Azərbaycan rеspublikasi təHSİl naziRLİYİ



Yüklə 0,79 Mb.
səhifə14/43
tarix09.05.2022
ölçüsü0,79 Mb.
#115668
1   ...   10   11   12   13   14   15   16   17   ...   43
AZ rbaycan rеspublikasi t HS l naziRL Y

Onomastik leksika

Dilçiliyin maraqlı bölmələrindən olan onomastika dilin lüğət tərkibində olan xüsusi adlardan bəhs edir. Şəxs, tayfa, xalq, millət, yer adları, səma cisimləri və heyvanlara verilən xü­­­­susi adlar məhz onomastik leksikanın tərkibinə daxildir.



Hər bir xalq xüsusi sözlərin əksəriyyətini öz doğma dil­­­­­­lərinin leksik vahidləri əsasında yaradır. Bunlar müəyyən əla­mətin, hadisənin, keyfiyyətin və s. mahiyyətini ifadə edir. Dilçilikdə bu cür xüsusi adlar onomastik vahidlər kimi araş­­­­­dırılır, onların leksik tərkibi, fonetik və qrammatik qu­ru­­­luşu, semantik xüsusiyyəti və s. tədqiq edilir. Ono­mas­tik va­­­­hidlərdən bədii ədəbiyyatda da geniş istifadə olunur. Dil­çi­likdə onomastik vahidləri bu istiqamətdə öyrənən sahə po­­etik onomastika adlanır. Burada, əsasən, bədii əsərlərə, ora­­dakı surətlərə, hadisələrin təsvir olunduğu yerlərin ad­­la­rı, onların üslubi xüsusiyyətləri, əsərin ideya-bədii təsir qüv­və­sini artırması və s. məsələlər araşdırılıb tədqiq edilir.

N.Xəzri yaradıcılığı dil cəhətdən çox maraqlıdır. Bu ba­xım­dan şairin poeziyası özlüyündə onomastik mənbə funk­si­ya­sı daşıyır. «Azərbaycan onomastikasının müasir elmi sə­­­­­­­­­­viy­­­­­­­­­­­­­­­­­yədə araşdırılması və tədqiqi üçün əldə istənilən qədər mən­­­­­­­­­­bə və məxəz vardır. Lakin hər hansı bir onomastik təd­qi­qat prosesində bunların hamısından eyni zamanda istifadə et­mək həm düzgün, həm də mümkün ola bilməz» [61, 56]. Bu fikrə əsasən deyə bilərik ki, bütün onomastik vahidlərin eyni səviyyədə tədqiqə cəlb olunması mümkün deyil.

N.Xəzri yaradıcılığının özünəməxsus leksik–semantik xü­susiyyətləri, çalarları vardır. Burada sözlər müxtəlif məna məqamlarında işlənir, yerinə görə yeni üslubi çalar kəsb edir. «Sənətkarın üslubu hər şeydən əvvəl obrazlı dili ilə, yaratdığı obrazlar ilə başqalarından seçilir. Ümumiyyətlə, obrazlı dil mü­­­­­əllifin tendensiyalılığını müəyyənləşdirmə vasitəsidir» [3, 173].

N.Xəzrinin şeir dili leksik-semantik baxımdan sistem təş­kil edir. Şairin üslubunun özünəməxsusluğunu göstərən baş­­­­lıca amil onun hər bir hadisəyə fərdi yanaşma və sözdən is­­ti­fadə tərzidir. Bu da öz növbəsində sənətkarın nəyə qadir ol­­ması, onun özünəməxsus düşüncəsini aydınlaşdırır.

Şairin yaradıcılığında apelyativ leksikanın da imkanları genişdir. Onun poeziyasında sözlərin poetikliyi, lakonikliyi fik­­rin emosionallığını daha da artırır. Bu da şairin xalq da­nı­şıq dilinin sadəliyini izləyib və bunu öz poeziyasında müm­kün qədər qoruyub saxladığını göstərir. Sözün əsl mənasında poeziyada işlənən xüsusi adlar apelyativ leksikanın fəallığını və fikrin obrazlılığını artırmaqla bir daha göstərir ki, ono­mas­­­­tik vahidlər şeirdə poetik vasitə rolunu oynayır.

Azərbaycan klassik ədəbiyyatında olduğu kimi, müasir bə­­­dii ədəbiyyatımız da onomastik vahidlərlə olduqca zən­gin­dir. Məhz bizim dilçilik ədəbiyyatımızda onomastik va­hidləri həmin istiqamətdə öyrənən sahə poetik onomastika kimi ad­lan­dırılır. Poetik onomastika dilçilik ədəbiyyatında ono­mas­ti­­­kanın üslubiyyatı kimi dəyərləndirilir. Bədii ədəbiy­yatda xü­­­­susi adların komik təbiəti, etnik adlar, onomastik va­hid­lə­rin obrazlılığı, bədii əsərlərdə istifadə olunan xüsusi ad yara­dı­cılığı dilçilikdə xüsusi əhəmiyyətə malikdir. Təbii ki, Azər­bay­­­­­­­can dilçiliyində bədii əsərlərin onomastikası tam sistem ha­­­­­­­­­lında tədqiq edilməsə də,müxtəlif onomastik va­hidlərin üs­­lubi imkanlarından bu və ya digər əsər və mə­qalələrdə bəhs olunmuşdur. Əksərən bu izahatlar şəxs ad­larında öz əksini tapmışdır.Belə ki, həm şifahi, həm də yazılı ədəbiyyatda ono­mastik vahidlər leksik-semantik, üslubi cəhətdən bir-bi­rin­dən fərqlənir. Şifahi xalq ədəbiyyatında bəzən uydurma şəxs ad­la­rına da rast gəlirik.

N.Xəzri yaradıcılığında da həm şifahi xalq ədəbiyyatı, həm də yazılı ədəbiyyata xas onomastik vahidlərdən istifadə olunmuşdur.

Şifahi xalq ədəbiyyatının ən geniş yayılmış janrlarından biri olan dastanlarda diqqəti cəlb edən əsas cəhətlərdən biri qəhrəmanların qeyri-adi gücə və qüvvəyə malik olması həmin igidlərə verilən adda ümumiləşir.Belə hallar bütövlükdə fol­k­lo­rumuza məxsus olan keyfiyyət, igidlərimizə xas olan mil­­­li­lik kimi dəyərləndirilir. Ənənəyə sadiq qalan N.Xəzri poe­­zi­ya­sında belə nümunələr işlədilmişdir.



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin