Azərbaycan respublikasi təHSİl naziRLİYİ Naxçıvan Dövlət Universiteti


Mövzu 8. Bank kreditləşməsinin hüquqi əsasları



Yüklə 47,82 Kb.
səhifə8/12
tarix10.01.2022
ölçüsü47,82 Kb.
#108931
1   ...   4   5   6   7   8   9   10   11   12
Mövzu 8. Bank kreditləşməsinin hüquqi əsasları.

Kreditləşmə kreditin verilməsi prosesidir. Bu prosesin həyata keçirilməsində kreditor və borcalan (hüquqi və fiziki şəxs) iştirak edir. Kreditorla borcalanın kredit münasibətlərinin təşkil olunması üçün bir neçə mərhələ keçilməlidir.

1. potensial borcalanın kredit müqaviləsinə baxılması və boralanla tanışlıq.

2. potensial boralanın kredit qabiliyyətinin təhlili və kredit alınan anda onun vəziyyətinin qiymətləndirilməsi.

3. kredit müqaviləsinin hazırlanması

4. kreditin sənədləşdirilməsi və kredit müqaviləsi şərtlərinin yerinə yetirilməsinə nəzarət.

Borcalan daimi müştəri olduqda tanışlığa, onu öyrənməyə ehtiyac olmur, Borcalan yeni olduqda bank bu prosesi aparmağa borcludur. Bankın nümayəndəsi borcalanla birlikdə ona aid olan aşağdakı parametrləri nəzərdən keçirir: Müəssisənin qeydiyyat dövrü, son il ərzində fəaliyyət sahəsi, mülkiyyət forması, təsisçiləri, nizamnamə fondu, malik olduğu hesablaşma hesabı, mənfəət və zərərlər haqqında hesabatı, debitor və kreditor borcları haqqında məlumat, müəssisənin istehsal etdiyi və göstərdiyi xidmətlərin çeşidi, müəssisənin rəhbərinin və baş mühasibinin ixtisas səviyəsi. Müsbət rəy yaranarsa növbəti mərhələyə keçirilir.

2-ci mərhələdə kredit işçisi borcalan təşkilatın rəhbərindən bankın idarə heyəti tərəfindən təstiq edilmiş sənədlər toplusunu alır və ilkin təhlil aparır.O, borcalanın kredit qabiliyyətini yoxlayır və onun vəziyyətini qiymətləndirir.

3-cü mərhələdə borcalanın aldığı ssudanı və ona hesablanmış faizləri müəyyən edilmiş vaxtda qaytara bilməsi qabiliyyəti, kredit qabiliyyəti müəyyən edilir və həm də ödəmə qabiliyyəti nəzərdən keçirilir. Göstərilən hazırlıq mərhələlərini keçdikdən sonra bankın məsul əməkdaşları tərəfindən kredit müqaviləsi hazırlanır. Kredit müqaviləsi kreditorla borcalan arasında kreditləşmə ilə bağlı bütün məsələləri əks etdirən hüquqi sənəddir. Bu sənəddə kreditin məqsədi, məbləği, istifadə müddəti, kreditin verilməsi və ödənilməsi qayda və şərtləri, təminatın forması, kredit üzrə faiz dərəcələri və ödənilmə qaydaları, tərəflərin hüquq və öhdəlikləri öz əksini tapır.


Yüklə 47,82 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin