Azərbaycan rеspublikasi təHSİl naziRLİYİ



Yüklə 0,79 Mb.
səhifə34/43
tarix09.05.2022
ölçüsü0,79 Mb.
#115668
1   ...   30   31   32   33   34   35   36   37   ...   43
AZ rbaycan rеspublikasi t HS l naziRL Y

Mübaliğə və litota. Frazeoloji vahidlərin məzmununda mü­­­­baliğə xüsusi yer tutur. Mübaliğə bu və ya digər pred­me­tin, hadisənin əlamətlərini olduğundan müqayisəyə gəl­mə­yə­cək dərəcədə artıq göstərir.Dilçilikdə buna hiperbola da de­yi­lir. Dilimizə başqa dillərdən keçən mübaliğə və hiper­bola ter­min­­­lərindən mübaliğə daha geniş yayıldığından şişirt­mə, üs­tün­­­­­­­lük vermək anlayışını Azərbaycan dilində mübaliğə ter­mi­­­­­­­­­­­­­­­ni ilə ifadə etmək daha münasibdir.

Mübaliğə nəzərdə tutulan fikrin,ideyanın oxucuya, din­­­­lə­yiciyə daha qabarıq çatdırılmasına xidmət edir. Nəbi Xəz­­­ri po­e­ziyasında mübaliğəli frazeoloji vahidləri semanti­kasına gö­­­­­­­rə iki yerə ayırmaq olar:

1. Komponentlərin yaratdığı məzmunda fikir şişirdilir:
Göydən dərin olar yerlərin dərdi

Nəbini ah boğar, aman ağladar [123, 23]

Qalın buludlardan

çıxdı dağ, qaya [123, 27]

Kükrəyib qəzəbdən od tökər qışım [123, 89]

Bəlkə sevgi özü bir kainatdır

Tropik isti də yandırmaz məni

Sənin


Soyuqluğun

Məni yandırır [123, 150].

Döndü ürəyimiz sevincdən dağa [123, 16]

Ahımdan asiman qoy parçalansın!

Fikir asır məni dardan [123, 101]
Nümunələrdə verilmiş «yerin dərdinin göydən dərin ol­ma­­sı», «dağın,qayanın qalın buludlardan çıxması»,«qışın qə­­­­­zəbdən kükrəyib od tökməsi», «sənin soyuqluğunun məni yan­­­­­­­­­­dırması», «sevincdən ürəyin dağa dönməsi», «sevincdən asi­­­­­­manın parça­lan­ması», «fikrin məni dardan asması» ifadə­lə­­­­­ri nə qədər poetik olsa da,bunların hər birində mübaliğə nə­­­­­­­­­zə­­rə çarpır.

2. Məzmun kiçildilmiş, əhəmiyyətsizləşdirilmişdir.Bu­na­­ li­­­­­tota da deyilir.Şair müəyyən hadisəni,əşyanı şeirin ide­ya­­­­­­sı­na uyğun,əslində olduğundan zəif,kiçik şəkildə nəzərə çat­dır­­­­­­­­­­maqla litota yaradır:

Sanki göz yaşıdır axan ulduzlar [123, 11]

Dostlar bizə

Qılınc çəksə

lal sükutuyla [123, 149]

Sevgi bir kiçicik

Qəlbə sığsa da [123, 150]

Bəlkə də saralmış, solmuş bir dağam [123, 125]

Sızdı ürəyimdən söz damla-damla

Bir ovuc görünür bağlar uzaqdan

Dağ boyda palıdlar qara xal olur [123, 122].

Bir çaya döndüm ki, sısqa axıram [123, 44].

Kobud bir ovuca sıxışan əllər [123, 42]

Enir ayağına parlaq ulduzlar [123, 38].
Nümunələrdə verilmiş planetlərdən özünün böyüklüyü ilə seçilən ulduz «sanki göz yaşıdır axan ulduzlar» ifadəsində özündən qat-qat kiçildilmişdir. Dağ, adətən, ucalıq, əzəmilik, əlçatmazlıq simvoludur. «Bəlkə də saralmış, solmuş bir da­ğam» ifadəsində isə lirik qəhrəmanın özünün sanki təbiətin ona göstərdiyi təsirdən zəifləmiş, saralıb-solmuş bir dağla mü­­­­­­­­­­­­qa­­­yisəsi, digər misralarda ucsuz-bucaqsız bağların bir ovuc böyüklüyündə görünməsi, kükrəyib-çağlayan bir çayın sıs­qa axması, bir ovuca sığmayan əllərin sığışdırılması,hə­mi­şə ənginliklərdə olan ulduzların kiçildilib bir ayağın altına en­­­­­­­­dirilməsi kimi ifadələr litotanın parlaq nümunələrindəndir.

Kinayə. Hər hansı bir frazeoloji vahidi bədii ədəbiy­yat­da həm əsl mənasında,həm də kinayəli şəkildə işlətmək müm­­­­­­­­­kündür. «Kinayə incə, gizli gülüş deməkdir. Ki­­nayə mən­­­­tiqi zid­­diyyətlərdən, konstrastlardan istifadədə yaranır. Hər han­sı bir mənfi hadisəyə, yaxud tipə ona yaraşmayan, zidd olan key­fiyyətləri vermək kinayə doğurur. Kinayə ilk baxışda nə­zə­rə çarpmayan, lakin ən kəskin, öldürücü, ifşaedici bir si­lah­dır» [64,83]. «Kinayə üçün xarakterik cəhət ondan ibarətdir ki, fikrin ifadə tərzi onun məzmununa, daxili mənasına qarşı qo­yulur. İfadəyə, danışığa emosional təsir göstərir. Bu təsir gü­­cü nəticəsində kinayə olunan mənfi tip demək olar ki, sar­sı­lı­r» [6,156].

Kinayə xarakteri daşıyan ifadə üçün həyəcan, yüksək ton, hiddət deyil, sakitlik əsas şərtdir. Sakit, adi şəkildə de­yil­miş söz­lər daha dərin və ciddi məna kəsb edir.

Qeyd edək ki, ifadəyə kinayə çaları verən həm də in­to­na­siyadır. Lakin kinayə çaları ilə birlikdə sabitləşən–məz­mu­nu­nu kinayə çaları təşkil edən frazeoloji vahidlər də vardır. Bun­­­lar müstəqim mənada işlənmir. N.Xəzri yara­dı­cı­lığında ki­nayəli fra­ze­oloji birləşmələrin özünəməxsus, rənga­rəng ça­lar­­­ları diq­qə­ti xüsusilə cəlb edir:
Köhnə dəblər itib gedir

Şair olmaq qəbahətdir

Şöhrət indi var-dövlətdir

Bu şöhrətdən nə umarsan?



Hər gün dondan-dona girən

Həqiqətdən nə umarsan? [123, 196]

Ürəyin doludur - bu meyar deyil,

Ciblərin boşdursa - bax bu meyardır! [123, 39]

Bura humanitar yardım gələndə,



Bizim «humanistlər» yarı bölürlər [123, 94].

Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin