Bu xatirələrdə mənim gənclik illərim yaşayır. Həyata marağım yaşayır, dünənim, bu günüm yaşayır. Xatirələr mənim ötüb-keçən ömrümün yaddaşında yaşayan səhifələridir. İpək duyğularıma bükülmüş şeirlər ciyərimin parça-parasıdır. Mən onları ürək qanımla yazmışam. Qoy oxucular bilsin ki, hansı xatirələr, hansı ipək duyğular mənim üçün əziz və unudulmazdır. Bunların gəncliyə çatdırılmasını 83 yaşımda zəruri hesab etdim, ehtiyac duydum.