Azərbaycan respublikasi təHSİl naziRLİYİ Naxçıvan Dövlət Universiteti


Mövzu 5. ÜDM göstəriciləri və onların qarşılıqlı əlaqəsi



Yüklə 42,76 Kb.
səhifə5/10
tarix05.01.2022
ölçüsü42,76 Kb.
#111104
1   2   3   4   5   6   7   8   9   10
Mövzu 5. ÜDM göstəriciləri və onların qarşılıqlı əlaqəsi

İstehsal fəaliyyətinin son nəticəsi məhsul və xidmətlərin bu-raxılışıdır. Məhsul istehlak etmək və xidmət göstərmək üçün is-tehsal prosesində başqa müxtəlif əmtəə və xidmətlərdən istifadə olunmalıdır ki, buna aralıq istehlak deyilir. Məhsul və xidmət-lərin ümumi buraxılışı ilə aralıq istehlakın fərqinə isə ümumi əlavə edilmiş dəyər deyilir. Əmtəə və xidmətlərin ümumi bura-xılışı istehsal edilən məhsul və xidmətlərin dəyəri olmaqla aşa-ğıdakı ünsürlərdən ibarətdir:



  • əmtəələrin ümumi buraxılışı;

  • bazar xidmətlərinin buraxılışı;

  • qeyri-bazar xidmətlərinin buraxılışı.

Əmtəələrin ümumi buraxılışına aşağıdakılar aiddir:

  • müəssisənin kənara satdığı məhsulların dəyəri;

  • bitməmiş istehsal qalığının, yarımfabrikatların, satılma-mış hazır məhsullar qalığının dəyişməsi;

  • müəssisədə istehsal olunan və özünün istehsal ehtiyacla-rına istifadə olunan məhsullar;

  • öz tikinti məqsədlərinə istifadə olunan öz istehsalının məhsulları;

  • öz istifadəsi üçün hazırlanan əsas fondların dəyəri;

  • əməyin natura ilə ödənişi üçün və habelə həmin müəssi-sədə qeyri-istehsal ehtiyacları üçün istifadə olunan məhsullar;

  • ev təsərrüfatlarının öz istehlakı üçün kənd təsərrüfatı və ərzaq məhsullarının buraxılışı;

  • başqa müəssisələrə barter üsulu ilə verilən məhsullar və s.

Bazar xidmətlərinin ümumi buraxılışına alqı-satqı obyekti olan və istehsal xərcləri tamamilə onların satışından əldə olunan vəsaitlə örtülən xidmətlər daxil edilir. Bazarda faktiki satılan xidmətlərlə yanaşı, bazar xidmətlərinə işçilərə natura formasın-da əmək ödənişinə təqdim olunan xidmətlər, öz evində yaşama-nın dəyəri (xərclər üzrə) və s. də daxil edilir. Bazar xidmətləri-nin ümumi buraxılışı iki qrupa ayrılır:

a) öz bazar xidmətlərinin buraxılışı;

b) maliyyə vasitəçiləri xidmətinin şərti hesablanan ödənişi.

Özünün bazar xidmətlərinə aşağıdakılar aid edilir:



  • topdan və pərakəndə ticarətin xidmətləri;

  • ictimai iaşə, nəqliyyat, rabitə müəssisələrinin, anbarların və saxlama məntəqələrinin xidmətləri;

  • avadanlıqların, nəqliyyat vasitələrinin və məişətdə işlədi-lən əşyaların təmiri, icarəyə və prokata verilməsi üzrə xidmət-lər və s.


Yüklə 42,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin