Azərbaycan respublikasi təHSİl naziRLİYİ g əNCƏ DÖVLƏt universiteti Sərbəst iş №3



Yüklə 36,45 Kb.
tarix10.12.2022
ölçüsü36,45 Kb.
#120735
Ağqoyunlu dövləti Ramin Abdullayev


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
G ƏNCƏ DÖVLƏT UNİVERSİTETİ

Sərbəst iş №3

Ad : Ramin


Soyad : Abdullayev
İxtisas: Turizim işinin təşkili
Kurs: 1
Fənn: Azərbaycan tarixi
Müəllim:
Mövzu: Ağqoyunlu dövləti
Bakı-2022
Ağqoyunlular — 1284-1291-ci illər arasında, Xorasandan Anadoluya köçmüş oğuz türklərinin tayfa birliyi olub, Azərbaycan, Bayburt, Harput, Diyarbəkir, Bitlis bölgələrində məskunlaşmışlar. Səlcuqlar dövlətinin zəifləməsi, Anadoluda Elxanlilər sülaləsinin hökmranlığının sona çatması və bəyliklərin formalaşması dövründə Ağqoyunlu dövləti qurulmuşdur. XIV əsrin sonunda Oğuz türkləri Ağqoyunlu tayfa ittifaqının başçısı Bayandur tayfasından Pəhləvan bəy idi(1370-1388). Qara Yuluq Osman Bəy isə (1394-1435) mərkəzi Diyarbəkr olan Ağqoyunlu bəyliyinin əsasını qoymuşdur və adına pul kəsdirmişdir. Ondan sonra bəyliyə onun övladları Cahangir Mirzə və 1453-cü ildə Həsən bəy (Uzun Həsən) Bayandur başçılıq etmişdir.1467-ci ildə Muş döyüşündə Qaraqoyunluların məğlub edilməsi ilə Bağdada qədər olan geniş ərazi Ağqoyunluların əlinə keçir. 1468-ci ildə Uzun Həsən Ağqoyunlu dövlətinin əsasını qoyur.
Həsən bəy Bayandur (Uzun Həsən) Osmanlı və Teymuri hökmdarları kimi sultan titulunu qəbul etmişdir.Sonrakı Ağqoyunlu dövlət başçıları padişah titulunu daşıyırdılar. Dövlətdə baş komandan əmir-əl-üməra adlanır, padişahdan sonra ikinci şəxs sayılırdı. Sonrakı yeri mövlana adı daşıyan sədr-əzəm tuturdu.O, ruhanilərə, vəqflərə, mədrəsə, dini məsələlərə və məhkəmə işlərinə başçılıq edirdi. Sonra baş vəzir gəlirdi. O,daxili idarə vəxarici işlərə, maliyyə məsələlərinə nəzarət edirdi. Bü şəxs həm də padişahın möhürdarı və sahibi-divan idi.Orduda ali rütbəli şəxs əmir adlanırdı. Ölkə əyalət-vilayət, tümən və nahiyələrə bölünürdü. Dövlətin paytaxtı Təbriz şəhəri idi.
Ağqoyunlu dövləti Avropa ilə geniş əlaqə yaratmışdı. Ağqoyunlu dövlətinin Qərb ölkələri ilə belə geniş əlaqə yaratmaqda məqsədi beynəlxalq ticarət əlaqələrini, ilk növbədə ipək ticarətini səhmana salmaq və ordunu müasir silahlarla təchiz etmək idi. Ağqoyunluların xarici siyasətində əsas istiqamət Osmanlı imperiyası ilə münasibətlər təşkil edirdi. Sultan II Mehmet Fateh ipəyin daşındığı Avropa-Şərq ticarətində vasitəçiliyin Osmanlı dövlətinə keçməsinə çalışırdı.II Mehmet tərəfindən Kiçik Asiyanın şərqinin tutulması Ağqoyunlu dövləti üçün ciddi təhlükə törətdi.Münasibətlərin kəskinləşməsində Trabzon məsələsi də az rol oynamadı. Həsən bəy Bayandur Trabzon imperiyasının (1204-1461) imperatoru IV İohanın qızı Feodora (Dəspinə xatun) ilə evlənmişdi. Ağqoyunlular Trabzona öz mülkləri kimi baxırdı.Trabzon Ağqoyunlu tacirlərinin Qara dənizə yeganə çıxış yolu idi.
II Mehmet Ağqoyunlu ilə müharibəyə Trabzon üzərinə hücumla başladı. Uzun Həsən Trabzonun müdafiəsinə qalxdı. 1461-ci ildə Trabzona hücuma keçən osmanlılarla ağqoyunlular arasında Qayluhisar adlanan yerdə ilk döyüş oldu. Osmanlı ordusuna ağır zərbə vuran Uzun Həsən anası Sara xatunu II Mehmetlə danışıqlara göndərdi.Onun bu danışıqda iki məqsədi vardı.

  • II Mehmeti Ağqoyunlular üzərinə hücumdan daşındırmaq



  • Trabzona hücum fikrindən döndərmək.

Sultan öz düşərgəsində Bolqar dağında Sara xatunu hörmətlə qarşıladı.Onlar bu danışıqlarda bir-birinə «Ana»-«oğul» deyə müraciət edirdilər.Sara xatun birinci vəzifənin öhdəsindən gəlsə də II Mehmet Trabzona hücum etmək fikrindən əl kəçmədi.1461-ci ildə 30 günlük mühasirədən sonra 1461-ci il avqustun 15-də trabzonu tutdu.1461-ci ildə bağlanmış Yassıçəmən sülhü Ağqoyunluların sarayında təzələndi.Trabzonun osmanlılar tərəfindən fəthi ilə Ağqoyunlular öz müttəfiqini və Qara dənizə yeganə çıxış yolunu itirdilər.Qara dəniz sahillərindəki Genuya tacirləri ilə əlaqə kəsildi. Uzun Həsən Osmanlı dövlətinə zərbə endirmək üçün Avropa ölkələri ilə diplomatik əlaqələr yaratmağa başladı. Avropanın xristian dövlətləri Osmanlını zəiflətmək üçün Uzun Həsəndən istifadə edirdilər. Uzun Həsən Qaraman bəyliyi, Kipr, Rodos kimi xırda dövlətlərlə və Venesiya respublikası ilə ittifaqa girmişdir. 1472-ci ildə Venesiya respublikası və Ağqoyunlu dövləti arasında Osmanlı dövlətinə qarşı hərbi ittifaq bağlanmışdır. Venesiya ilə Ağqoyunlu arasında müqaviləyə etbar edərək 1472-ci ilin yazında Ağqoyunlular Osmanlı dövlətinə hücum etdi. Döyüşdə Osmanlı ordusuna qalib gələrək Aralıq dənizi sahillərinə çıxdı.Lakin Venesiyanın vəd etdiyi odlu silah və artilleriya mütəxəssislərini gətirəcək gəmilər gəlib çıxmadı. Venesiya bu zaman Osmanlıdan ticarət imtiyazları almaq üçün gizli danışıqlar apardı.Şahzadə Mustafanın başçılıq etdiyi 60 minlik Osmanlı ordusu Ağqoyunlu ordusunu Beyşehir yaxınlığında məğlubiyyətə uğratdı.1473-cüilin yazında Osmanlı ilə Ağqoyunlular arasında hərbi əməliyyatlar yenidən başladı.1473-cü ilavqustun 1-də Fərat çayı sahilində baş vermiş Malatya döyüşündə Uzun Həsən qalib gələrək Osmanlı sultanı II Mehmetin sülh təklifini rədd etdi. 1473-cü il avqustun 11-də Otluqbeli (Tərcan) döyüşündə Uzun Həsən odlu silahlarla təchiz olunmuş osmanlılar tərəfindən məğlub oldu.
1474-cü ildə Uzun Həsənin oğlu Uğurlu Məhəmmədin Şirazda qaldırdığı qiyam yatırıldı. Uğurlu Məhəmməd İstanbula qaçdı və II Mehmet qızını ona ərə verdi. Onu Azərbaycan-Türkiyə sərhəddindəki Sivasa hakim təyin etdi. Uzun Həsən oğlunu ələ keçirib edam etdirdi. II Mehmet qızını və nəvəsi Əhmədi İstanbula apardı. Uzun Həsən Osmanlılara qarşı müharibədə Ağqoyunlulara kömək etmədiyinə görə 1474-1477-ci illərdə Gürcüstana yürüş edərək qalib gəldi. Bağlanan sülhə görə, Tiflis də daxil olmaqla Şərqi Gürcüstan Ağqoyunlu dövlətinin hakimiyyəti altına düşdü. 1478-ci ildə Uzun Həsənin ölümündən sonra oğlu Yaqub taxta çıxdı. Atasının siyasətini davam etdirən sultan Yaqub Şirvanşahlarla daha da yaxınlaşıb qohum oldu. Ancaq eyni zamanda Ərdəbil hakimləri ilə münasibətlər pisləşdi.
Azərbaycanın tarixində mühüm rol oynamış ağqoyunlular oğuzların Bayandur boyundandır. Ağqoyunlu tayfaları hələ VI-VII əsrlərdən Azərbaycanın Araz çayı ilə Göyçə gölü ətrafında, Alagöz yaylaqlarında yaşayırdılar. Monqol yürüşləri zamanı Şərqi Anadoluya çəkilən ağqoyunlular XIV əsrin ortalarında Elxanilər dövlətinin süqutundan sonra Tur Əli bəyin rəhbərliyi altında güclü tayfa birliyində birləşmiş və dövrün siyasi hadisələrinə qatılmışlar. XIV əsrin sonunda tayfa birliyinin möhkəmlənməsində Qara Osmanın (1394-1435) mühüm xidməti olmuşdur. Bu zaman Diyarbəkr şəhəri bu tayfa birliyinin mərkəzi olmuşdur. Uzun Həsən 1453-cü ildə tayfa birliyinin rəhbəri olduqdan sonra onun mövqeyi daha da güclənmiş və Şərqi Anadoluda Qaraqoyunlulara məxsus şəhər və qalaların bir hissəsi onların ixtiyarına keçmişdir. Uzun Həsən Trabzon yunan dövlətilə sıx əlaqələr saxlamışdır.1461-ci ildə Sultan II Mehmetin yürüşü zamanı anası Sara xatunu onunla danışıqlara göndərərək bu hücumun qarşısını almağa çalışmışdır. Yassıçəmən sülhünün bağlanmasına baxmayaraq Trabzonu xilas etmək mümkün olmamışdır.
Uzun Həsən 1467-ci ildə Cahanşah, növbəti ildə isə onun oğlu Həsənəli üzərində qələbədən sonra mərkəzi Təbriz şəhəri olan Ağqoyunlu dövlətini yaratdı. Bu dövlətin ərazisinə qərbdə Fərat çayından şərqdə Xorasana kimi, şimalda Kür çayından cənubda İran körfəzinə kimi olan torpaqlar daxil edildi. Uzun Həsən 1477-ci ildə VI Baqrat üzərində qələbədən sonra Tiflis daxil olmaqla Şərqi Gürcüstanı da Ağqoyunlu dövlətinə birləşdirdi. Lakin Trabzonun itirilməsi Ağqoyunluları Qara dənizə çıxışdan məhrum etmişdir.

Qaraman uğrunda rəqabət Ağqoyunlu-Osmanlı münasibətlərini kəskinləşdirdi və müharibə vəziyyətinə gətirdi. Uzun Həsən 1472-73-cü illərdə Osmanlılara qarşı hərbi əməliyyatlara başladı. Malatya döyüşündə qələbə qazansa da, Otluqbeli döyüşündə məğlub oldu. 1478-ci ilin 6 yanvarında Uzun Həsənin ölümündən sonra Ağqoyunlu dövləti zəiflədi və 1501-ci ildə Şərur döyüşündə İsmayıl Səfəvi Sultan Əlvəndi məğlub edərək Ağqoyunlu dövlətinə son qoydu.



Hakimiyyətdə olan hakimlər:
1453-1478 Uzun Həsən
1478-1490 Yaqub Mirzə
1490-1492 Baysunqur
1492-1497 Rüstəm Mirzə
1497-1499 Gödək Əhməd
1499 (may-dekabr) Məhəmməd Mirzə
1500-1501 Əlvənd Mirzə
Yüklə 36,45 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin