Fənnin təsviri və qısa məzmunu. Məlum olduğu kimi, bazar iqtisadi sistemi yolu ilə inkişaf edən ölkələrin müəssisələrində marketinq, idarəetmə funksiyası olmaqla, tələbatın öyrənilməsində və onun təmin olunmasında aktiv rol oynayır. Başqa sözlə, marketinq iqtisadi və ictimai fəaliyyətin ən zəruri və əsas növlərindən biridir. Marketinqin idarə edilməsi ümumi müəssisənin idarəetmə sisteminin mühüm tərkib hissəsidir. Bununla yanaşı marketinqin idarəetmə funksiyasının özünə məxsus xüsusiyyətləri mövcuddur. Belə ki, xarici mühit ilə bağlı marketinq müəssisənin bazar fəaliyyətini müəyyən edir. Bu nöqteyi-nəzərdən, marketinqin idarə edilməsi fənninin tədris olunması müasir dövrdə xüsusi əhəmiyyətə malikdir.
Fənnin məqsədi.Fənnin tədris olunmasında müəllimin qarşısına qoyduğu məqsədlər aşağıdakılardan ibarətdir:
Müəssisələrin təşkilati hüquqi formalarına görə onların idarə edilməsinin qanunvericilik bazasını təlqin etmək, onun təşkilati və hüquqi əsaslarını öyrətmək və marketinqin idarə edilməsinin praktiki əsaslarını öyrətmək.
Marketinqin idarə olunması konsepsiyalarının tətbiqini öyrətmək.
Marketinqin idarə olunmasında məhsul, iş, xidmətlə bağlı informasiyaların toplanmasını, emal olunmasını və müəssisə üzrə tətbiqini öyrətmək.
Marketinqdə qiymət siyasətinin tətbiqi bacarıqlarını aşılamaq.
Satışın stimullaşdırılmasını və reklam fəaliyyətinin idarə olunmasını öyrətmək.
Marketinqdə məhsulun bölüşdürülməsi və satışın idarə olunması praktikasını aşılamaq.
Beynəlxal marketinq araşdırmalarının həyata keçirilməsini öyrətmək.
Fənnin təlim nəticələri.Tələbələrdə fənnin öyrənilməsinin aşağıdakı nəticələrınə nail olmaqla, onlar aşağıdakı bacarıqlara sahib olacaqlar:
Misallarla müzakirə olunnan müəssisələr üzrə funksiyalarda sadalananların təhlillərini, qiymətləndirmən bacarığına yiyələnmək. M1, M3
Ölkə daxili və beynəlxalq səviyyədə sahələr üzrə məhsul, iş, xidmətlə bağlı informasiyaların toplanmasını, emalını tətbiq etmək bacarığına malik olmaq. M2,M6
Qiymət siyasətinini və reklam xərclərini təhlilinin icrasını təmin etmək. M3
Məhsulun bölüşdürülməsi və satışın idarə olunması bacarıqlarına malik olmaq. M4,M5
İdarəetmə strukturlarının təşkilini və onların layihələndirilməsini bacarmaq. M1
Beynəlxalq marketinq araşdırmalarının aparılması və marketinq funksiyalarının tətbiqini bacarmaq. M6