Azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 24,42 Kb.
tarix22.10.2017
ölçüsü24,42 Kb.
#10798

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

BAKI DÖVLƏT UNİVERSİTETİ

Fizika fakültəsi

“Fizka” ixtisası 05.05.03 bakalavr hazırlığı üzrə

“Optika” fənninin proqramı

Müəllif: prof.N.M.Qocayev, f.r.e.n. R.E.Əliyev,R.M.Bağırov , rafiqbagirov@list.ru

Proqram “Optika və molekulyar fizika” kafedrasında bəyənilib.

Kafedra müdiri prof. R.C.Qasımova “ 12 “ may 2016

Fizika Fakültəsinin Tədris-Metodiki Şurası tərəfindən tövsiyə edilib.

Sədr prof. Ə.Ş.Abdinov “ “ 2016

Fizika Fakültəsinin Elmi Şurasında təstiq edilib.

Elmi katib prof. R.C.Qasımova “ “ 2016

BAKI-2016



Fənnin tədrisində məqsəd

Ümumi fizika kursunun dördüncü bölməsi olan “Optika” fənninin tədrisində məqsəd tələbələrə işığın təbiəti, yayılması, və mühitlə qarşılıqlı təsiri qanunları haqqında fundamental biliklər vermək, onların işığın dalğa (elektromaqnit) və kvant (foton) təbiətini başa düşməsini təmin etməkdir.



Fənnin tədris planındakı yeri

“Optika” fənni “Fizika-05.05.03” ixtisası üzrə bakalavr hazırlığı “Tədris planı”nda “İxtisas peşə hazırlığı” fənnləri blokuna (İPF-B04) daxildir.



Fənnin tədris üsulu

“Optika” fənninin tədrisi mühazirə, məşğələ və laboratoriya dərsləri, eləcə də tələbələrin sərbəst işləri və kollokviumlar şəklində həyata keçirilir.



Fənnin məzmunu

Optikanın predmeti: Həndəsi optikanın əsas qanunları. İşığın təbiətinə dair təsəvvürlərin inkişaf tarixi. Nyutonun və Hüygensin ideyaları. Maksvell və Lorensin baxışları. Plank hipotezi. İşığın zərrəcik-dalğa təbiəti.

Fotometriya. Fotometrik kəmiyyətlər (işıq seli, işıq şiddəti, parlaqlıq, işıqlıq, işıqlanma). Fotometrik kəmiyyətlərin energetik və işıq vahidləri arasında əlaqə. Fotometrik kəmiyyətlərin ölçülmə metodları. Subyektiv və obyektiv fotometrlər.

Həndəsi optikanın əsasları. Ferma prinsipi. Yolun optik uzunluğu. Ferma prinsipinin riyazi ifadəsi. İşığın bircins mühitdə düz xətt boyunca yayılması qanununun Ferma prinsipindən çıxan nəticə kimi alınması. İşığın qayıtma qanununun çıxarılışı. İşığın sınma qanununun çıxarılışı. İşığın sferik səthdən sınması. Abbenin sıfır invariantı. Stiqmatik xəyal. Sferik səthlərin fokusları. Loqranj-Helmhols teoremi. Mərkəzləşmiş optik sistemlər. Linzalar. Nazik linzanın düsturu. Nazik linzada xəyalların qurulması. Optik sistemlərin kardinal elementləri.

İşığın elektromaqnit təbiəti. Maksvell tənlikləri. Elektromaqnit dalğalarının mühitdə yayılma sürəti. Elektromaqnit dalğalarının eninəliyi. Elektrik və maqnit sahə vektorlarının rəqslərinin sinfazlığı və qarşılıqlı perpendikulyarlığı. Elektromaqnit dalğalarının enerjisi. Poyntinq vektoru. Elektromaqnit dalğalarının yayılması. Faza və qrup sürətləri. Reley düsturu.

İki bircins şəffaf dielektrik sərhəddində işığın qayıtması və sınması. Düşən, qayıdan və sınan elektromaqnit dalğaları üçün sərhəd şərtləri. Qayıtma və sınma qanunlarının çıxarılışı. Frenel düsturundan çıxan nəticələr. Qayıdan və sınan dalğaların faza münasibətlri. Normal düşmə. Qayıdan və sınan işığın intensivlikləri. Tam daxili qayıtma. Tam daxili qayıtma zamanı elektromaqnit enerjisinin ikinci mühitə nüfuz etməsi. Tam daxili qayıtmanın tətbiqləri. Pefroktometr.

İşığın interferensiyası. Xətti optikanın superpozisiya prinsipi. Rəqslərin toplanması. İnterferensiya. Dalğaların interferensiyası. İnterferensiya zolağının eni. Zaman koherentliyi. İşıq dalğalarının qeyri monoxromatikliyinin interfernsiya mənzərəsinə təsiri. Qismən koherentlik. Dalğa cəbhəsini bölmə yolu ilə koherent dəstələrin alınma üsulları (Yunq metodu, Frenel biprizması və bigüzgüsü, Biye bilinzası, Lloyd güzgüsü. Linnik metodu). Amplitudu bölmə yolu ilə koherent dəstələrin alınma üsulları. Bərabər meyllərin zolaqları (müstəvi paralel lövhədən interfernsiya). Bərabər qalınlıqlar zolaqları (dəyişən qalınlıqlı lövhədə interferensiya). İnterferensiya mənzərəsinə işıq mənbəyinin ölçülərinin təsiri. Fəza koherentliyi.

Nyuton həlqələri. Durğun işıq dalğaları. Viner təcrübəsi. İnterferensiyanın tətbiqləri. Optikanın şəffaflaşdırılması. İnterferensiya güzgüləri. İkişüalı interferometrlər (Jamen interferometri, interferensiya refraktometri, Rojdestvenski interferometri, Maygelson interferometri). Çoxşüalı interferometrlər (Fabri-Pero interferometri, Lümmer-Gerke interferometri)



İşığın difraksiyası. Frenel difraksiyası. Hüygens-Frenel prinsipi. Frenel zonası. Yekun amplitudun hesablanması. Frenel zonalarının sayının deşiyin radiusundan, mənbəənin, deşiyi olan ekranın və müşahidə nöqtəsinin qarşılıqlı yerləşmələrindən asılılığı. Dalğa optikasından həndəsi optikaya keçid. Zona lövhəsi. Amplitudun qrafiki toplanma metodu. Dairəvi deşikdən, dairəvi maneədən və qeyri-şəffaf ekranın düzxətli kənarından difraksiya. Puasson ləkəsi. Kornyu spiralı. Paralel şüaların difraksiyası. Fraunhofer difraksiyası. Bir yarıqdan Fraunhofer difraksiyası. Amplitudun qrafik və analitik toplanması metodu. Düzbucaqlı və dairəvi deşiklərdən difraksiya. İki və daha çox yarıqdan difraksiya.

Difraksiya qəfəsi. İntensivliyin paylanması. Difraksiya qəfəsi spetral cihaz kimi. Reley meyarı. Üçölçülü qəfəsdən difraksiya. Rentgen şüalarının difraksiyası. Vulf-Breqq düsturu.



Mühitin optik anizotropluğu. Anizotrop mühitin dielektrik nüfuzluğu. Anizotrop mühitdə işığın yayılmasının xüsusiyytləri. İkiqat şüasınma. Adi və qeyri-adi şüalar. Birinci və ikinci növ optik oxlar. Biroxlu kristallarda Hüygens qurmaları. Adi və qeyri-adi şüaların yayılma sürətləri. Dalğa səthi və normalların səthi.

İşığın polyarlaşması. İşıq dalğasının eninəliyi. Xətti polyarlaşmış işıq. Malyus qanunu. İki dielektrik sərhəddində qayıtma və sınma zamanı işığın polyarlaşması. Bryüster qanunu. Polyarlaşdırıcı cihazlar. Nikol prizması. Dairəvi və elliptik polyarlaşmış işıq. Polyarlaşmış işığın interferensiyası. Kompensatorlar.

İşığın dispersiyası və udulması. İşığın dispersiyası. Normal və anomal dispersiya. Dispersiyanın elektron nəzəriyyəsi. İşığın sındırma əmsalının və udma əmsalının hesablanması. Ossilyatorun gücü. Dispersiyanın kvant nəzəriyyəsi haqqında məlumat. Klassik nəzəriyyə baxımından işığın udulması. Kvant nəzəriyyəsi baxımından işığın udulması. Buger düsturunun çıxarılışı. Udma əmsalı. Udma əmsalının işığın intensivliyindən asılılığı.

İşığın səpilməsi. Bulanıq mühitdə işığın səpilməsi. Reley düsturu. Səpilmiş işığın polyarizasiyası.

Fotoelastiklik, elektrooptik və maqnitooptik hadisələr. Fotoelastiklik. Xətti elektrooptik effekt (Pokkels effekti). Kvadratik elektrooptik effekt (Kerr effekti). Kerr əmsalı. Polyarizasiya müstəvisinin fırlanması. Optik fəallıq. Polyarizasiya müstəvisinin fırlanmasının elementar nəzəriyyəsi. Polyarizasiya müstəvisinin maqnit fırlanması. Faradey effekti. Məhlullarda Faradey effekti.

İstilik şüalanması. Cisimlərin şüaudma və şüalandırma qabiliyyətləri. Kirxhof qanunu. Stefan-Bolsman qanunu. Vin qanunu. Reley-Cins qanunu. Ultrabənövşəyi fəlakət. Plank düsturu. Optik pirometriya.

İşığın kvant təbiəti. Plank hipotezi və işıq kvantları anlayışı. Eynşteynə görə Plank düsturunun çıxarılışı. Optik keçidlər. Spontan və məcburi şüalanma. Fotoeffekt. Fotoeffekt qanunları. Daxili fotoeffekt. Fotokeçiricilik. Ventil fotoeffekt. İşığın Kompton səpilməsi.

Lüminessensiya. Lüminüssensiyanın yaranma mexanizmi. Lüminessensiyanın təsnifatı. Sönmənin növləri. Qazlarda, mayelərdə və bərk cisimlərdə lüminessensiya. Lüminessensiyanın tətbiqləri.

İşıq mənbələri. İstilik işıq mənbələri. Lüminessensiya işıq mənbələri. Optik kvant generatorları (lazerlər). Lazerin iş prinsipi. Lazer şüalarının xassələri. Lazerlərin tətbiqləri. Zəif və güclü işıq sahələri. Qeyri-xətti optika.

Əsas ədəbiyyat

  1. H.M.Гочаjев, М.С.Əлиjев “Оптика” Бакы,1977

  2. N.M.Qocayev. Ümumi fizika kursu. 4cü cild. Optika. Bakı,2009

  3. Г.С.Ландсберг. Оптика, М., 1976

  4. И.В.Савельев. Курс общей физики. Т.3, М.Наука,1989,

  5. Т.И. Трофимова Курс физики, М.,1985

  6. С.Е.Фриш, А.В. Тиморева. Ümumi fizika kursu, c.3, 1962

Əlavə ədəbiyyat

  1. E.И.Бутиков. Оптика, М., 1986

  2. Г.А.Зисман, О.М.Тодес. Курс общей физики. Т.3, М.Наука,1970

Yüklə 24,42 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin