Azərbaycan respublikasi təHSİl naziRLİYİ Naxçıvan Dövlət Universiteti


Mövzu 4. Kommersiya banklarının yaradılması və fəaliyyət prinsipləri



Yüklə 47,82 Kb.
səhifə4/12
tarix10.01.2022
ölçüsü47,82 Kb.
#108931
1   2   3   4   5   6   7   8   9   ...   12
Mövzu 4. Kommersiya banklarının yaradılması və fəaliyyət prinsipləri

Bazar iqtisadiyyatı şəraitində mövcud olan ölkələrdə olduğu kimi Azərbaycanda da kommersiya bankları ikipilləli bank sisteminin ikinci pilləsini təşkil edir. Bank - fiziki və hüquqi şəxslərin pul vəsaitinin depozitə cəlb edilməsi həmin vəsaitin müddətlik və faizlə geri qaytarmaq şərti ilə öz adından və öz hesabına yerləşdirilməsi, fiziki və hüquq şəxslərin hesablaının açılması və aparılması əməliyyatlarının məcmusunu həyata keçirmək üçün müstəsna hüquqa malik kredit təşkilatidir. Kommersiya bankları ölkədə kredit resurslarının əsas hissəsinin toplanmasına xidmət edir və müştərilərə maliyyə-kredit xidmətlərinin bütöv kompleksini təqdim edir. Kommersiya banklarının funksiyalarını qısaca olaraq aşağıdakı cədvəldə görmək olar.

Bəzi müəlliflər isə kommersiya banklarının funksiyalarını daha geniş göstərirlər: Əmanət, kredit, sığorta. Broker. Bank investoru və ya anderayter. Köçürmə-hesablasma, investisiya planlaşdırılması. Trast, Kredit pulların emissiyası və s. Bankların təsisçiləri kimi müxtəlif firmalar, banklar, şirkətlər, ayrı-ayrı fiziki şəxslər, ölkənin daimi vətəndaşları və xarici vətəndaşlar da iştirak edə bilərlər. Siyasi partiyalar, ictimai birliklər, fondlar və deyri-kommersiya təşkilatları bankın səhmdarı ola bilməzlər. Azərbaycan Respublikasının mövcud qanunlarına görə kommersiya bankları hüquqi şəxs statusu almaq üçün Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçməlidir. Bununla əlaqədar olaraq, kommersiya bankları təsdiqedici sənədlər toplusunu hazırlamalı və bu sənədləri Milli Bankın aidiyyatı departamentlərinə təqdim etməlidirlər. Sənədlər burada yoxlandıqdan və qanunvericilik tələblərinə uyğunlaşdırıldıqdan sonra „Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında“ qanuna əsasən Ədliyyə Nazirliyinə təqdim edilməlidir. Kommersiya bankı dövlət qeydiyyatından keçib hüquqi şəxs statusu aldıqdan sonra bank lisenziyası almaq üçün Milli banka yazılı vəsatət verir.Vəsatətlə birlikdə aşağıdakı məlumat və sənədlər təqdim edilir:

1) dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti;

2) təsis sənədləri (təsis müqaviləsi, nizamnamənin qəbul olunması, nəzarət və idarəetmə orqanları rəhbərlərinin təyin edilməsi haqqında protokol (bir təsisçi tərəfindən yaradılan banklar istisna olmaqla), qeydiyyat orqanında təsdiq olunmuş nizamnamə, xarici bankın filialı üçün əsasnamə);

3) hüquqi şəxs olan təsisçilərin son il üçün maliyyə vəziyyətini əks etdirən mühasibat balansı, mənfəət və zərər barədə hesabatı və buna dair auditor rəyi;

4) təsisçilərin təklif etdiyi rəhbərlərin və baş mühasibin peşə yararlığı və məhkum olunub-olunmadıqları barədə məlumat, həmin şəxslər tərəfindən doldurulmuş anket.


Yüklə 47,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin