Azərbaycan respublikasi təHSİl naziRLİYİ QƏRBİ kaspi universiteti SƏRBƏst iŞ



Yüklə 73,15 Kb.
səhifə1/3
tarix05.12.2022
ölçüsü73,15 Kb.
#120447
  1   2   3
Biznes Statistikası


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
QƏRBİ KASPİ UNİVERSİTETİ

SƏRBƏST İŞ
Tələbə: Ülvi Şərbətov
Fakultə: İqtisadiyat və biznes
Kafedra:
İxtisas: Turizim işinin təşkili
Qrup: 2530T
Tədris ili: 2022
Fənn: Biznes Statistikası
Müəllim: Məmmədli.M
Sərbəst işin mövzusu: Statistikanın predmeti, vəzifələri və təşkili

Bakı-2022
Mündəricat

1. Statistika haqqında anlayış
2. Statistikanın predmeti
3. Statistika elminin nəzəri əsasları, əsas kateqoriyaları və anlayışları

Statistika haqqında anlayış
Bazar münasibətləri şəraitində statistika hər şeyi bilmək qüdrətinə malikdir. Sosial-iqtisadi hadisələrin dərk edilməsində,onların inkişaf qanunauyğunluqlarının öyrənilməsində statistika qüdrətli vasitədir. Bunu nəzərə alaraq hələ XX əsrin əvvələrində məşhur ingilis statistiki U-Dj Reyxman “ Statistikanın tətbiqi “ adlı əsərində yazmışdır: “Biz statistika əsrində yaşayırıq”. Reyxmanın bu sözlərini tamamilə XXI əsrə də aid etmək olar. Bəli, XXI əsri statistikasız düşünmək mümkün deyildır. Biz XXI əsrdə statistika elminin insan fəaliyyətinin bütün sahələrində geniş miqyasda tətbiqi dövründə yaşayırıq. Hər bir təbiət hadisələri və insan fəalliyyətinin bütün cəhətləri statistika göstəricilərinin köməyilə ölçülür və ifadə olunur. Statistika məlumatı çox inandırıçı fakt kimi insanlarda müəyyən emosiyanın yaranmasına səbəb olur. Statistikanın öz dili – “rəqəm dili” vardır. Rəqəm dili hər cür gözəl sözlərdən daha inandırıcı olur. Ona görə də hər bir idarəedici orqan işçiləri və tədqiqatçılar rəqəm dili olan statistikadan tez-tez istifadə etməli olurlar. Bazar iqtisadiyyatı statistikadan istifadə etmənin əhəmiyyətini daha da artırmışdır. Müasir bazar münasibətləri şəraitində statistika terminindən (istilahından) müxtəlif mənada istifadə edilir. Belə ki, çox tez-tez statistika külliyyatlarında və dövrü mənada dərc edilən məlumatı statistika adlandırırlar. Bu məlumatlar canlı rəqəmlər olub, xalqımızın ayrı-ayrı fəaliyyət sahələrində əldə etdikləri nəticələri hər cür sözdən daha aydın xarakterizə etmək imkanına malikdirlər.
Respublikanın Dövlət Statistika Komitəsi hər il “Azərbaycanın statistik göstəriciləri” adlı statistika məcmuəsini nəşr etdirir. Bu məcmuədə nəşr olunmuş məlumatlar canlı rəqəmlər olub, müxtəlif fəaliyyət sahələrində xalqımızın əməyi əsasında yaradılmış nəticələri daha dolğun, əyani şəkildə xarakterizə edir. 2003- cü ildə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin nəşr etdirdiyi “Azərbaycanın statistik göstəriciləri “ adlı statistika məcmuəsində göstərilir ki, 2002 – ci ildə respublikada qaz kondensatı da daxil olmaqla neft hasilatı 15.3 milyon ton, təbii qaz hasilatı 5144 min kub metr, elektrik enerjisi istehsalı 18701 milyon kilovatt-saat olmuşdur. Statistika orqanları tərəfindən müntəzəm olaraq insan fəaliyyətinin müxtəlif sahələri üzrə toplanmış kütləvi məlumat da statistika adlanır. Kütləvi statistika müşahidələri əsasında ölkənin əhalisini, iqtisadiyyatını, mədəniyyətini, əhalinin təhsilini və əhalinin digər fəaliyyət sahələrini xarakterizə edən məlumatları statistika adlandırmaq olar.
Bütün bunlarla bərabər, elmlər sistemində mühüm yer tutan, özünün xüsusi predmeti və tədqiqat metodu olan, yəni çox mühüm bilik sahəsi olan statistika fənni mövcuddur. Statistika latın sözü “status“-dan və italyan sözü “stato”-dan əmələ gəlmişdir. “Status” hadisənin vəziyyəti, “stato” isə “dövlət” mənasında işlədilir. Hərfi tərcümədə statistika dövlət işinin bilicisi, müəyyən biliklər toplusu, dövlətin siyasi, iqtisadi məsələlərinin bilicisi mənasında başa düşülürdü. Statistika istilahından ilk dəfə 1746 - cı ildə alman filosofu və hüquqşünası professor Qotfrid Axenval istifadə etmişdir. Lakin o dövrdə Q.Axenvalın statistikanın məzmunu, predmeti və vəzifələri haqqında baxışları müasir statistika elminə olan baxışlardan çox-çox uzaq idi. Q.Axenval alman təsviri məktəbinin görkəmli nümayəndəsi olmuşdur. Alman təsviri məktəbindən 100 il qabaq əmələ gəlmiş ingilis siyasi hesab məktəbinin statistikaya baxışları müasir statistika elminə olan baxışlara daha yaxın olmuşdur. Siyasi hesab məktəbinin yaradıcıları görkəmli ingilis alimləri Con Qraunt ( 1620-1674) və Vilyam Petti ( 1623-1687) olmuşdur. Kapitalist istehsal üsulunun tədqiqatçısı K. Marks V. Pettini “statistikanın yaradıcısı” adlandırmışdır.
Statistikanın əmələ gəlməsi və inkişafı dilin və hesab əməliyyatlarının inkişafına uyğun olmuşdur. Cəmiyyətin inkişafı və insanların təcrübə ehtiyacı statistikanın əmələ gəlməsini və inkişafını tələb etmişdir. Statistikanın əmələ gəlməsi dövlətin əmələ gəlməsi və inkişafı ilə sıx əlaqədar olmuşdur. Məhsuldar qüvvələrin, istehsal münasibətlərinin inkişafı statistikanın yaranması və inkişafının mühüm amillərindəndir. Statistika təcrübəsinin inkişafının ümumiləşdirilməsi nəticəsində statistika elmi yaranmışdır. Statistikanın formalaşması çox uzun və mürəkkəb olmuşdur. Onun yaranması təsərrüfat uçotunun yaranmasından başlanmışdır. Təsərrüfat uçotunun yaranması isə qədim dövrə mənsubdur. Müəyyən uçot əsasında əldə edilən maksimum məlumat olmadan dövlətin fəalliyyətini həyata keçirmək mümkün deyildir. İranda uçot aparan adamı çarın “gözü və qulağı“ adlandırırdılar.

Yüklə 73,15 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin