Azərbaycan respublikasi təHSİl naziRLİYİ QƏRBİ kaspi universiteti SƏRBƏst iŞ



Yüklə 73,15 Kb.
səhifə2/3
tarix05.12.2022
ölçüsü73,15 Kb.
#120447
1   2   3
Biznes Statistikası

Statistikanın predmeti
Statistika elmlər sistemində mühüm yer tutan, özünə məxsus predmeti və tədqiqat metodu olan bir elm sahəsidir. O uzun inkişaf tarixinə malik olan bir elmdir. Statistika ictimai elmdir. Onun predmetinin əsas xüsusiyyəti, həyatda baş verən kütləvi sosial-iqtisadi hadisələrin kəmiyyət tərəfini və onların qanunauyğunluqlarını tədqiq etməkdir. Statistika elminin birinci mühüm xüsüsiyyəti ondan ibarətdir ki, ayrı-ayrı faktları deyil, kütləvi və ayrı-ayrı faktlardan ibarət olan çox götürülmüş hadisə və prosesləri tədqiq edir. Statistika tədqiqatının vəzifəsi ümumiləşdirici göstəriciləri almaqdan və təsadüfləri nəzərə almayan ancaq kütləvi hadisələrdə baş verən qanunauyğunluqları konkret məkan və zaman şəraitində tədqiq etməkdir. Bazar iqtisadiyyatı şəraitində kütləvi hadisələrin qanunauyğunluqlarını öyrənmək daha mühüm əhəmiyyət kəsb edir. Bazar münasibətləri şəraitində statistika kütləvi sosial- iqtisadi hadisələrin kəmiyyət tərəflərinin və onların inkişaf qanunauyğunluqlarının öyrənilməsinə xüsusi əhəmiyyət verir. Bu xüsusiyyət statistikanı digər elm sahələrinə - fəlsəfə, iqtisadi nəzəriyyə, coğrafiya və digər elmlərə yaxınlaşdırır. Statistika elminin digər xüsusiyyətlərindən biri ondan ibarətdir ki, o, hər şeydən əvvəl, sosial – iqtisadi hadisələrin kəmiyyət tərəfini konkret məkan və zaman şəraitində öyrənir. Deməli, statistikanın predmeti sosial iqtisadi hadisələrin həcmini və kəmiyyət nisbətlərini onların əlaqə və inkişaflarının qanunauyğunluğunu öyrənməkdir. Məsələn, statistika ölkəmizdə istehsalın, bölgünün və istehlakın iqtisadi xarakterizəsini, əhalinin sayını və bölgələr üzrə onların məskunlaşmasını, əhalinin maddi həyat səviyyəsini və s. öyrənir.
Statistika ictimai hadisələrin kəmiyyət nisbətlərini öyrənir. Məsələn, Azərbaycan Respublikasında 2002 – ci ildə 29602.0 milyon manat, o cümlədən adambaşına 3676,4 min manat ümumi daxili məhsul istehsal edilmişdir. 2002- ci ildə respublikada əhalinin hər 1000 nəfərinə 13.8 doğum, 5.8 ölüm, 8.0 təbii artım, 5.2 nigah, 0.7 boşanma düşmüşdür. Azərbaycan Respublikasında adambaşına düşən diri çəkidə ət 2001- ci ildə 25 kq, 2002 – ci ildə 27 kq, süd müvafiq olaraq: 133 kq yumurta 0.8 və 0.9 ədəd, kartof 75 və 85 kq, tərəvəz və bostan məhsulları 149 və 160 kq, meyvə və giləmeyvə, üzüm 69.7 və 70.8 kq olmuşdur. Kəmiyyət müəyyənliklərinin öyrənilməsi statistikanın predmeti olub obyektiv xüsusiyyətə malikdir. Statistika məlumatlarında onların ifadə olunmasından asılı olmayaraq sosial - iqtisadi hadisələr hər bir zaman müəyyən səviyyəyə malik olurlar.
Onlar həmişə məkan və zaman şəraitində dəyişirlər. Belə halda statistika riyaziyyatdan nə ilə fərqlənir? Bizim fikrimizə görə statistikanın əsas xüsusiyyəti müəyyən keyfiyyətlə kütləvi sosil - iqtisadi hadisələrin kəmiyyət tərəflərini konkret məkan və zaman şəraitində öyrənir. Riyaziyyat üçün kəmiyyətin konkret məzmunu əhəmiyyət kəsb etmədiyi (həmişə 5x5 = 25) halda, statistika üçün rəqəmlər keyfiyyət məzmunu olmadıqda, həmçinin müəyyən məkan və zamanda ifadə olunmadıqda hər cür mənasını itirmiş olur. Deməli, statistikada sadəcə olaraq, 1000, 2000 və i. a. rəqəmləri yoxdur. Statistika elmində rəqəmlər adlı, həmçinin müəyyən məkan və vaxta aid olurlar. Bu mənada statistika riyaziyyatdan tamamilə fərqlənir. Kəmiyyət müəyyənliyi statistikanın predmetinin obyektiv xüsusiyyətidir. Statistika tərəfindən müəyyənləşdirilən kəmiyyət xarakterizəsi statistika məcmuyunun bütün vahidləri üçün qeydə alınmış birdəfəlik, həmişəlik və dəyişməz deyildir. Onlar bir məcmuyu vahidindən digər məcmuu vahidinə doğru məkan və zamanda dəyişirlər. Həyatda olan sosial – iqtisadi hadisələrin variasiyasının qarşısını almaq mümkün deyildir. Sosial – iqtisadi hadisələrin variasiyası statistika elminin labüdlüyünün, onun mövcudluğunun mühüm şərtidir. Əlamətin variasiyası dedikdə statistika məcmuyunun ayrı-ayrı vahidlərinin birbirindən fərqlənməsi başa düşülür.
Sosial – iqtisadi hadisələrin kəmiyyət xarakterizəsini statistika müəyyən rəqəmlərlə ifadə edir. Onların kəmiyyət tərəflərinin xarakterizəsi statistika göstəriciləri adlanır. Mürəkkəb hadisələri hər tərəfli əks etdirən göstəricilər məcmuyu göstəricilər sistemini təşkil edir. Statistika elminin mühüm xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, o sosial-iqtisadi hadisələrin quruluşunu xarakterizə edir. Kütləvi sosial-iqtisadi hadisələrin daxili quruluşunu öyrənmək statistika elminin mühüm vəzifəsidir. Statistika bu quruluşu müəyyən etməli, statistik göstəricilərilə ifadə etməli və əks etdirməlidir. Quruluşu təhlil edərkən sosial – iqtisadi hadisələrin tərkib hissələri aşkar edilir. Hadisələrin bu tərkib hissələri tamla və özləri arasında müqayisə edilir. Həmin quruluş eyni tipli digər quruluşla müqayisə edilir və tərəddüdün səbəbləri aşkar edilir. Bunun əsasında quruluşun optimallaşdırılması üzrə təkliflər verilə bilər. Sosial-iqtisadi hadisələrin quruluşunu müəyyənləşdirmək üçün qruplaşdırma metodundan istifadə edilməlidir . Statistika elminin çox mühüm xüsusiyyətlərindən biri onun sosial-iqtisadi hadisələrin məkan və zamanda dəyişilməsini öyrənməkdir. Sosial–iqtisadi hadisələrin məkanda dəyişilməsi onların quruluşunun təhlili vasitəsilə aşkar edilir.
Sosial-iqtisadi hadisələrin səviyyə və quruluşunun dəyişilməsi dinamikada tədqiq olunur. Həyatda baş verən hadisə və proseslərin dinamikada təhlilinə onların müəyyən vaxt anına, yaxud vaxt arasında səviyyələrinin, həcminin və orta səviyyələrinin müəyyən edilməsi, dəyişilməsinin kəmiyyətinin və sürətinin müəyyən edilməsi dəyişilmənin əsas meylinin müəyyənləşdirilməsi və onların qanunauyğunluğunun aşkar edilməsi, həmçinin statistik proqnozların verilməsi daxildir. Həyatda baş verən hadisələr və onların əlamətləri qarşılıqlı əlaqə və asılılıqdadırlar. Hadisələrin birinin dəyişilməsi digərinin dəyişilməsinə səbəb olur. Məsələn, əmək məhsuldarlığının yüksəlməsi məhsulun maya dəyərinin azalmasına səbəb ola bilər. Əlaqə və asılılıqların müəyyənləşdirilməsi statistika elminin daha mühüm xüsusiyyətlərindən biridir.
Beləliklə, statistika elminin predmetini aşağıdakı kimi müəyyənləşdirmək olar. Statistika ictimai elmlər sistemində mühüm yer tutur, o keyfiyyətcə müəyyən kütləvi sosial – iqtisadi hadisələrin kəmiyyət tərəflərini öyrənir, onların quruluşunu və bölgüsünü, məkanda yerləşməsini, dinamikada dəyişilməsini, əlaqə və asılılıqlarını, ümumi meyllərini, qanunauyğunluqlarını konkret məkan və zaman şəraitində öyrənir. Statistika kütləvi sosial-iqtisadi hadisələrin kəmiyyət tərəflərini keyfiyyət tərəfindən ayırmadan konkret məkan və zamanda öyrənən bir elmdir. Sosial-iqtisadi hadisələrin keyfiyyəti aramla, kəmiyyəti isə sürətlə dəyişir. Bu o deməkdir ki, sosial – iqtisadi hadisələrin kəmiyyət tərəfinə nisbətən keyfiyyəti daha sabit olur. Qeyd etmək lazımdır ki, sosial – iqtisadi hadisələrin kəmiyyət tərəflərinin dəyişilməsinə digər amillərlə birlikdə təbii və texniki amillər də təsir göstərir. Statistika sosial-iqtisadi hadisələrin kəmiyyət tərəflərinin dəyişilməsinə təbii və texniki amillərin təsirini də öyrənir. Belə amillərdən təbii şəraitin (havanın temperaturunun, yağıntının miqdarının və s.) kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına təsirini, yeraltı sərvətlərin (neft, qaz və s.) coğrafi şəraitinin əmək məhsuldarlığına və məhsulun maya dəyərinə təsirini, texniki tərəqinin məhsul istehsalının həcminə və əmək məhsuldarlığının yüksəlməsinə təsirini və s. göstərmək olar.


Yüklə 73,15 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin