Mövzu 6. Kommersiya banklarının ölkə iqtisadiyyatında rolu və onun qeyri-ənənəvi əməliyyatları
Kommersiya banklarının tarixən ənənəvi əməliyyatları aktiv və passiv əməliyyatlar olaraq iki qrupa bölünürlər. Lakin xüsusilə son zamanlar, yəni dünya iqtisadiyyatinda azad bazar mühitinin yaranmasi ilə əlaqədar olaraq, yeni növ, yeni formalarda əməliyyatlar formalaşmağa başlanmişdir. Bu kimi əməliyyatlara kommersiya banklanrım vasitəçilik əməliyyatlarırını xüsusilə aid etməliyik. Mahiyyət etibari ilə vasitəçilik əməliyyatları da digər əməliyyatlar kimi banka mənfəət gətirən əməliyyatlardir. Lakin digər əməliyyatlardan fərqli olaraq vasitəçilik əməliyyatlarında yalniz iki tərəf deyil, əlavə olaraq digər fiziki və ya hüquqi şəxslər iştirak edirlər. Bir qayda olaraq kommersiya bankları tərəfindən müştəri üçün aparılan vasitəçilik əməliyyatlarına aşağidakilar aid edilir:
lizinq;
faktorinq;
forfeytinq;
trast əməliyyatları.
Lizinq - (leasing ingilis sözü olub muzdla vermək mənasini bildirir) ixtisaslaşmiş lizinq şirkətinin, firmasının, bank şöbəsinin lizinqalan üçün əmlak olaraq, həmin əmlakın müəyyən müddətə icarəyə verilməsilə əlaqədar olaraq əsas vəsaitlərə investisiya qoyuluşunun maliyyələşdirilməsidir. Lizinq1877- ci ildə “Bell” kompaniyasi telefonlarını satmaq deyil, icarəyə vermək qərarına gəlmələri ilə əlaqədar yaranıb. İlk lizinq səhmdar cəmiyyəti 1952 San-Fransiskoda yaranan “United States Leasing Corparation” companiyası olub. Lizinqdə də eynilə icarədə oluduğu kimi bir şəxsin əmlaki müqavilə əsasinda digər şəxsə müəyyən müddətə və müəyyən şərtlərlə məhsuldar istifadəyə verilir. Bununla yanaşi, bu iki anlayiş arasında əsaslı fərqlər vardir. Belə ki, icarə əməliyyatlannda sövdələşmənin predməti olaraq icarədarın təsərrüfat əməliyyatlarından müvəqqəti azad olan əmlakı çıxış edir.
Dostları ilə paylaş: |