Azərbaycan respublikasinin əDLİYYƏ naziRLİYİ kollegiya qərari №30-N


Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və ya maksimal yerinə yetirilmə müddəti



Yüklə 23,99 Kb.
səhifə7/12
tarix10.01.2022
ölçüsü23,99 Kb.
#106527
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   12
3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və ya maksimal yerinə yetirilmə müddəti:

1.                       Qeydiyyat orqanlarının qəbuluna yazılış: İstifadəçi qəbula yazılmaq istədiyi qeydiyyat orqanını, qəbul tarixini və saatını seçir, adı, soyadı, atasının adını, şəxsiyyət vəsiqəsini və seriya nömrəsini daxil edərək sorğu göndərir. Proses istifadəçinin tələb olunan məlumatları daxil etməsindən və bunun informasiya sistemində emalı müddətindən asılıdır.

2.                       Notariat ofislərinin qəbuluna yazılış: İstifadəçi qəbula yazılmaq istədiyi notariat ofisini, qəbul tarixini və saatını seçir, adı, soyadı, atasının adını, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini daxil edərək sorğu göndərir. Proses istifadəçinin tələb olunan məlumatları daxil etməsindən və bunun informasiya sistemində emalı müddətindən asılıdır.

3.                       İcra qurumlarının qəbuluna yazılış: İstifadəçi qəbula yazılmaq istədiyi icra qurumunu, qəbul tarixini və saatını seçir, adı, soyadı, atasının adını, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini daxil edərək sorğu göndərir. Proses istifadəçinin tələb olunan məlumatları daxil etməsindən və bunun informasiya sistemində emalı müddətindən asılıdır.

3-1. Probasiya qurumlarının qəbuluna yazılış: İstifadəçi qəbula yazılmaq istədiyi probasiya qurumunu, qəbul tarixini və saatını seçir, adı, soyadı, atasının adını, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini daxil edərək sorğu göndərir. Proses istifadəçinin tələb olunan məlumatları daxil etməsindən və bunun informasiya sistemində emalı müddətindən asılıdır.[7]

4.                       Regional ədliyyə idarələrinin qəbuluna yazılış: İstifadəçi qəbula yazılmaq istədiyi regional ədliyyə idarəsinin adını, qəbul tarixini və saatını seçir, adı, soyadı, atasının adını, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini daxil edərək sorğu göndərir. Proses istifadəçinin tələb olunan məlumatları daxil etməsindən və bunun informasiya sistemində emalı müddətindən asılıdır.

5.                       Nazirliyin aparatı və struktura daxil olan digər qurumların qəbuluna yazılış: İstifadəçi qəbula yazılmaq istədiyi idarəni, qəbul tarixini və saatını seçir, adı, soyadı, atasının adını, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini daxil edərək sorğu göndərir. Proses istifadəçinin tələb olunan məlumatları daxil etməsindən və bunun informasiya sistemində emalı müddətindən asılıdır.

6.                       Qəbul cədvəli ilə tanışlıq: İstifadəçi maraqlandığı baş idarəni seçir, zərurət olduqda axtarış parametrlərini dəqiqləşdirərək məlumat cədvəlini generasiya edir. Axtarışın parametrlərinə uyğun olaraq proses istifadəçinin tələb olunan məlumatları daxil etməsindən və bunun informasiya sistemində emalı müddətindən asılıdır.

 


Yüklə 23,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin