyənləşdirməklə formalaşır.

İKT – nin təhsildə tətbiqi və inteqrasiyası Azərbaycan vətəndaşlarının müasir biliklərə və bacarıqlara malik olan yeni nəslinin formalaşmasına birbaşa təsir edən yüksək mahiyyətli məsələdir.

Son illər təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi və təhsildə İKT – nin tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması ölkəmizdə prioritet istiqamətlərdən biri olmuşdur. Bu dövrdə təhsildə İKT –nin tətbiqi sahəsində müxtəlif layihələr və tədbirlər həyata keçirilmişdir ki, bu da ölkənin təhsil sahəsində aparılan islahatların çox vacib mərhələlərindən biri olmaqla təhsil ocaqlarında İKT infrastrukturunun qurulmasına yönəlmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2004 – cü il 21 avqust tarixli 353 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı ( 2005 – 2007 – ci illər )” xüsusi əhəmiyyətə malik olmuşdur.Proqramın həyata keçirilməsi nəticəsində ölkənin ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təmin olunmasında müsbət dinamikaya nail olunmuş, ümumilikdə təhsil sisteminin İKT texnologiyaları əsasında qurulmasına diqqət xeyli artmışdır.Təhsil sektorunda informasiya – kommunikasiya texnologiyalarının davamlı tətbiqini davam etdirmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 10 iyun 2008 – ci ildə “2008 – 2012 – ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”nı təstiqləmişdir Dövlət proqramı Azərbaycan Respublikası Prezidentinin 2003-cü 17 fevral tarixli 1146 nömrəli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə milli strategiya ( 2003-2012 ) əsasında hazırlanmışdır ..Dövlət Proqramının əsas məqsədi təhsilin bütün pillələrində müasir informasiya və kommunikasiya texnologiyalarının səmərəli tətbiqi və istifadəsi ilə vahid ümummilli təhsil mühitinin formalaşdırılması və bu zəmində əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanlarının təmin edilməsi, habelə Azərbaycanın təhsil sisteminin dünya təhsil məkanının inteqrasiya olunması üçün şərait yaradılmışdır.

Bu məqsədə nail olmaq üçün aşağıdakı istiqamətlərdə müvafiq vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulmalıdır.

Təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi

Elektron təhsil texnologiyaları tıtbiqinin genişləndirilməsi

Təhsil sistemində idarəetmənin informasiyalaşdırılması

Kadr potensialının gücləndirilməsi

Normativ hüququn bazanın təkmilləşdirilməsi


  • Dünyanın müasir təhsil sistemində “XXI əsr bacarıqları” konsepsiyası tədricən daha böyük əhəmiyyət kəsb etməyə başlamışdır. Yetişən nəsilə liderliyi, qrup çərçivəsində fəaliyyət bacarıqları, tətbiqi biliklər vasitəsilə ətraf mühitin öyrənilməsini və digər bu kimi məsəslələri aşılayan həmin konsepsiya təhsil sərhədlərini genişləndirilməsini nəzərdə tutur. Bütün qeyd edilənlərin həyata keçirilməsi isə informasiya texnologiyaları olmadan mümkün deyil.Cəmiyyətin inkişaf tarixində üçüncü qlobal sosial-texniki inqilab kimi qeyd olunan müasir İKT- informasiyanın əldə edilməsi, emalı, saxlanılması və ötürülməsi məqsədilə proqram – texniki vasitələrin, istehsal proseslərin və metodlarının yığımıdır. İKT- yə aiddir İnformasiya prosesləri- hər hansı nəticə əldə etmək məqsədilə informasiya üzərində aparılan əməliyyatlar ardıcıllığı yığımıdır. Əsas informasiya proseslərinə aiddir: informasiyanın axtarışı, seçimi, yaradılması, saxlanılması, ötürülməsi, kodlaşdırılması, emalı və qorunması. Kodlaşma- bir əlifbanın simvollarının digər əlifbanın simvolları ilə əvəz olunması, ictimai həyatın informasiyalaşdırılması prosesi kimi reallaşır.

Azərbaycanda orta təhsil sisteminin informasiyalaşdırılması üç mərhələyə bölünür :

Birinci mərhələ ( 2008 – 2010 ) –Tədris prosesində İnformasiyalaşdırma

Bu mərhələdə aşağıdakı əsas vəzifələr yerinə yetirilir .



  • bütün müəllim və rəhbər heyyətin tam kompüter savadlılığının əldə edilməsi ;

  • İKT sahəsində təhsil standartları və tədris proqramlarının hazırlanması və təkminləşdirilməsi ;

  • təhsil sisteminin İKT üzrə normativ bazasının yaradılması və inkişafı ;

  • Informasiya – təhsil resuslarının ( elektron tədris vasitələri , elektron kitabxanalar və s . )

  • yaradılması və inkişafı ;

  • mövcud olan informasiya resusları və sistemlərinin qeydiyyatı , təsdiq edilməsi və təkminləşdirilməsi .

İkinci mərhələ (2010 – 2012 ) –İnformasiya İnfrastrukturunun formalaşdırılması .

Bu mərhələdə aşağıdakı vəzifələr yerinə yetirilməlidir .



  • təhsil ocaqlarının telekommunikasiya mühitinin təkmilləşdirikməsi, bütün sahələrdə geniş zolaqlı qoşulmaların gerçəkləşdirilməsi;

  • milli internet resusların tədris prosesində istifadəsinin təkmilləşdirilməsi;

  • təhsil sistemində avtomatlaşdırılmış idarəetmə infrastrukturunun formalaşdırılması;

  • təhsil xidmətlərinin təşkilində və həyata keçirilməsində avtomtlaşdırılmış iş yerlərinin hazırlanması və tətbiq edilməsi;

  • elektron sənəd dövriyyəsi sisteminin yaradılması;

  • bütün fənlər üzrə təhsildə İKT-nin tətbiqinə əsaslanan,sınaqdan keçmiş elmi-metodiki sistemin işlənməsi və tətbiqi

Üçüncü mərhələ (2012-2014) – Vahid informasiya mühitinin formalaşdırılması

Təhsilin informasiyalaşdırılmasının üçüncü mərhələsi 2012-2014 cü illəri əhatə edir və bu mərhələdə aşağıdakı əsas vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur:



Təhsildə istifadə edilən

İKT-nin texniki vasitələri





  • Təhsil sisteminin bütün subyektləri arasında məlumat ötürmə şəbəkəsinin tam formalaşdırılması;

  • Təhsilin vahid informasiya sisteminin yaradılması;

  • Informasiya resursları və sistemlərinin inkişafı,onların əsasında təhsil xidmətlərinin göstərilməsi mexanizmləri;

  • Informasiya – təhsil mühitinin dayanıqlı inkişafını təmin edən təşkilati infrastrukturunun inkişafı;

  • Informasiya – təhsil resursları və məhsullarının ixracı;

  • Açıq təhsil sistemlərinin inkişaf etmiş şəbəkəsinin formalaşdırılması;

  • Mövcud olan inkişaf proqramlarının təhlili və sonrakı fəaliyyətinin tənzimlənməsi

Müasir dövürdə yeni İT – nin hazırlanması və istifadəsi davamlı olaraq hər il baş verir.Təhsildə istifadə oluna bilən yeni İT vəsait və sistemlərinə aiddir : kompüterlər, monitor, printer, yaddaş, mikrofon təchizatı, skaner, klaviatura, məlumat bazası, bilik bazaları, multimedia sistemləri, videomətn, telemətn, televiziya, modem, kompüter şəbəkələri, elektron poçt, məlumat – axtarış sistemləri, tədris təyinatlı elektron lövhə, mətnin tanınması sistemləri və s .

Yuxarıda sadalanlar aşağıdakı göstərilən prosesləri təmin edir:

Tədris – tərbiyəvi prosesin bütün səviyyələrinin inkişafı;

Öyrədilənin ( tələbə ) çoxtərəfli inkişafı;

Ali məktəb məzunlarının informasiya cəmiyyəti şərtlərinə uyğun hazır olmaları.

Beləliklə qeyd edə bilərik ki , İT təlim – tərbiyə və maarifləndirici prosesdə komputer vasitələrinin tədrisə tətbiqi ilə yüksək səviyyə əldə olunmasına vəhtətdədir. Təhsildə İT – nın tətbiqinə yeni maarifləndirici prosesin formalaşmasına yönəldilmiş strateji həll kimi baxılmalıdır. Yeni İT – in effektivliyi mövcud tədris prosesinin bir üzvü kimi baxıldıqda deyil , təhsil sisteminə daxil edilən yeni bir element kimi baxıldıqda özünü büruzə verir. İstənilən ixtisaslı müasir mütəxəssis informasiya mübadiləsi və axını şəraitində informasiya ala , emal edə və ötürülməsini bacarmalıdır.

Son illər əsas problemlərdən biri İT təlimi mütəxisslərinin peşəkar – işgüzar kefiyyətlərinin formalaşmasındakı rolundan ibarətdir . Bu problemin həllinin əsas istiqamətlərinə aşağıdakılar aiddir .


  • Təlim – tədris prosesinin kompüterləşdirilməsi ;

  • İnformasiya mədəniyyəti və mütəxəssinin peşə mədəniyyətinin tərkibi ;

  • Tələbələrin özünütəhsil ( fərdi ) prosesində elektron vasitələrin yeri və rolu ;

  • Fərdi kompüterlərlə tələbələrin sərbəst işinin təşkili ;

  • Biliklərə kompüter nəzarətinin keçirilməsi təcrübəsi ;

  • Tədris prosesində multumediya texnologiyalarından istifadənin effektivliyi .

Proqnozlara əsasən XXİ əsr dünya informasiyalaşdırma və kompüterləşdirmə əsri olacaqdır .

“Elektron inqilab” dalğasında dünyada yüzlərlə , minlərlə milli , regional kompüter sistemləri , şəbəkələri yaranacaq və əksər ölkələrdə informasiya cəmiyyəti , informasiya iqtisadiyyatı yaratmaqla planetar telekommunikasiya sistemi formalaşacaqdır .

YUNESKO –nun məlumatına görə , insane ona bildirilən informasiyanın danışıq və eşitmə zamanı -15% , visual olaraq – 25%, eşidərək və eyni zamanda görərək 65%,-ni yadda saxlayır.

Multumediya texnologiyalarından istifadənin 2 asas məqsədi vardır:



  1. Mənimsəməni və tədris materialının yadda saxlanmasını yüngülləşdirmək.

  2. Təhsil prosesinin fərdiləşdirilməsi.

Bütün bu kefiyyətlərə tələbələr İT – dən istifadə etməklə və fərdi təcrübə aparmaqla nail ola bilərlər.

Tədrisdə ənənəvi təlim prosessindən imtina edib , innovasion texnologiyalarından istifadəyə keçid gələcək mütəxəssislərin lazimi tələblər çərçivəsində yetişdirilməsindən güvənli olaraq danışmağa imkan verir. Həmçinin tədris proqramları aktuallıq ,açıqlıq , reallıq prinsipinə uyğun olmalıdır.



Şübhəsiz ki, İT – nin təhsilə tətbiqi , müasir cəmiyyətin inkişafı yolunda qaçılmaz bir prosesdir və bu proses tələbələrə bir çox üstünlüklər verir. Qeyd edək ki , computer və İT, bacarıqlı tədris fəaliyyətinin bütün istiqamətlərini əvəz edə bilən universal bir vasitə deyil ,yalnız bu prosesdə istifadə olunan alət və ya vasitədir.

Mövzuya aid suallar və tapşırıqlar

  1. İnformasiya texnologiyalarının mahiyyətini izah edin

  2. İKT nədir?

  3. Dərs prosesində İKT-nin rolu haqqında

  4. Təhsilin informasiyalaşdırılması haqqında Dövlət Proqramının əsas məqsədi nədir?

  5. İKT – nin bütün fənlərin tədrisində tətbiqi

  6. İnformasiya texnologiyalarının əsas inkişaf mərhələlərini göstərin

  7. Müasir İnternet –texnologiyaları nə deməkdir?

  8. Yeni informasiya texnologiyalarının əsas xüsusiyyətləri hansılardır?

  9. Təhsildə istifadə oluna bilən yeni İT – ı vəsait və sistemlərinə aid olan qurğular, vətexniki vasitələr hansılardı ?

  10. Multimediya texnologiyalarından istifadənin əsas məqsədi nədir ?

Tələbələrin əldə etdikləri bilik, bacarıq və vərdişlər

Bilik:İkt vasitələrinin və ya şəbəkənin etik şəkildə məsuliyyətlə istifadə bacarığını, informasiyanın əldə edilməsi, saxlanılması, bir – biri ilə əlaqələndirilməsi, qiymətləndirilməsi, təhlil edilməsi, yenidən hazırlanması və gələcəkdə ötürülməsi üçün müəyyən edilə bilməsi.

Bacarıq:İnformasiyanı sərbəst şəkildə əldə edə bilən , idarə edə bilən , onu yenidən işləyib hazırlayan , qiymətləndirən , təhlil edən və ona əsaslanaraq sərbəst şəkildə qərar qəbul edə bilən şəxs ölkənin maraqları , ənənələri və dəyərlərinə doğru məsuliyyətini hiss edəcək ki, dəyərləri özü yaratsın və cəmiyyətdə öz işlərini yerinə yetirsin.

Vərdiş: Çox sürətlə inkişaf edən yeni informasiya texnologiyasi proseslərinə çevik şəkildə yiyələnmək və ondan istifadə edərək həyat- faliyyətini inkişaf etdirmək.

İstifadə olunan ədəbiyyat

  1. Kərimov S.Q.,”İnformasiya sistemləri” Bakı 2008

  2. Rüstəmov Ə.M. “informatika” Bakı 2012

  3. Əsgərov T.M., Kərimov S.Q., “İnformasiya texnologiyaları

  4. Həbibullayev S.B. , İbrahimzadə O. T. ,İbrahimzadə T. İ.

“Korporativ İnformasiya Sistemləri” Bakı 2011 .

Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə