Azərbaycan respublikasi təHSİl naziRLİYİ Naxçıvan Dövlət Universiteti


Mövzu 2. Müasir bank sisteminin xüsusiyyətləri



Yüklə 47,82 Kb.
səhifə2/12
tarix10.01.2022
ölçüsü47,82 Kb.
#108931
1   2   3   4   5   6   7   8   9   ...   12
Mövzu 2. Müasir bank sisteminin xüsusiyyətləri

Hələ qədim zamanlardan xalq dilində, düşüncəsində bank pul saxlanan bir anbar kimi təsəvvür edilirdi. Lakin bu cür dərk olunma nə bankların mənasını tam izah etmir, nə onun təsərrüfatdakı təyinatını tam açır, nə də ki, bütövlükdə onun mahiyyətini aydınlaşdirmir. Çünki, banklar təkcə pul dövriyyəsini təşkil etmək və kreditləşməni həyata keçirmək deyil, eyni zamanda iqtisadiyyatin müxtəlif sahələrinin və ayn-ayn layihələrin maliyələşməsi, sığorta işlərinin aparılması, qiymətli kağizların alqi-satqisi, vasitəçilik əməliyyatlarının həyata keçirilməsi, əmlakm idarə edilməsi, məsləhət xarakterli işlərin aparılması, irimiqyaslı layihələrin müzakirəsi, bazarların öyrənilməsi və sair fəaliyyət növləri ilə də məşğul olurlar.

Bank iqtisadi idarəetmə orqanı kimi xarakterizə olunur. Belə təsəvvürlər öz izahi ilə bir qədər keçmişə, şəxsi, kooperativ bankların dövlət orqanlanna çevrilməsi, bank mülkiyyəti üzərində dövlət inhisanmn bərqərar olunduğu dövrə gedib çixir. Bu hadisələrin XX əsrin əvvəllərində baş verməsi, banklann dövlət nəzarət orqanı kimi fəaliyyət göstərməsi təsəvvürünü yaratdı. nəzarət funksiyasını yerinə yetirmək, dövlət idarəetmə aparatmin bir hissəsinə çevrilmək təsərrüfatda buraxılmış çatışmamazlıqlar barədə məlumat toplaması və tədbirlər görülməsi həmin dövrlərdən başlayaraq banklarm fəaliyyətmin əsas təyinatını müəyyənləşdirdi. Məhz elə buradan da bankların üstqurum kimi qəbul edilməsi yarandı. Mərkəzi idarəetmə sisteminin mövcud olduğu, dövlət idarəetmə aparatmm bank aparati ilə vəhdət təşkil etdiyi bütün dövrlərdə bu təsəvvürlər mövcud olmuşdur. Belə bir şəraitdə kreditləşmə normativ, direktiv bölüşdürmə qaydasi ilə yuxarıdan həyata keçirilir, müəssisələr arasındakı nağdsız hesablaşmalar direktiv xarakter dasıyırdı. Bütün müştərilər üçün vahid bankın olması bank sistemində kommersiya münasibətlərinin inkişafına imkan vermirdi. Bazar iqtisadiyyatma keçidlə əlaqədar olaraq bankların xarakteri dəyişdi, onların artıq dövlət idarəetmə aparatının bir hissəsi olmaq missiyasına son qoyuldu. Bazara keçid və bazar şəraitində isə bankların yeni xarakter kəsb etməsi onların maliyyə bazarının subyekti kimi yeni iqtisadi münasibətlər sistemində pul vəsaitləri ilə əlaqədar çoxsaylı və çoxşaxəli əməliyyatları idarə edən bir orqan kimi təzahür etməsi ilə bağlıdir.


Yüklə 47,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin