Mövzu 3. Azərbaycanın bank sisteminin yaranması və kommersiya banklarının yeri
Azərbaycan Bank sisteminin ilkin inkişafı hələ XİX əsrin ikinci yarısından başlamışdır. Lakin Azərbaycan Respublikasının bank sisteminin institusional və hüquqi quruculuğu 1991-ci ildə dövlət müstəqilliyinin əldə edilməsindən sonra başlamışdır. 1992-ci ildə “Azərbaycan Respublikasının Milli bankı” və “Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında” qanunların qəbul olunması ilə bank sisteminin hüquqi-normativ bazasının əsası qoyulmuşdur. Müstəqil Azərbaycan Respublikası bank sisteminin yaradılması və inkişafının birinci mərhələsi bank bazarına daxilolmanın liberal şərtləri ilə müşaiyət olunmuşdur. Azərbaycan Respublikası prezidentinin 10 yanvar 1992-ci il tarixli fərmanına əsasən keçmiş SSRI Xarici Əlaqələr Bankı Azərbaycan Respublikası Kontoru bazası əsasında Azərbaycan Beynəlxalq Bankı yaradıldı.
Bazar iqtisadiyyatı şəraitində yaşayan ölkələrdə olduğu kimi Azərbaycanda da kommersiya bankları ikipilləli bank sisteminin ikinci pilləsini təşkil edir. Müstəqil kommersiya banklarından 4-ü əsasən dövlət mülkiyyətinə əsaslanırdı. Onların nizamnamə kapitalının 51 %-i, yaxud nəzarət paketi dövlətə məxsus idi. Bunlara aşağıdakılar aiddir:
Azərbaycan Respublikası Aqrar Sənaye Səhmdar Kommersiya Bankı.
Azərbaycan Respublikası Sənaye İnvestisiya Səhmdar Kommersiya Bankı.
Azərbaycan Respublikası Əmanət Kommersiya Bankı.
Azərbaycan Respublikası Beynəlxalq Səhmdar Kommersiya Bankı.
Azərbəycan Respublikası prezidentinin 11 fevral 1992-ci il tarixli fərmanı ilə keçmiş SSRI Dövlət Banki. Sənaye-Tikinti bankı və Aqrar-sənaye bankı Azərbaycan Respublikası kontorları bazası əsasında Azərbaycan Milli Bankı və keçmiş SSRI Əmanət Bankı Azərbaycan Repsublikasının kontoru bazası əsasında isə Azərbaycanın Əmanət bankı təşkil edildi.
Dostları ilə paylaş: |