Azərbaycan respublikasinin əDLİYYƏ naziRLİYİ kollegiya qərari



Yüklə 17,59 Kb.
səhifə8/9
tarix10.01.2022
ölçüsü17,59 Kb.
#106828
1   2   3   4   5   6   7   8   9
3.3.2. Sorğunun qəbulu: İstifadəçi tələb olunan məlumatları düzgün daxil edildikdə sorğu qəbul olunur.

3.4. Sorğunun icrası:

İstifadəçi qeydiyyat orqanını, lazım olan sənədin növünü seçərək elektron qaydada ərizə formasını doldurduqdan sonra qeydiyyat orqanı tərəfindən müvafiq sənəd hazırlanılır.



3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

– Ərizə və müvafiq sənədlər qəbul edilir;

– Məlumatlar və sənədlər yoxlanılır;

–Təkrar şəhadətnamə və ya müvafiq arayış hazırlanaraq onun təqdim edilməsi üçün istifadəçi qeydiyyat orqanına və ya Xidmətə dəvət olunur. İstifadəçi arayışı elektron formada əldə etmək istədiyi halda elektron imza ilə təsdiq olunmuş arayış onun elektron poçt ünvanına göndərilir.

Elektron xidmətin icrasına görə aidiyyəti qeydiyyat orqanı və ya Xidmət məsuliyyət daşıyır.

3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və ya maksimal yerinə yetirilmə müddəti:

– Qeydiyyat orqanının və ya Xidmətinin məsul şəxsi sənədləri və elektron ərizə formasını qəbul edir;

– Məlumatların düzgünlüyü və qanunvericiliyin tələblərinə uyğun olub-olmaması məsul şəxs tərəfindən yoxlanılır. Məlumatlarda çatışmazlıq aşkar olunmazsa istifadəçiyə elektron poçt vasitəsilə dövlət rüsumunun ödənilməsinin zəruriliyi barədə bildiriş göndərilir. İstifadəçi dövlət rüsumunun ödənilməsi barədə sənədin skan edilmiş surətini təqdim edir.

– Təkrar şəhadətnamə və ya arayış hazırlanır və onların verilmə vaxtı və yeri barədə elektron poçt ünvanı vasitəsilə istifadəçiyə məlumat verilir.

İnzibati əməliyyatlar 2 iş günü müddətində icra edilir.

3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanları haqqında məlumat: Yoxdur.


Yüklə 17,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin