Azərbaycan respublikasi təhsil nazirliyi sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniki kolleci



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə28/54
tarix01.01.2022
ölçüsü1,54 Mb.
#107210
1   ...   24   25   26   27   28   29   30   31   ...   54
SRTFM-1-MÜHAZİRƏ

hesab m

əsələləri deyilir.Məsələnin həlli tənliklərin, bərabərsizliklərin həllinə gətirilərsə, 

buna c



əbri məsələ deyilir. Həndəsə məsələlərinin həllində hesab, cəbr metodlar  tətbiq 

oluna bil

ər. 

Hesab  məsələləri  onların  həllində  tətbiq  olunan  əməllərin  sayına  görə  2  növə 



ayr

ılır: 


1) 

bir əməlin tətbiqi ilə həll olunan məsələlərə sadə məsələlər deyilir. 

Burada  eyni  bir  əməlin  2  –  3  dəfə  və  s.  tətbiq  edildiyi  nəzərdə  tutulmur.  Belə  bir 

məsələni nəzərdən keçirək: 

“Bidondan 3 l süd götürdükdən sonra 10 l süd qaldı. Əvvəl bidonda neçə litr süd vardı?” 

Göründüyü kimi bu məsələ bir əməllə həll olunur. 

2) 

iki və daha çox əməllə həll olunan məsələlərə mürəkkəb məsələlər deyilir. 



M

əsələn,  “Bir şagirdin  12 karandaşı,  o birinin isə ondan 8 dənə  çox karandaşı var. İki 

şagirdin birlikdə neçə karandaşı var?” – məsələni həll etmək üçün toplama əməli 2 dəfə 

t

ətbiq  olunur  və  bu  mürəkkəb  məsələdir.  Bu  məsələdə  “12  karandaş,  8  dənə  çox 



karandaş”  məsələnin  şərti,  “2  şagirdin  birlikdə  neçə  karandaşı  var?”  isə  məsələnin 

sualıdır. 

Hesabl

ama üsulu ilə həll edilən mətn məsələlər müxtəlif qruplara bölünür. Bu baxımdan 



sadə məsələlərin həllinin aşağıdakı kimi qruplaşdırılması vacibdir: 

1) 


İki ədədin cəminin tapılmasına aid mətn məsələlərin həlli 

Sevdanın 5 qırmızı və 3 yaşıl lenti var. Sevdanın neçə lenti var? 

5 + 3 = 8 (lent) 

2) 


Qalığın tapılmasına aid mətn məsələlərin həlli. 

Ata bazardan 10 kq kartof al

dı. Kartofun 3 kq – ı işlədildi. Nə qədər kartof qaldı? 

10 


– 3 = 7 (kq) 

3) Bərabər toplananların tapılması. 

Vüsalə eyni cür 5 dəftər aldı. Hər dəftər 20 qəpik olarsa, Vüsalə nə qədər pul xərclədi? 

(20 + 20 + 20 + 20 + 20 = 100 qəpik = 1 manat) 

20 x 5 = 100 (manat) 

4) Bərabər hissələrə bölmə 

40 dəftəri 8 şagirdə bərabər payladılar. Hər şagirdə neçə dəftər çatdı? 

40 : 8 = 5 (

dəftər) 

 

Məktəb riyaziyyat kursunda məsələlər didaktik məqsədlərinə görə üç növə ayrılır: 



1. 

İdraki məsələlər- bunların həlli prosesində şagirdlər yeni biliklər  qazanırlar. 

2. 

Məşqetdirici  məsələlər-  bunların  həlli  nəticəsində  şagirdlər  bacarıq  və  vərdişlər 



qazınırlar.  

3. 


İnkişafetdirici  məsələlər  –  bunların  həlli  nəticəsində  ümumi  dünyagörüşü  və 

yaradıcı təfəkkürü inkişaf edir. 



3.  H

ər  bir  mürəkkəb məsələnin  həlli  –  sadə  məsələlərin  həllinə  gətirilir.  Deməli, 

verilmiş  mürəkkəb  məsələnin  tələbinə  cavab  vermək  üçün  onu  elə  sadə  məsələlərə 

ayırmaq  lazımdır  ki,  sonuncu  sadə  məsələnin  həlli  –  verilmiş  məsələnin  baş  sualına 

cavabı  olsun.  Sadə  məsələlərin  həlli  ardıcıllığı  -    verilmiş  məsələnin  həlli  alqoritmini 

t

əşkil edir.  



M

əsələ   həllində iki metoddan istifadə olunur:    

1)  M

əsələnin sintetik metodla həlli. 



2)  M

əsələnin analitik metodla həlli. 



 

M

əsələnin sintetik metodla həlli. 


29 

 

Mürəkkəb  məsələni  hesab  metodu  ilə  həll  etmək  üçün  həmin  məsələni  sadə 



m

əsələlərə  ayırmaq lazımdır. Alınmış sadə  məsələlərdən  ən azı biri tam sadə  məsələ 

olur,  y

əni  onu  həll  etmək  mümkündür.  Mürəkkəb  məsələnin  həllinə  məhz  həmin  tam 

sad

ə  məsələdən  başlamaq  lazımdır.  Bu  məsələnin  həlli  nəticəsində  tapılan  yeni  ədəd 



növbəti  natamam  sadə  məsələni  tam  məsələyə  çevirir  və  bu  qayda  ilə  qalan  sadə 

m

əsələlər  həll  edilir.  Mürəkkəb  məsələni  həll  etmək  üçün  “məlumdan  məchula”  doğru 



prinsipi  t

ətbiq  edilir.  Yəni  məsələnin  təhlili  verilənlərdən  suala  doğru  aparılarsa  ,  buna 

m

əsələnin  sintetik  metodla  həlli  deyilir.  Sintetik  metod  təkcə  hesab  məsələlərinin 



h

əllində deyil, həm də hesablamaya aid həndəsə məsələlərinin həllində də tətbiq olunur. 

Bu  metodun  çatışmayan  cəhəti  ondan  ibarətdir  ki,  məsələ  həllinə  nədən,  hansı  sadə 

m

əsələdən,  hansı  asılılıqdan  başlamaq  haqqında  konkret  meyyar  yoxdur.  Bu  metod 



şagirlərin müstəqil mühakimə aparma qabiliyyətlərini az inkişaf etdirir. 

Bir m


əsələni nəzərdən keçirək: “Briqada üç gün ərzində 387 kq pambıq topladı. 

Briqada  I  gün  bütün  pambığın  1/3-  ni,  II  gün  isə  ondan  12  kq  çox  pambıq  topladı. 

Briqada III gün nə qədər pambıq topladı?”  

Bu m


əsələni sintetik metodla təhlil edək: 

1. Briqada üç gündə neçə kq pambıq topladı? 

2. Briqadanın I gün nə qədər pambıq topladığını  bilmək olarmı? (387

∶3) 


3.  II  gün  nə  qədər  pambıq  topladığını  bilmək  olarmı?  (I  gündə  yığılan  pambığın 

miqdarına 672 kq pambığı əlavə etmək lazımdır). 

4. M

əsələnin sualına cavab vermək üçün nə etmək lazımdır? (I və II günlərdə toplanan 



pambığın miqdarını ümumi miqdardan çıxmaq lazımdır). 

M

əsələnin həlli: 



1) Briqada I gün nə qədər pambıq topladı? 

     387 

∶ 3 = 129 (kq) 

2)  Briqada II gün nə qədər pambıq topladı? 

     129 + 12 =  141 (kq) 

3)  Briqada I v

ə II gün birlikdə nə qədər pambıq topladı? 

    129 +141  =  270 (kq) 

4)  Briqada III gün nə qədər pambıq topladı? 

      387 

– 270 =  117 (kq) 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin