Azərbaycan respublikasi təHSİl naziRLİYİ Naxçıvan Dövlət Universiteti


Mövzu 7.ÜDM və ÜMM, gəlirlərin yaranması, bölüşdürülməsi və istifadəsi



Yüklə 42,76 Kb.
səhifə7/10
tarix05.01.2022
ölçüsü42,76 Kb.
#111104
1   2   3   4   5   6   7   8   9   10
Mövzu 7.ÜDM və ÜMM, gəlirlərin yaranması, bölüşdürülməsi və istifadəsi
İqtisadi inkişaf dinamikasını qiymətləndirmək üçün məcmu məhsulun istehsalı və istehlakını səciyyələndirən göstəricilərdən istifadə olunur. Bu məhsul təsərrüfat subyektləri tərəfindən is-tehsal olunur, həmin subyektlər iki tipə: rezident və qeyri-rezi-dentə ayrılır. Hər hansı bir ərazidə bir ildən az yaşamayan, milli mənsubiyyətindən və vətəndaşlığından asılı olmayaraq öz mara-ğını ölkənin marağına uyğunlaşdıraraq fəaliyyət göstərən sub-yekt iqtisadi rezident sayılır (müəssisə, təşkilat, ve təsərrüfatı və s.). Qeyri-rezidentlər isə elə təsərrüfat vahidləri hesab olunur ki, onlar xarici ölkələrin ərazisində fəaliyyət göstərirlər.

Rezident və qeyri-rezidentlərin istehsal etdikləri məhsul və xidmətləri hesablamaq üçün iqtisadi artımın ümumiləşdirici göstəricilərindən istifadə оlunur. Bu məqsədlə dünya təcrübə-sində istifadə olunan aşağıdakı sintetik göstəricilərdən istifadə olunur: 1. Ümumi daxili məhsul (ÜDM); 2.Ümumi milli məhsul (ÜMM).

İqtisadiyyatın makrosəviyyədə təhlilində mərkəzi göstərici ÜDM, ikinci isə ÜMM hesab edilir. Onalrın hər ikisi iqtisadiy-yatın istehsal və xidmət sahələrinin fəaliyyətinin nəticəsini əks etdirirlər. Hər ikisi bir ildə əmtəə və xidmətlərin son dəyər ifa-dəsini əks etdirir. Оnlar cari və sabit (dyişməz) qiymətlərlə he-sablanır.

ÜDM ilə ÜMM-i fərqləndirmək lazımdır. ÜDM ərazi əlaməti üzrə hesablanır, yəni o milli mənsubiyyətindən asılı olmayaraq ölkə ərazisində yerləşən müəssisələrin (maddi istehsal və xid-mət sahələrinin) məhsullarının məcmusunun dəyəri kimi müəy-yən olunur. ÜMM isə milli müəssisələrin yerləşdiyi ərazidən asılı olmayaraq (öz ölkəsində və xaricdə) milli iqtisadiyyatın məhsullarının məcmu dəyəri kimi hesablanır (cədvəl 1.).



Yüklə 42,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin