Azərbaycan rеspublikasi təHSİl naziRLİYİ



Yüklə 0,79 Mb.
səhifə22/43
tarix09.05.2022
ölçüsü0,79 Mb.
#115668
1   ...   18   19   20   21   22   23   24   25   ...   43
AZ rbaycan rеspublikasi t HS l naziRL Y

Kasıblıq, azar [124, 156]

Çağladı könlümün eşqi, həvəsi [124, 193]


Görkəmli şairimiz N.Xəzri poeziyasından gətirdiyimiz bu nümunələrdə arzu-məhəbbət;qəm-təlaş;söz-ah;boya- ri­ya; isti-rahət; parlamaq-uçmaq; şaxələnmək-yaşatmaq; ulduz-çı­raq; kasıblıq-azar; eşq-həvəs sözləri kontekstdən kənarda si­no­­­­­­­­­­­­­­­­­nim deyil. Lakin şair misra daxilində hər hansı bir fikri, və­­­­ziyyəti daha dərin, inandırıcı, hərtərəfli, ifadəli şəkildə təs­­vir etmək üçün bu sözləri sinonimləşdirmişdir. Bu da bədii dil­­­­­­­­­də sinonimlərin situativ sinonimlər sayəsində artmasını bir daha sübut edir.

Bədii dildə sinonimik cərgədən bir neçə sinonim sözün seçilib işlənməsinə də təsadüf edilir. Bu zaman şeirdə ifadə­li­lik və obrazlılıq yaratmaq funksiyası seçilən tək sinonim sö­zün üzərinə düşür, lakin qoşa işləndikdə isə bu funksiyanı ye­ri­nə yetirmək bir neçə sinonim arasında bölü­nür. Elə buna gö­rə də sinonimik cərgədən konkret şərait üçün bir sino­ni­min seçilməsi çətinlik yaradır. Lakin sino­nimik cərgədən iki - üç sinonimi seçib işlətməyi də hər sənətkar bacarmır. Çünki şa­ir elə sözləri seçməlidir ki,bunlar həm semantik, həm də üs­lubi cəhətdən fərqlənən sinonimlər olmaqla yanaşı, eyni za­­­manda poeziyada birləşərək fikri qüvvətli ekspressiya ilə ifa­­də etsinlər.

Qeyd edək ki, sinonimlərin qoşa işlənməsi özünü müx­tə­lif formalarda göstərir: 1) sinonimlər qoşa işlənərək bir söz yaradır; 2) sinonimlər yanaşı işlənir.

1.Məlum olduğu kimi, ümumxalq dilində bir sıra məf­hum­­­­lar sözlərin qoşa şəkildə işlənməsi ilə ifadə olunur. Bun­ların bir hissəsi sinonim sözlərin birləşməsi nəticəsində əmələ gəlir. Belə ki, iki yaxın mənalı söz birləşib əvvəlki mə­na­la­rın­dan müəyyən qədər fərqlənən yeni sözlər yaradır:


Get el keşiyində dur ayıq - sayıq [123, 90]

sözlü - söhbətli

Tamada vardı [124, 235].

Sən elə tanışdın



Dərd - sərimlə [124, 30]

Sonra da əl tutub dinməz - söyləməz,

Onları evlərə aparan sənsən [124, 107]

Zamanın al - əlvan çəmənlərində

Gəlirsən yuxuma boylu - buxunlu [124, 80]

Mən ehtiyac içindəykən



Var - dövlətə biganəyəm

Mən ad - sana yetişsəm də



Şan - şöhrətə biganəyəm [124, 46].

Elə ki, dost - tanış geyindi qara,

Sındı şeirimizin qolu - qanadı [124, 85].
Nümunələrdən bir daha aydın olur ki, «iki yaxın mə­na­lı sözün – sinonimlərin qoşa işlənməsi nəticəsində bu birləşən söz­­lərin hər birindən müəyyən qədər fərqlənən yeni söz ya­ran­mış olur. Bu yeni söz əvvəlki sözlərin təklikdə hər birinə nis­bətən daha geniş anlayış bildirir. Deməli, sino­nim­lərin bir­ləş­məsi ümumxalq dilinin və ayrıca bir əsərdə yazıçı dilinin lü­­­ğətinin zənginləşməsinə gətirib çıxarır» [3, 121].

2.Sinonimlər yanaşı işləndikdə qüvvətli bədii ifadə va­si­­təsi yaratmaqla sənətkara rəngarəng üslubi məqsədlərə nail ol­maqda kömək edir.

1)Sinonimlər poeziyada yanaşı işlənməklə mənanı qüv­­­­­­­vətləndirməyə xidmət edir.
Budaq şaxələndi, yaşatdı səni [124, 80].

Ey varlığım, ey həyatım,

Sahildə dalğalar

coşdu, çağladı

Al qandan torpaq da



od tutdu, yandı [124, 107].
Göründüyü kimi, sinonimlərin yanaşı işlənməsi fıkrin ifa­­­­­dəliliyini artırmaqla yanaşı,hər iki sinonim sözdə olan in­cə məna çalarları birləşərək ümumi anlayışı yüksək eks­pres­si­ya ilə ifadə edir. Onu da qeyd edək ki, burada məntiqi vurğu ikin­ci sinonim sözün üzərinə düşdüyü üçün bu söz se­man­ti­ka­sına görə daha mənalı və ifadəli olur.

2) Sinonimlər poeziyada yanaşı işlənməklə eyni zaman­da ifadənin dəqiqləşdirilməsinə kömək edir. Məsələn;


O, bir də qalxmadı, əbədi yatdı [124, 38].

Titrətmə, qızdırma qucaqlaşaraq

Çəkib aparırdı qızı harasa

Axşam qayıtdılar pərişan, yorğun,

Onlarda dilənçi xisləti varmı? [124, 132]

Balıqlar oynaşır

Rəngbərəng, xallı... [124, 166]

Dayandım, ayağım qopmadı yerdən,

Sanki dilə gəlib kimsə danışdı [124, 193].


Bu nümunələrdə isə sinonimlər yanaşı, ardıcıl gələrək fik­­ri daha dəqiq və aydın şəkildə ifadə etmişdir. Burada də­qiq­ləşdirici funksiyanı yerinə yetirən ikinci sinonim söz bi­rin­ci­nin mənasını aydınlaşdırmaqla yanaşı, eyni zamanda kon­kret­ləşdir­mişdir.

3) Bədii dildə səmərəli üslubi vasitələrdən biri də poe­zi­ya­da sinonimlərin ardıcıl, sadalama yolu ilə həmcins­ləş­mə­si­dir. Bu halda sənətkar böyük obrazlılıq və ifadəliliyə na­il olur. Məsələn;


Dərdə, əzablara, haqsızlıqlara

Nə qəmli baxırsan

sən haqq dünyadan [124, 80]

Elə bil əsrlər dindi, danışdı

Müqəddəs məqbərə önündə yenə,

Ürəklər saflaşır, təmizlənirdi [124, 103].



Cibi boş, rütbəsiz,

Üst-başı cındır [124, 144]

Sözlər büllur kimi,

sözlər tərtəmiz [124, 208].
4) Bəzən sənətkar sinonimləri yanaşı işlədərək ifadənin emosional qüvvəsini artırmaqla bərabər şeirdə fikri yüksək hiss-həyəcanla ifadə edir:
Kəsin, yığışdırın, qurtarın, bəsdir,

Bu dil rüşvətini, söz rüşvətini [124, 120].


Bu nümunədə kəsin,yığışdırın, qurtarın, bəsdir sino­nim sözləri ilə şair yaltaqlığa, ikiüzlülüyə, boş-boşuna yalan söz vəd etməyə özünün mənfi münasi­bə­tini, kəskin etirazını bil­dir­­­məklə, bir daha fikrin ekspressiyasını qüvvət­lən­dir­miş­dir.

5) Poeziyada sinonimlərin yanaşı işlənməsi ahəng­dar­lı­ğı artırır,şeirə musiqilik və axıcılıq gətirir. Bunu ayrı-ay­rı söz­­­­­­­­­­lərdəki səs uyuşması-alliterasiya hadisəsi qüvvətləndirir.

Rəhbərlər adıyla

Çağladıq, coşduq [123, 229].

Bu toyda, düyündə

sənsiz deyildik [124, 112].

Dövrəmi almışdı



güllər, çiçəklər [124, 77]

Bağdad üfüqləri çənli, dumanlı,

Ürəklər, diləklər ahlı, amanlı,

Gedirəm sehirli, sirli aləmdə [124, 189]


Beləliklə, müşahidələr göstərir ki, dilin müxtəlif mən­bə­lə­ri – polisemiya,frazeoloji birləşmələr, evfemizmlər, dia­lek­ti­zmlər, köhnəlmiş sözlər və arxaizmlər, alınma sözlər və po­e­­­­tizmlər hesabına artan sinonimik cərgələr,eyni za­manda üs­lu­­­­­bi, situativ və fərdi sinonimlər sayəsində də ar­taraq zən­gin­ləşir.


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin