Azərbaycan rеspublikasi təHSİl naziRLİYİ


Ümumişlək sözlərin səciyyəsi



Yüklə 0,79 Mb.
səhifə6/43
tarix09.05.2022
ölçüsü0,79 Mb.
#115668
1   2   3   4   5   6   7   8   9   ...   43
AZ rbaycan rеspublikasi t HS l naziRL Y

Ümumişlək sözlərin səciyyəsi
Dilimizin lüğət tərkibinin mühüm bir hissəsini mənası hamı tərəfindən başa düşülən, insanların gündəlik nitq­lə­rin­də istifadə etdikləri ümumişlək sözlər təşkil edir. Bu sözlər di­li­mizin lüğət tərkibinin əsasını təşkil etdiyi üçün dili bunlarsız təsəvvür etmək olmur.

Ümumişlək leksikadan insan həyatının bütün fəaliyyət sahələrində istifadə edilir. Çünki bu sözlər gündəlik hə­ya­tı­mız, məişətimiz üçün ən vacib anlayışları-əşya və əlamətləri, ha­disələri hamının başa düşdüyü tərzdə ifadə edən leksik vahidlərdir. Qədim dövrlərdən dilimizin lüğət tərkibində də­yiş­­­məz qalan, sabit mövqe tutan ümumişlək sözlər üslub ba­xı­mından neytral olduğu üçün bütün üslublarda işlədilir. Üs­lub­lar arasında bu cür ortaq mövqe tutduğuna görə ümum­iş­lək sözləri «üslublararası leksika» da adlalandırmaq olar.

Dilin lüğət fondunun əsasını təşkil edən ümumişlək söz­­lər bütün üslublar kimi, bədii üslub üçün də mühüm əhə­miy­­yətə malikdir. Belə ki, «ümumişlək sözlərlə bədii əsər­lər­də ən sadə, təbii və zəruri hadisələr haqqında ətraflı məlumat ve­­rilir və onlar təsvir olunur. Bədii əsərlərdə hadisələrin, ob­raz­­ların, mənzərələrin bədii və obrazlı təsvirini sadə, aydın, an­­­­laşıqlı sözlərlə ifadə etmək mümkündür. Bunlar eyni za­man­da xüsusi üslubi rəngarəngliyə malik sözlər və ifadələrin meydana çıxmasında mühüm rol oynayır. Əsas vasitə kimi özü­­­­­nü göstərir» [38, 168-169]. Ümumiyyətlə, ümumişlək söz­lər dərin mənalı fikirlər və ən incə, zərif duyğular, hissləri ifa­də edən nitq vahidləridir. Məhz buna görə də hər bir sə­nət­kar ümumxalq dilinin nüvəsini təşkil edən ümumişlək sözlər vasitəsilə istədiyi bədii lövhəni yarada bilir. N.Xəzri ya­ra­dı­cı­lı­ğından nümunə gətirdiyimiz aşağı­dakı bədii parça fikrimizi təsdiqləyə bilər:

Uca zirvələrin

ucası anam,

Əsrin bəyaz saçlı

qocası anam!

Bu axşam saçlarımda

Gəzdi ana əlləri,

İsti ana əlləri.

Boz çinar yarpağıdır

O göy damarlı əllər,

Bu evin dayağıdır

Doğma


Qabarlı əllər!

Üstümdə zaman-zaman

Əsdi ana əlləri.

Neçə dərdin yolunu

Kəsdi ana əlləri,

İsti ana əlləri.

Yenə də saçlarımda

Gəzdi ana əlləri.

Titrədi yarpaq kimi,

Əsdi ana əlləri [124, 211].


Göründüyü kimi, yuxarıdakı bədii parçalar bütövlükdə ümumişlək sözlər – ana, əl, saç, yarpaq, dərd, ev, doğma və s. əsasında qurulmuşdur. Şair bu cür sadə, aydın sözlər va­si­tə­si­lə özünün incə, dərin hiss və duyğularını ifadə etmişdir.

Özünəməxsus üslubi keyfiyyətlərə malik olan sözlər və ifa­dələr ədəbi dildə olduğu kimi, bədii dildə də ümumişlək söz­lər vasitəsilə meydana çıxır. Çünki emosional-ekspressiv, sa­də, loru, danışıq, alınma, termin, köhnəlmiş sözlər, ne­olo­gizm­lər və s. kimi leksik vahidlərin əsl üslubi keyfiyyətləri məhz ümumişlək sözlərin sayəsində özünü göstərir. Məsələn;



  1. İzin verin, izin verin,

Onu görüm, ata can!

Ayılıram xəyalatdan:

- Qalx, əzizim, qalx, ayıl [127, 13-14]

2) Axı, o Kar Həsən hansı qoduqdur?

- Necə, kəs səsini, fərsizin biri! [127, 97]

Boğazdan yuxarı

tərif deyincə

Ürəkdən çor demək daha yaxşıdır [127, 25]

3) Sanki mənim ürəyimdən

Qan yerinə axdı od,

Şimşək kimi varlığımı

Büryan etdi, yaxdı od [127, 15]



  1. Birləşən beyinlər, birləşən əllər

Artıq atomu da parçalamışdır [127, 61]

Xəstəliklər yada düşsəydi bir-bir?!



Stenokardiya, ya da infarktdır?!

«Kamfora», «kafein»,

daha bəs nələr? [127, 72-73]



  1. Bu əsrarı açmaq …- deyib,

Sükut etdi ixtiyar [127, 12]

  1. «Nə gözəlsən!» - Dodağımdan

Bu söz müdam axardı [127, 8]

Gəlir bircə düşmən tankı… [127, 9]



  1. Toxununca nəzərinə

Onun şehli bir çiçək

Dərib yerdən üsulluca

Baxardı heyran-heyran [127, 7]
Gördüyümüz kimi, bu bədii parçalar əsasən ümumişlək sözlərdən ibarətdir. Lakin bu misralarda seçilən spesifik söz­lə­rin üslubi səciyyəsi ümumişlək sözlərin sayəsində meydana çı­xa­raq təyin edilmişdir. Belə ki, birinci nümunədə «ata can», «əzi­zim» sözləri emosional-ekspressiv;ikinci nümunədə «qo­duq»,­ «fərsiz», «çor» sözləri sadə, loru; üçüncü nümunədə «ürək­­­­dən qan yerinə od axması», «odun şimşək kimi varlığı bür­yan etməsi, yaxması» ifadələri ekspressiv; dördüncü nü­mu­­nə­də «atom», «kamfora», «kafein», «stenokardiya», «infarkt» sözləri termin; beşinci nümunədə «əsrar», «ixtiyar» sözləri köh­nəl­miş; altıncı nümunədə «müdam», «tank» sözləri alınma; yed­­dinci nümunədə «üsulluca» və s. kimi sözlərin üslubi sə­ciy­yə­si onların ümumişlək sözlərlə işlənmə şəraitində məlum ol­muş­dur.

Yuxarıda qeyd etdik ki, emosional-ekspressivlik kimi mə­nalar bildirən leksik-üslubi vahidlərin özünəməxsus fərdi xüsusiyyətləri onların ümumişlək sözərlə birgə işlənməsi sa­yə­­­sində meydana çıxır. Lakin ümumişlək sözlər özləri emo­si­o­­­­­­nal-ekspressivlik kimi məna çalarlarından azaddır. Məhz bu cəhətinə görə diçilikdə bir sıra alimlər – Y.R. Qepner [99, 52], L.R.Zinder, T.V.Stroeva [102, 368] bu sözləri «ney­tra­li­tet leksika» adlandırırlar. Lakin bu termin adı altında ümum­­­işlək sözlər ifadəlilik baxımından zəif mənalı sözlər ki­mi başa düşüldüyündən bir sıra alimlər – A.N.Qvozdev [97, 9], A.İ.Efimov [101, 209], E.V.Uxmılina [116, 8] isə haqlı olaraq bu termini qəbul etmirlər. Çünki ümumişlək sözlərin hamısını üslubi cəhətdən «neytral sözlər» adlandırmaq düz­gün olmazdı. Onların arasındakı mənalı, ifadəli sözləri sə­nət­kar bədii dildə məqamından asılı olaraq elə işlədir ki, bu söz­lər emosional-ekspressiv mənalar ifadə edir. Sözsüz ki, bu cür mənalar ifadə edən ümumişlək sözlər ümumüslubi xü­su­siy­­yətini itirərək bədii üslubun xüsusi nitq vahidinə çevrilir.


Titrədi, sızladı könlümün simi [127, 51]

Solğun yanaqları nura boyanır,

Yastı bir daş üstə oturur qoca [127, 83]

Hər qızaran üfüq, parlayan səhər

Dağları, daşları bəzədi, keçdi [127, 90]

Nə qədər axşamlar gəlib dünyaya,

Belə faciəli axşam gəlməyib [128, 20]
Bu bədii parçalardakı birinci misalda «sim», ikinci mi­sal­da «yanaq», üçüncü misalda «səhər», dördüncü misalda «axşam» ümumişlək sözləri özündən əvvəlki sözün sayəsində obrazlı – emosional mənada işlənərək ümumişləkliyini itirmiş və bədii üslubun bədii ifadə vasitələrinə çevrilmişdir. Ümum­iş­lək sözün bu cür işlənə bilməsi onun polisemantik mənaya ma­lik olmasıdır.

«Sözün çoxmənalı olması sözün ümumişlək və lazımlı ol­ma dərəcəsindən,müxtəlif sözlərlə əlaqəyə girmək im­ka­nın­­­­dan, bu və ya digər qrammatik kateqoriyaya aid olma­sın­dan, sö­zün quruluşundan, dildə olan ehtiyatın məhdudluğu və təc­­­rübənin sonsuz konkretliliyi arasında olan zid­diy­yət­lər­dən, məcazlaşmadan asılıdır. Çoxmənalı sözlər dildə mövcud olan sözlərin öz mənasını dəyişməsi, genişləndirməsi, bir sıra əlavə mənalar kəsb etməsi ilə, bir sözün öz əvvəlki mənasını saxlamaqla yeni mənalar qazanaraq həm köhnə, həm də yeni məfhumları ifadə etməsi, xalqın əmək fəaliyyəti, adət-ən­ənə­ləri, bədii zövqü, əşya və hadisələrin oxşar cəhətlərinin ümu­mi­ləşdirilməsi, məntiqi amillərə əsasən oxşar əlamətlər əsa­sın­da məfhumların yaxınlaşdırılması sözün əsas mənasının mə­cazlaşması və s. yollarla əmələ gəlir» [38, 37].

Məlumdur ki, dilimizdə ən sadə və işlək sözlərin ək­sə­riy­yətini çoxmənalı sözlər təşkil edir. Məsələn, qaş, baş, göz, qızıl, qara, acı, şirin, açmaq, döymək, dəymək, gün, il, gecə, qış, kök, dolanmaq, gəzdirmək və s. Çoxmənalı sözlərin öz hə­qiqi mənasından başqa, əlavə məcazi mənalar kəsb etməsi onları olduqca ifadəli və mənalı edir. Bu da onlardan geniş is­tifadə olunmasına səbəb olur. Ona görə də ümumişlək söz­lə­ri «neytralitet leksika» adlandırmağa heç bir əsas qalmır. Ey­­ni zamanda onu da qeyd edək ki, bədii ədəbiyyat söz üçün geniş meydan açdığı üçün çoxmənalı sözün də ifadə im­kan­la­rı geniş və zəngindir. Belə ki, polisemantik mənaya malik olan söz müxtəlif mənalar ifadə etdiyi üçün fonetik tərkibcə ey­ni olan söz müxtəlif anlayışlar bildirir. N.Xəzri poe­zi­ya­sın­dan gətirdiyimiz nümunələrlə fikrimizi aydınlaşdıraq:



  1. Yüklə 0,79 Mb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin