Azərbaycan respublikasinin əDLİYYƏ naziRLİYİ kollegiya qərari



Yüklə 33,69 Kb.
səhifə7/9
tarix07.01.2022
ölçüsü33,69 Kb.
#85570
1   2   3   4   5   6   7   8   9
3.3.2. Sorğunun qəbulu: İstifadəçi tərəfindən təqdim edilmiş sənədlər bu reqlamentin 2.6-cı bəndində göstərilənlərə uyğun olduqda sorğu qəbul olunur.

3.4. Sorğunun icrası:

İstifadəçi elektron xidmət vasitəsilə elektron qaydada ərizə formasını doldurduqdan və bu reqlamentin 2.6-cı bəndində göstərilənləri göndərdikdən sonra mətbu nəşrin uçotu aparılır.

3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

Ərizə və müvafiq sənədlər qəbul edilir;

Məlumatlar və sənədlər yoxlanılır;

Mətbu nəşr reyestrə daxil edilir və üzərinə müvafiq ştamp vurulmaqla reyestrə daxil edilmə nömrəsi əks etdirilən müraciətin bir nüsxəsi istifadəçiyə təqdim olunur.



Elektron xidmətin icrasına görə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi məsuliyyət daşıyır.

3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və ya maksimal yerinə yetirilmə müddəti:

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsinin məsul şəxsi sənədləri və elektron ərizə formasını qəbul edir;

Məlumatların düzgünlüyü və qanunvericiliyin tələblərinə uyğun olub-olmaması yoxlanılır;

Mətbu nəşr reyestrə daxil edilir üzərinə müvafiq ştamp vurulmaqla reyestrə daxil edilmə nömrəsi əks etdirilən müraciətin bir nüsxəsinin skan edilmiş surəti elektron imza ilə təsdiq olunaraq elektron poçt vasitəsilə istifadəçiyə göndərilir. Həmin nüsxə istifadəçinin arzusu ilə poçt vasitəsilə onun ünvanına göndərilə və ya fərdi qaydada təqdim oluna bilər.

Elektron xidmətlə bağlı inzibati əməliyyatların maksimal yerinə yetirilmə müddəti bu reqlamentin 1.7-ci bəndində göstərilən müddətdən artıq olmamalıdır.

3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət qurumları haqqında məlumat: Yoxdur.

3.4.4. Hər bir inzibati prosedurun nəticəsi:

Sənədlər və elektron ərizə forması qəbul edilərək çap edilir;

Məlumatların düzgünlüyü və qanunvericiliyin tələblərinə uyğun olub-olmaması yoxlanıldıqdan sonra mətbu nəşr reyestrə daxil edilir;

İstifadəçi üzərində reyestrə daxil edilmə nömrəsi olan müraciəti əldə edir.




Yüklə 33,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin