Azərbaycan rеspublikasi təHSİl naziRLİYİ



Yüklə 0,79 Mb.
səhifə32/43
tarix09.05.2022
ölçüsü0,79 Mb.
#115668
1   ...   28   29   30   31   32   33   34   35   ...   43
AZ rbaycan rеspublikasi t HS l naziRL Y

Metafora. Poetik müqayisənin bir növü də meta­fo­ra­dır. Bədii dildə çox yayılmış metafora köçürmək mənasını ifa­də edir. Azərbaycan dilçiliyində bu anlayış istiarə sözü ilə ifadə olunur.Beləliklə,metafora və yaxud is­­ti­arə bir əş­ya və hadisənin müəyyən əlamətinin başqa əşya, hadisə üzə­­­­­­ri­nə köçürülməsi nəticəsində meydana gəlir:
Alov hücüm çəkdi insan ömrünə [123, 79]

Gecə keçir, yuxu qaçır, yatmıram [123, 81]

Onda de, ey gözəl, bu kuzə kimi,



Sındırdın eşqinlə vuran qəlbimi [123, 14]

Baxır minarələr qəmli sükutla [123, 111]



Nəsə yer söyləyir, göy pıçıldayır

Bir ulduz danışır, mənimlə ulduz [123, 114]

Qumral saçlarını

daradı kulək [123, 64]

Sirrini pıçıldar göy otlar mənə

Bəyaz kəfən biçər buludlar mənə [123, 167]

Sanki çiçək səpdi üzlərə odlar

Yuxudan gecənin özü oyandı

Alovlar çağladı, atəşlər axdı [123, 161]

Sən cahana soyuq qəlblə baxar olsan [123, 163]

Dağa duman çöküb, çən yeridikcə,

Gözünü açdıqca günəşli bahar [123, 160]

Bir sükut içində yatır bağça-bağ



Ürəyim eşidir, ürəyim duyur [123, 158].
Misallardan göründüyü kimi, metafora da müqayisə, ox­­­şatma əsasında yaradılır. «Metaforada da müqayisə-bən­zət­mə vardır. Müqayisədə bənzədilən və bənzəyən ob­yekt­lə­rin hər ikisi adlandırılır. Metaforada isə bənzədilən olur, bən­zət­­­­­mə obyekti isə işlədilmir.Metafora, adətən, bir sözdən iba­­­rət olur. Müqayisə isə ən azı iki söz, yaxud bir söz və bir qoş­ma­dan ibarət olur» [6, 128]. Bundan başqa, metafora təşbehə nisbətən daha mürəkkəb məcaz növüdür. Metaforadakı mü­rək­kəblik isə ondakı mücərrədlikdən-qarşı­laşdırılan əşyaların birinin iştirak etməməsindən yaranır. Başqa sözlə,me­ta­fo­ra­da qarşılaşdırılan əşyalardan biri fak­tik olaraq iştirak etmir, hət­­­­­­­­­­­ta adı da çəkilmir, həmin əşya onun bir əlamətinin başqa əş­­­yaya şamil edilməsi yolu ilə metaforada iştirak edir.

Metafora yolu ilə bir əşya üzərində müxtəlif əlamət və key­­fiyyət köçürmək mümkün olduğundan məcazın bu növü şe­irin emosional gücünün artmasında ciddi əhəmiyyət kəsb edir.»Metaforik söz və ifadələrin əsas bədii keyfiyyəti təs­vir­lə üzvi surətdə bağlılığında və təcəssüm etdirdiyi obrazlarla ya­xın­­lı­ğındadır» [42,101]. Bu cəhətdən də sənət­kar poeziyada me­­­taforadan daha çox istifadə etməyə çalışır. Hətta bəzən şa­ir nəzərə çatdırmaq istədiyi bir fikirlə əlaqədar olaraq bir ne­çə metafora işlədərək, demək olar ki, metafora silsiləsi ya­ra­­dır. Bütün bu cəhətləri nəzərə alaraq, deyə bilərik ki, «fra­ze­o­loji birləşmələrin ən mühüm xüsüsiyyətləri eks­pressivlik, me­ta­­­­­­foriklik və emosio­nallıqdır» [57,69].




Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin