Azərbaycan respublikasi təHSİl naziRLİYİ Naxçıvan Dövlət Universiteti


Cədvəl 1. Respublikanın ÜDM dinamikası



Yüklə 42,76 Kb.
səhifə8/10
tarix05.01.2022
ölçüsü42,76 Kb.
#111104
1   2   3   4   5   6   7   8   9   10
Cədvəl 1. Respublikanın ÜDM dinamikası.

İllər

Cəmi mln. manat

Аdam başına, manat

2000

4718,1

583,85

2003

7146,5

864,59

2004

8530,2

1021,91

2005

12522,5

1484,34

2006

18746,2

2196,98

2007

28360,5

3286,30

2008

38005,7

4353,30

Mövzu 8. MHS-də maliyyə və kapital göstəriciləri

Müəssisənin maliyyə göstəricilərinin əsasını təşkil edən mad-di istehsal xərcləri - istehsal prosesində tam istifadə edilən əmək əşyalarından və aşındıqca dəyəri məhsulun dəyərinə keçən əmək vasitələrindən ibarət olan maddi nemətlərin dəyərini ifadə edir. Maddi istehsal xərclərinə aşağıdakılar aid edilir:



  • xammal və materiallar, toxum, yem, gübrə və zəhərli kim-yəvi maddələr, yanacaq və enerji məsrəfi;

  • material xidmətlərinin (kənar müəssisə və təşkilatlar tərə-findən yerinə yetirilən istehsal xarakterli işlərin, rabitə xid-mətlərinin və s.) ödənilməsi;

  • daşınma və ticarət, maddi-texniki təchizat, tədarük müəs-sisələrində saxlanma zamanı əmtəə itkiləri;

  • xüsusi geyimə, müalicə-profilaktika yeməyinə və s. sərf olunan xərclər də daxil edilməklə, istehsala çəkilən sair maddi xərclər.

Bölmələrdə olan hər bir maddə müəssisənin maliyyə göstəri-cilərinə bu və ya digər formada təsir göstərir. Lakin təsərrüfat subyektlərinin maliyyə-yəsərrüfat fəaliyyətinin (iqtisadi, o cüm-lədən statistik baxımdan) xarakterizə edilməsində maddi (məs-rəf) göstəricilərilə yanaşı bir sıra digər göstəricilər də istifadə olunur ki, bunlarında fərdi qaydada araşdırılması məqsədəuy-ğundur. Bu göstəricilərdən birinciləri ümumi və xalis əlavə dəyərlərdir. Ümumi əlavə dəyər - istehsal olunan əmtəə və xid-mətlərin dəyəri ilə (buraxılışla) istehsal prosesində tam istehlak edilən məhsul və xidmətlərin dəyəri (aralıq istehlak) arasındakı fərqlə müəyyənləşdirilir. Xalis əlavə dəyər - əsas kapitalın isteh-lakı çıxılmaqla, əlavə dəyəri əks etdirir. Əvvəlki illə müqayi-sədə hesabat dövründə sahələr üzrə əlavə dəyərin fiziki həcm indeksi keçən dövrdəki qiymətlə hesabat dövründəki əlavə də-yərin həcmini keçən dövrdəki əlavə dəyərin həcminə bölməklə hesablanır.

Əmək haqqı (növbəti maliyyə göstəricisi kimi) - işlə təmin edənin hesabat dövründə yerinə yetirilmiş işə görə muzdlu işçiyə pul və ya natura şəklində ödədiyi haqq deməkdir. O, he-sablanmış məbləğ əsasında, yəni vergilər və tutulan digər məb-ləğlər çıxılmadan hesablanır. Əmək haqqı maliyyələşdirmə mənbəyindən asılı olmayaraq, pul və ya natura şəklində hesab-lanmış bütün qazanc növlərini (habelə müxtəlif mükafatları, əla-vələri və sosial güzəştləri) əhatə edir. O, aşağıdakı mükafat növ-lərini özündə birləşdirir:

  • görülmüş işə (işlənmiş vaxta) görə günəmuzd qiymətlər, tarif məvacibi, vəzifə maaşı və ya gəlirdən faizlər, mənfə-ətdən hesablanmış əmək haqqı;

  • həvəsləndirici ödəmələr (mükafatlar, tarif məvaciblərinə və maaşlarına əlavələr).



Yüklə 42,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin