Azərbaycan respublikasinin aiLƏ MƏCƏLLƏSİ



Yüklə 81,56 Kb.
səhifə35/39
tarix10.01.2022
ölçüsü81,56 Kb.
#110530
növüQaydalar
1   ...   31   32   33   34   35   36   37   38   39
Ölümün qeydə alınması

 

Maddə 193. Ölümün qeydə alınması qaydası



 

193.1. Ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır.

193.2. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır.

 

Maddə 194. Ölüm haqqında məlumat vermə



 

Ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır.

 

Maddə 195. Ölüm haqqında məlumatın verilməsi müddətləri



 

Ölüm haqqında məlumat ölümün baş verdiyi və ya meyidin tapıldığı vaxtdan 10 gündən gec olmayaraq verilməlidir.

 

Maddə 196. Dəfnlərin reyestri 

 

Dəfnlərin vahid dövlət reyestri müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.

 


Yüklə 81,56 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin