Azərbaycan respublikasi təHSİl naziRLİYİ Naxçıvan Dövlət Universiteti



Yüklə 42,76 Kb.
səhifə9/10
tarix05.01.2022
ölçüsü42,76 Kb.
#111104
1   2   3   4   5   6   7   8   9   10
Mövzu 9. MHS və investisiyalar.

İnvestisiyalar iqtisadi aktivlərin (qə-bul olunmuş maliyyə öhdəlikləri çıxılmaqla əldə edilmiş aktiv-lər) xalis əldə edilməsi kimi müəyyənləşdirilir. İnvestisiyalar bi-na və tikintilərin əldə edilməsi, maşın və avadanlıqların və əsas fondların digər növlərnin alınması, maddi dövriyyə vasitələri ehtiyatlarının artırılması yolu ilə həyata keçirilə bilər. İnvesti-siyalar, həmçinin müəssisə və təşkilatların mülkiyyətinin tam və ya qismən əldə edilməsi, müəssisələrin səhmlərinin və s. Qiy-mətli kağızların, nizamnamə kapitalına haqların, hüquqi və fizi-ki şəxslərə kreditlərin verilməsi, bank əmanətlərinin alınması, daşınmaz əmlakın və s. əldə edilməsi yolu ilə həyata keçirilə bilər.

İqtisadi aktivlərin növündən asılı olaraq, real aktivlərə və maliyyəyə qoyulan investisiyalar fərqlənirlər. Real aktivlərə in-vesttisiyalar dedikdə, əsas kapitala (bina və tikililərə, maşın və avadanlıqlara, mal-qaraya, əkilmələrə, kəşfiyyat-qazma işlərinə, proqram təminatına, bədii əsərlərin orijinallarının alınmasına), maddi dövriyyə vasitələri ehtiyatlarının artırılmasına, qiymətli-lərə, maddi qeyri-istehsal aktivlərinin və qeyri-maddi qeyri-is-tehsal aktivlərinin əldə edilməsinə qoyulmuş kapital başa düşü-lür. Maliyyə investisiyasına maliyyə qoyuluşları aktivlərinə, xü-susilə də kredit qoyuluşlarına, səhmlərə, istiqraz vərəqələrinə və digər qiymətli kağızlara, sair maliyyə aktivlərinə qoyuluşlar aid-dir. Maliyyə investisiyaları həm ümumi, həm də xalis əsasda, yəni maliyyə öhdəlikləri çıxıldıqdan əvvəl və sonra müəyyən-ləşdirilə bilər. Maliyyə investiyası qısamüddətli və uzunmüd-dətli formada olur. Beynəlxalq maliyyə hesabatları standartları-na uyğun olaraq, qısamüddətli investisiyalara bir ildən çox ol-mayan müddətdə fəaliyyətdə olan və öz növbəsində sərbəst satıla bilən investisiyalar daxildir. Digər maliyyə inves-tisiyaları uzunmüddətli hesab olunur. Real investisiyalar – qeyri-maliy-yə aktivlərinin bütün növlərinin (istehsal və qeyri-istehsal aktiv-ləri) əldə olunması məqsədilə vəsait qoyuluşlarını əks etdirir. İnvestisiya prosesinin təhlili göstərir ki, təşkilatın mühasibat he-sabatlarında pul vəsaitlərinin hərəkəti cari (əməliyyat), investi-siya və maliyyə fəaliyyəti bölmələri üzrə əks etdirilir. Hər hansı bir ölkənin daxili iqtisadiyyatına investisiyalar həm rezidentlər, həm də qeyri-rezidentlər tərəfindən həyata keçirilə bilər.

Xarici investisiyalar (bu ölkənin iqtisadiyyatına qeyri-rezi-dentlərin investisiyaları, həmçinin rezidentlərin “qalan dünya” ölkələrinin iqtisadiyyatına investisiyaları) yalnız maliyyə aktiv-lərinə qoyula bilər. Onlar aşağıdakılara bölünür: birbaşa investi-siyalar; portfel investisiyaları; sair investisiyalar.

Birbaşa investisiyalar müəssisənin səhmlərinə və ya nizam-namə kapitalına digər qoyuluşlara nəzarət paketinin alınması yolu ilə müəssisənin idarə edilməsində həlledici səsin əldə edil-məsi üçün həyata keçirilir.


Yüklə 42,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin