doğru, yaxud yalan ola biləcək bir fikri ifadə edən nəqli cümlə başa düşülür.
Mulahiz
ələr doğru, yaxud yalan kimi məntiqi qiymətlər alır. Məsələn, “2x2=4”, yaxud,
“Bakı şəhəri Azərbaycan Respublikasının paytaxtıdır” cümlələri mülahizələrdirlər, “Saat
neçədir?”, yaxud “6x+14x+22=0 tənliyini həll edin.” cümlələri isə mülahizə deyildir.
Mülahizələr doğru, yaxud yalan kimi məntiqi qiymətlərdən yalnız birini alır, yəni, heç bir
mülahizə eyni zamanda həm doğru, həm də yalan kimi məntiqi qiymətlər ala bilməz.
Bir neçə mülahizə nümunələrinə baxaq:
1) Bakı şəhəri Xəzər dənizinin sahilində yerləşir.
2) Moskva
– İngiltərənin paytaxtıdır.
3) Qurbağa balıq deyil.
4) 6
ədədi 2-yə və 3-ə bölünür.
5) 33
ədədi sadə ədəddir.
6) Əgər a müsbət həqiqi ədəddirsə, onda a ədədinin modulu özünə bərabərdir.
1), 3), 4), 6) mülahizələri doğru, 2),5) mülühizələri isə yalan mülahizələrdir. Qeyd edək
ki, h
ətta bitmiş bir fikri ifadə edən istənilən nəqli cümlə mülahizə olmaya bilər. Məsələn,
“Yaşasın vətənin qəhrəman övladları!” cümləsi mülahizə deyildir. Çünki bu cumlə
Dostları ilə paylaş: |