Azərbaycan respublikasi təHSİl naziRLİYİ odlar yurdu universiteti



Yüklə 0,52 Mb.
səhifə1/10
tarix14.11.2022
ölçüsü0,52 Mb.
#119452
  1   2   3   4   5   6   7   8   9   10
Fizika Əliquliyeva X .Fənn proqramı


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
ODLAR YURDU UNİVERSİTETİ

(Ali təhsilin bakalavr səviyyəsi üçün)


Fizika fənninin
PROQRAMI

Kafedra – İnformasiya texnologiyaları və mühəndislik


İxtisasın şifri və adı – İPF-B04 – Fizika


Bakı-2021

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ


ODLAR YURDU UNİVERSİTETİ

(Ali təhsilin bakalavr səviyyəsi üçün)


Fizika fənninin
PROQRAMI

Kafedra – İnformasiya texnologiyaları və mühəndislik


İxtisasın şifri və adı – İPF-B04 – Fizika

Proqram Odlar Yurdu Universitetinin “İnformasiya texnologiyaları və mühəndislik” kafedrasının 03.09.2021-ci il tarixli (Protokol № 07) iclasında müzakirə edilmiş və universitetin Elmi Şurasının 27.09.2021-ci il tarixli qərarı ilə təsdiq edilmişdir.


Bakı-2021


Tərtib edən (lər): Odlar Yurdu Universitetinin “İnformasiya texnologiyaları və mühəndislik” kafedrasının dos. Xəyalə Vaqif qızı Əliquliyeva, Leyla Əlizadə

Elmi redaktor (lar): Odlar Yurdu Universitetinin “İnformasiya texnologiyaları və mühəndislik” kafedrasının müəllimləri dos.Rahib İmamquluyev, prof.R.B.Ələkbərov

Elmi rəyçi (lər): AMEA Fizika Institutu, laboratoriya rəhbəri , fizika üzrə elmlər doktoru N.A.Abdullayev, ADPU Fizika fakültəsinin dosenti, fizika üzrə elmlər doktoru S.H.Cabarov

“Odlar Yurdu Universiteti” nəşriyyatı 2021


GİRİŞ
Fizika həmişə təbiət elmləri içərisində mühüm yer tutmuşdur.Fizikanın inkişafı texnikanın inkişafına səbəb olduğu kimi,texnikanın nailiyyətləri də öz növbəsində fizikanın inkişafında
xüsusi yer tutur. Bu günün fizikası sabahın texnikasıdır. Bu elm eyni zamanda dünyagörüşümüzün düzgün formalaşmasında və inkişaf etməsində də xüsusi rol oynayır. Bizi əhatə edən aləm maddidir. Materiyanın əsas və ayrılmaz xassəsi hərəkətdir. Maddi cisimlərdə baş verən hər cür dəyişiklik hadisə adlanır. Hadisələr arasında mövcud olan zəruri əlaqə qanun adlanır. Fizika qanunları məqsədli qoyulmuş təcrübələrin və yaxud təsadüfü müşahidələrin nəticəsinin ümumiləşməsi zamanı meydana çıxır. Çox vaxt fiziki qanunauyğunluqlar alimlər tərəfindən əvvəlcədən nəzəri olaraq irəli
sürülür,sonradan təcrübədə yoxlanılır.
Eynşteyinin nəzəri olaraq irəli sürdüyü kütlə ilə enerji arasındakı münasibətin təcrübi yoxlanılması və təsdiqi fizika elminin inkişafına böyük təkan verdi. Fizikanın hər bir bölməsi baxılan hadisənin öyrənilməsində özünün spesfik yanaşma xüsusiyyətlərindən geniş istifadə edir.
Mexanika bölməsi cisimlərin bütövlükdə hərəkətini onların daxili quruluşunu nəzərə almadan öyrənir. Mexanika bölməsində maddi nöqtə,mütləq bərk cisim, sıxılmayan qaz–maye anlayışlarından istifadə edilir.
Molekulyar fizika və istilik hadisələri bölməsi baxılan hadisəni atom və molekulun quruluşunu nəzərə almadan öyrənir. Burada hadisələrin mahiyyəti, atom–molekulların hərəkəti və qarşılıqlı təsiri nəzərə alınaraq, molekulyar–kinetik nəzəriyyənin müddəaları əsasında izah edilir. Bunu sistemin enerjisi, enerjinin bir cisimdən başqasına ötürülməsi və enerjinin çevrilməsi qanunlarını bilməklə həyata keçirmək olar. Termodinamika bölməsində fizikihadisələr enerji nöqteyi–nəzərindən öyrənilir.
Elektirik və maqnit hadisələrinin molekulların quruluşu nəzərə alınaraq elektron və digər yüklü zərrəciklərin varlığı ön plana çəkilir və baxılan hadisələrin izahında Drude və Lorens tərəfindən yaradılmış elektron nəzəriyyəsindən istifadə olunur.
Optika bölməsi işıq hadisələrindən təsəvvürlərə görə işıq
107 ÷10-3 Å (10-3 ÷10 -13m) dalğa uzunluğuna malik elektromaqnit dalğalarıdır.Göstərilən diapozon infraqırmızı (İQ) (10-3÷0,7·10 -6m), görünən (0,7÷0,4)·10 -6m, və λ<0,4·10 -6m ultrabənövşəyi (UB) oblastlara ayrılır. Bəzən optik diapozon dedikdə bilavasitə insan gözü ilə ayırd edilən (0,4÷0,7)mkm dalğa uzunluğu nəzərdə tutulur. Bu bölmədə işıgın elektromaqnit təbiəti, fotometrik kəmiyyətlər, həndəsi optika, işığın interferensiyası, işığın difraksiyası, işiğın polyarlaşması, işiğın dispersiyası, işiğın udulması və səpilməsi, şüalanmanın növləri və s. məsələlər şərh edilir.
Atom və nüvə fizikası bölməsində yüklü zərrəciklərin xarici elektromaqnit sahələrində hərəkəti, atom və nüvə modellərinin dəqiqləşdirilməsi məsələləri, Bor nəzəriyyəsi və onun təcrübə yolu ilə əsaslandırılması, tarazlıqdakı şüalanma spektrinin quruluşu, kimyəvi elementlərin dövri sisteminin izahı, nüvə qüvvələri, radioaktivlik, nüvə reaksiyaları və s. bu kimi məsələlər öyrənilir.
Bütün bu deyilənlərdən belə nəticəyə gəlmək olar ki, fizika
elmi həmişə inkişafda olan elm olub, maddi aləmin fiziki mənzərəsinin qanunauyğunluqlarını ardıcıl və sistematik öyrənərək obyektiv gerçəkliyə yaxınlaşır.
Bu baxımdan Odlar Yurdu Universitetində “Ümumi Fizika” fənninin tədris olunmasında əsas məqsəd tələbələrin müasir hazırlıq sistemində əsasdır. Fundamental bilik bazasının yaradılmasıdır ki, onun əsasında sonradan fizikanın bütün bölmələrinin daha dərindən və incəliklə öyrənilməsini inkişaf etdirmək olar. Bununla bağlı olaraq “Ümumi fizika” kursunda qarşıya qoyulan əsas tələblər formalaşır: Onlardan birincisi kursun metodoloji və dünyagörünüşünün inkişafı istiqamətində olmasıdır. Tələbələrdə bizi əhatə edən ətraf aləmin vahid, səlist, məntiqi fiziki mənzərəsini formalaşdırmaq zəruridir. İkincisi, klassik fizikanın vahid yanaşması çərçivəsində təbiətdə baş verən bütün hadisə və proseslərə baxılmalıdır, onlar arasında əlaqə yaradılmalıdır, əsas qanunlar aşlanmalı və onları riyazi şəkildə ifadə etmək lazımdır. Üçünçüsü isə, tələbələrə fiziki eksperimentlərin aparılması, nəticələrin təhlili və alınmış verilənlərin analizi aşlanmalıdır.

Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin