8.Tərif. Müstəvinin verilmiş nöqtəsindən verilmiş məsafədə olan bütün nöqtələr
çoxluğundan ibarət həndəsi fiqura çevrə deyilir.
A
M
E
B
F
Verilmiş O nöqtəsi çevrənin mərkəzi adlanır. Çevrəyə mənsub olan ixtiyari M
nöqtəsindən mərkəzə qədər olan məsafə çevrənin radiusu adlanır. Radius R hərfi ilə
işarə edilir. Çevrənin iki nöqtəsini birləşdirən düz xətt parçasına vətər deyilir. Məsələn,
EF
vətərdir. Mərkəzdən keçən vətərə diametr deyilir. Məsələn, AB diametrdir. Aşkardır
ki, diametrin uzunluğu radiusun uzunluğunun iki mislinə bərabərdir, yəni AB = 2OM və
ya AB= 2R. Çevrənin mərkəzi hər bir diametrin orta nöqtəsidir.
Çevrə hissəsinə qövs deyilir, məsələn AnB və və AmB qövsləri. Bu qövslər AB vətərinə
söykənir.
n
B
A
M
Dostları ilə paylaş: |