Müəllimlərin sizlə görüşdüyü seminar və məruzə saatlarından başqa sizə məsləhət olunan qəbul saatları da vardır ki, semestr ərzində sual və ya sorğularınız üçün həmin saatlarda kafedralara yaxınlaşa bilərsiniz.
VII. SƏRBƏST İŞ MÖVZULARI: 1. Psixologiyanın bir elm kimi təşəkkülü. Psixologiya elminin əsas sahələri və onların təsnifatı
2. Psixologiyanın tədqiqat metodlarının ümumi xarakteristikası və təsnifatı. Eksperiment metodu və onun xarakteristikası. Müşahidə metodu və onun xarakteristikası.
3. Duyğular, növləri və onların təsnifatı. Duyğuların psixofizioloji qanunauyğunluqları
4. Diqqətin növləri və əsas xüsusiyyətləri.Diqqətin funksiyaları..
5. Təfəkkürün mahiyyəti və əsas xüsusiyyətləri. Təfəkkürün inkişafı. Şüur və təfəkkür. Təfəkkürün əsas formaları. Təfəkkür proseslərinin xarakteristikası.
6. Psixologiyada şəxsiyyət problemi. Şəxsiyyət və fəaliyyət. Şəxsiyyətin inkişafının təkanverici mexanizmləri.
7. Emosional halətlər, onların psixoloji xarakteristikası. Hisslərin səciyyəsi. Ali hisslər və onların növləri.
8. Ünsiyyətin psixoloji xarakteristikası. Ünsiyyətin növləri. İnsanların bir-birini qavraması və anlaması.
9. Temperamentin xassələri. Temperamentin təsnifatı və sinir sisteminin xassələri.
10. Qabiliyyət haqqında ümumi anlayış. Qabiliyyət və istedad. Qabiliyyətlərin formalaşması: təbii imkanlar və fəaliyyət.