T
ərif. Düz xəttin verilmiş nöqtəsindən bir tərəfdə olan bütün nöqtələrindən ibarət
hiss
əsinə şüa deyilir.
O
a
T
ərifə görə hər bir nöqtə düz xətti iki şüaya ayırır və O nöqtəsi bu şüaların ortaq
başlanğıcı adlanır. Şüa da düz xətt kimi latın əlifbasının kiçik hərfi (məsələn, a şüası) ,
ya da birinci nöqtə şüanın başlanğıc nöqtəsi, ikinci nöqtə isə bu şüanın başlanğıc
nöqtədən fərqli ixtiyari nöqtəsi olan iki böyük latın hərfi ilə (məsələn, OA şüası) işarə
edilir.
T
ərif. Düz xəttin iki tərəfdən məhdud edilmiş hissəsinə düz xətt parçası və ya sadəcə
olaraq parça deyilir. Düz xətt parçasının başlanğıc və son nöqtələri bu parçanın özünə
daxildir.
A B
AB nöqtələri parçanın ucları adlanır. Parçanın ucları arasındakı məsafəyə onun
uzunluğu deyilir. Uzunluqları eyni olan parçalara bərabər parçalar deyilir. Belə parçaları
bir-
birinin üzərinə qoyduqda onların başlanğıc və son nöqtələri üst-üstə düşür.
Parçaların bərabərliyi AB=CD kimi yazılır.
Parçaların ölçülməsi xassəsi: Hər bir parçanın sıfırdan böyük müəyyən
uzunluğu var, yəni uzunluq vahidi seçməklə hər bir parçanın uzunluğunu
ölçmək olar.
Parçaların toplanması xassəsi: Parçanın uzunluğu, onun hər hansı daxili nöqtəsi ilə
bölündüyü parçaların uzunluqları cəminə bərabərdir. Parçanın daxili nöqtəsi onu iki
b
ərabər parçaya bölürsə, bu nöqtəyə həmin parçanın orta nöqtəsi deyilir. AB parçasının
uzunluğuna A və B nöqtələri arasındakı məsafə də deyilir. A və B nöqtələri üst-üstə
düşdükdə onlar arasında məsafə sıfır hesab olunur.
Parçaların ayrılması xassəsi: Şüanın başlanğıcından, uzunluğu verilmiş, bir və yalnız bir
parça ayırmaq olar.
Müstəvi. Müstəvi də həndəsədə ilk anlayışlardan olduğuna görə ona tərif verilmir. Stolun
s
əthini, sakit havada gölün səthini, pəncərə şüşəsini və s. müstəvi kimi təsəvvür etmək
olar. Müstəvilər adətən yunan əlifbasının hərfləri ilə işarə olunur:
.
Müstəvi və düz xəttin qarşılıqlı vəziyyəti haqqında aşağıdakı xassələri qeyd edək: 1. İki
nöqtəsi müstəvi üzərində olan düz xətt bütünlükdə həmin müstəvi üzərindədir. 2.
45
Müstəvi üzərində yerləşən düz xətt, bu müstəvini hər biri yarımmüstəvi adlanan iki
hiss
əyə bölür.
Bucaq.
Dostları ilə paylaş: |