Azərbaycan respublikasinin bəZİ qanunveriCİLİk aktlarina dəYİŞİKLİKLƏr və ƏlavəLƏr ediLMƏSİ haqqinda



Yüklə 21,31 Kb.
tarix07.01.2022
ölçüsü21,31 Kb.
#85479

AZƏRBAYCAN RESPUBLİKASININ BƏZİ QANUNVERİCİLİK AKTLARINA DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏR EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
II. «Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik toplusu, 1997-ci il, № 3, maddə 167; 2001-ci il, № 11 maddə 691) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1. 27-ci maddənin 2-ci bəndində «müəlliflik hüquqları sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanının hesabına» sözləri «dövlət büdcəsinə» sözləri ilə əvəz edilsin və «müəlliflik hüquqları sahəsində siyasətin-həyata keçirilməsi məqsədilə ilə istifadə olunur» sözləri çıxarılsın;

2. 40-cı maddənin axırıncı abzası aşağıdakı redaksiyada verilsin:

« Azərbaycan Respublikasının müəlliflik hüquqları sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanı dövlət büdcəsindən ayrılan vəsait hesabına maliyyələşdirilir.

Müəlliflik hüquqları sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanının qanunvericiliklə qadağan edilməyən digər mənbələrdən daxil olan vəsaitləri bütövlükdə dövlət büdcəsinə köçürülür».

VIII. «Muzeylər haqqında» Azərbaycan Respublikası Qanunun (Azərbaycan Respublikasının Qanunvericilik toplusu, 2000-ci il, № 6, maddə 396; 2001-ci il, № 12 maddə 736) 24-cü maddəsinin mətni aşağıdakı redaksiyaya verilsin:

«Dövlət muzeyləri Azərbaycan Respublikasının dövlət büdcəsindən ayrılan vəsait hesabına maliyyələşdirilir.

Dövlət muzeylərinin muzey xidmətlərindən və qanunvericiliklə qadağan olunmayan digər xidmətlərindən əldə edilən gəlirləri bütövlükdə dövlət büdcəsinə köçürülür».

XI. «Mədəniyyət haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik toplusu, 1998-ci il, № 4, maddə 223; 2001-ci il, № 11 maddə 688, 2002-ci il, № 5, maddə 245) 40-cı maddəsinin birinci abzası aşağıdakı redaksiyaya verilsin:

«Mədəniyyətin dövlət mülkiyyətində olan təsisatları dövlət büdcəsindən maliyyələşdirilir və qanunvericiliklə qadağan olunmayan digər xidmətlərdən əldə edilən gəlirlər bütövlükdə dövlət büdcəsinə köçürülür. Bələdiyyə və xüsusi mülkiyyətdə olan təsisatlar isə öz vəsaitləri və qanunvericiliklə tənzimlənən fəaliyyətindən əldə edilmiş gəlirlər hesabına maliyyələşdirilirlər».



Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 noyabr 2002-ci il
Yüklə 21,31 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin