Azərbaycan respublikasi təHSİl naziRLİYİ odlar yurdu universiteti



Yüklə 0,52 Mb.
səhifə9/10
tarix14.11.2022
ölçüsü0,52 Mb.
#119452
1   2   3   4   5   6   7   8   9   10
Fizika Əliquliyeva X .Fənn proqramı

Mövzunun qısa məzmunu:
Elektron 1896-cı ildə C.Tomson tərəfindən kəşf edildikdən sonra məlum oldu ki, atomun mənfi yüklü zərrəcikləri elektronlardır. Həmin dövrdə fizikləri atomun quruluşu çox maraqlandırırdı.1911-ci ildə E.Rezerfordun apardığı təcrübələr Tomson modelinin tamamilə həqiqətə uyğun olmadığını nümayiş etdirdi. Tomson modeli atomun quruluşunun öyrənilməsində bir mərhələ kimi yalnız tarixi əhəmiyyətə malikdir. Atomun qeyri-klassik nəzəriyyəsinin qurulması haqqında ilk uğurlu cəhd dahi Danimarka alimi Nils Bor tərəfindən edildi (1913) və müasir fizikanın inkişafında əsas mərhələni təşkil etdi. Bunu atomun yarımkvant nəzəriyyəsi də adlandırırlar.


Mövzu №.14. Şredinger tənliyi. funksiyasının statistik mənası. Kvant ədədləri. Elektronların atomun enerji səviyyələri üzrə paylanması. Pauli prinsipi. Elementlərin dövri sistemi.


Mövzunun qısa məzmunu

Bildiyimiz kimi, elementar zərrəciklərin təbiətindəki dualizm, onların hərəkətini klassik elektrodinamika və ya dinamika qanunları ilə təsvir etnıəyin qeyri-mümkünlüyünü göstərir. Zərrəciyin hərəkətini təsvir edən tənlik, onların həm dalğa, həm də korpuskulyar xassələrini birlikdə özündə ehtiva etməlidir. Məhz belə tənlik 1926-cı ildə E.Şredinger tərəfındən təklif edilmişdir.Şredinger zərrəciyin hərəkətini koordinat və zamandan asılı olan funksiya ilə təsvir etmişdir. Bu funksiya zərrəciyin həm korpuskulyar və həm də dalğa xassələrinin daşıyıcısı olsa da, Şredinger onu dalğa funksiyası adlandırmışdır. Atomda hər bir elektronun halı 4 kvant ədədi ilə (baş kvant ədədi - n, orbital və ya azimutal kvant ədədi - l, maqnit kvant ədədi – ml və spin kvant ədədi - ms ) təyin olunur.1925 – ci ildə V. Pauli tərəfindən irəli sürülmüş və onun adını daşıyan Pauli prinsipi adlanan kvant mexanikası qanununa əsasən atomda elektronların müxtəlif enerji səviyyələri üzrə paylanma qaydasını müəyyən etmək olar. Pauli prinsipinə görə verilmiş enerji səviyyəsində eyni kvant ədədləri ilə və ) xarakterizə olunan yalnız bir elektron ola bilər və ya istənilən atomda eyni dörd kvant ədədləri dəsti ilə təyin edilən iki elektron ola bilməz .




Mövzu № 15. Atom nüvəsinin quruluşu. Nüvənin rabitə enerjisi. Nüvə qüvvələri. Atom nüvəsinin modelləri. Radioaktivlik. Radioaktiv parçalanma qanunları. -, -, - parçalanma. Nüvə reaksiyaları



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin