Azərbaycan respublikasinin əDLİYYƏ naziRLİYİ kollegiya qərari №30-N



Yüklə 23,99 Kb.
səhifə2/12
tarix10.01.2022
ölçüsü23,99 Kb.
#106527
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   12
Azərbaycan Respublikasının

ədliyyə naziri

I dərəcəli dövlət ədliyyə müşaviri

Fikrət Məmmədov

 

 



 


 

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2012-ci il 29 noyabr tarixli 30-N nömrəli Qərarı ilə təsdiq edilmişdir

 

 

Ədliyyə orqanları və notariusların qəbuluna onlayn yazılış üzrə inzibati reqlament

 

1. Ümumi müddəalar

 

1.1. Elektron xidmətin adı: Ədliyyə orqanları və notariusların qəbuluna onlayn yazılış.

 

1.2. Elektron xidmətin məzmunu: Ədliyyə orqanlarının və notariusların qəbuluna onlayn qaydada yazılışı əhatə edir.

 

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

- “İnformasiya əldə etmək haqqında” 30 sentyabr 2005-ci il tarixli 1024-IIQ nömrəli Azərbaycan Respublikasının Qanununun 6-cı və 10-cu maddələri;

- “Dövlət rüsumu haqqında” 04 dekabr 2001-ci il tarixli 223-IIQ nömrəli Azərbaycan Respublikasının Qanununun 10.19 - cu maddəsi;

- Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 9.56-cı bəndi;

- “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-ci hissəsi; [1]

- Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və “Elektron xidmət növlərinin Siyahısı”nın 3.13-cü bəndi. [2]

 


Yüklə 23,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin