Azərbaycan rеspublikasi təHSİl naziRLİYİ



Yüklə 0,79 Mb.
səhifə15/43
tarix09.05.2022
ölçüsü0,79 Mb.
#115668
1   ...   11   12   13   14   15   16   17   18   ...   43
AZ rbaycan rеspublikasi t HS l naziRL Y

Dəmirgüc, Poladgüc,

Qalxın, qardaşlar! [128, 77]

Şifahi xalq ədəbiyyatı nümunələrinə xas olan üslubi xü­su­­­­­siyyətlərdən biri də qadın adlarının əksəriyyətinin hörmət mə­nasını ifadə edən xanım, xatun, kişi adlarının isə molla, da­yı, dədə, mirzə, xan və s. sözlərlə işlənməsidir. Bu hal Nəbi Xəz­ri poeziyasında da müşahidə olunur:
Sonsuz

Oğuz


Düzləridir

Dədə Qorqud keçən yerlər

Qazan xanın ata yurdu,

Duzlu-çörəkli bir çadır

İncəbelli qırx qız ilə

Uzun boylu Burla xatun

Köksü dağlı

Aparıldı [128, 62-64].



Molla Pənah olmur

hər oxuyandan,

Axı, hər yazandan

Vaqif də olmur [123, 187-188].

Bir bayram olardı, Mirzə dayı, sən

Gələndə hər toyun, mağarın üstə [125, 254 ]

Tanıdım mən səni,

a Mahmud dayı

Talış dağlarında neçə yüz ürək

Almış ürəyindən döyüntüsünü [125, 270-271]


«Hər hansı xalqın onomastikası həmin xalqın tarixini əks etdirdiyi kimi, zaman keçdikcə müəyyən təbəddülata da məruz qalır və heç şübhəsiz, Azərbaycan onomastikası da bu ba­xım­dan istisna təşkil etmir. Demək lazımdır ki, onomastik vahidlər içərisində ictimai təfəkkürlə bağlı olaraq, ən çox dəyişən an­tro­po­nimlərdir» [47, 98]. Antroponimik sistemdə diqqəti cəlb edən əsas məsələlərdən biri əvvəlki adların yeni bir adla dəyişməsi – ad dəyişmə ənənəsidir. Bu hal şifahi xalq ədəbiyyatının nağıl və dastan janrlarında obrazların və ya qəhrəmanların düşdükləri və­ziyyətlə, hadisə ilə bağlı baş verən dəyişmələrlə müşahidə olu­nur.
Sən, ey gözəl Nigar,

sən olmasaydın



Koroğlu Koroğlu olmazdı bəlkə [125, 326]

Orda əfsanəvi

«Mixaylo» qaldı

Bura əfsanəvi Mehdi qayıtdı [126, 244].


Bildiyimiz kimi, Koroğlunun əsl adı Rövşən olmuşdur. Haqqın, ədalətin qurbanı olan Alı kişi Çənlibeli onun üçün məskən seçmiş, onu xalqın azadlığı, istiqlaliyyəti uğrunda yer­­­­­­­li feodallara və yadelli işğalçılara qarşı mübarizəyə isti­qa­mətləndirmiş, ona «Koroğlu» adı vermişdir. Eləcə də II dün­­­­ya müharibəsində Yuqoslaviyada faşist Almaniyasına qarşı mübarizə aparan partizan hərəkatında böyük igidlik gös­­­tər­di­yinə görə həmyerlimiz Mehdi Hüseynzadəyə «Mixaylo» adı verilmişdir.

Antroponimik sistemdə köməkçi adlar qrupuna daxil olan ləqəblər insanlara zahiri görünüşü, peşəsi, fiziki qüsuru, xasiyyəti və s. ilə əlaqədar verilir. «Dilimizdə mövcud olan bü­­­­­­­­­­­­­tün antroponimik vahidləri xüsusilə ləqəbləri nəzərdən ke­çir­sək,sözlərin apelyativ mənası ilə ləqəblər arasında əla­qə­nin olduğunu görərik. Bütün qruplarda ləqəblərin yaran­ma­­sı üçün ilk material eyni ümumi və xüsusi sözlərdir. Ona gö­rə də hər qrupda apelyativ və onomastik ləqəblər möv­cud­dur. Onu da qeyd edək ki, Azərbaycan dilçiliyində ləqəblərin lek­sik-semantik xüsusiyyətləri alimlərimizin diqqətini cəlb et­miş və ona müxtəlif istiqamətlərdən yanaşılmış, müxtəlif lek­sik-semantik qruplar müəyyənləşdirmiş­lər» [48,34]. Məhz Nə­­­­­­­­bi Xəzri poeziyasında da bu kimi ləqəblərə rast gəlinir:


Özünə ad verib biri madonna,

Başqa birisi də primadonna! [123, 213]

Sən ki, min budaqlı məğrur çinarsan

Sənə «qoşa budaq» nahaq deyiblər [124, 16].


Şairin «Çal-çağır dünyası» adlı şeirindən verdiyimiz bi­rin­ci nümunədəki «primadonna» Azərbaycan incəsənətinin gör­­­kəmli simalarından olan İlhamə Quliyevanın, ikinci nü­mu­­­nədəki «Əziz dostum» şeirindən gətirdiyimiz «qoşa bu­daq» isə həm adı, həm də soyadı eyni sözdən [kökdən] ibarət olan AMEA-nın akademiki Budaq Budaqova verilən ləqəb­dir.

Azərbaycan şifahi xalq ədəbiyyatına xas olan xarak­te­rik xüsusiyyətlərdən biri də adların bir qrupunun dini-əf­sa­nə­vi məzmun kəsb etməsidir. N. Xəzri poeziyasında da belə xü­su­­­­­­­­­­siyyətlərə təsadüf etmək olur:


– Dava kiminlə?

– Zülmətlər övladı kor Əhrimənlə

Bu an Fərhad dağı çapıb

Səpələdi nadan üstə




Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin