AZƏRBAYCAN RESPUBLİKASININ ƏDLİYYƏ NAZİRLİYİ
KOLLEGİYA QƏRARI
30 may 2014-cü il № 2-N
“Fərdi elektron pəncərə” elektron məlumat sistemindən istifadə qaydaları barədə inzibati reqlament”in və “Fərdi elektron pəncərə” elektron məlumat sisteminə daxil ediləcək məlumatların və məlumatları təqdim etməli olan qurumların siyahısı”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin "Qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" 2013-cü il 20 noyabr tarixli 26 nömrəli Fərmanının 4.2-ci və 4.3-cü bəndlərinin icrası ilə əlaqədar "Fərdi elektron pəncərə" informasiya sistemindən istifadə qaydaları barədə inzibati reqlament, sistemə daxil ediləcək məlumatların və məlumatları təqdim etməli olan qurumların siyahısı tərtib olunmuşdur.
“Qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” ölkə başçısının Fərmanına uyğun olaraq “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 19-cu bəndinə əsasən Kollegiya
QƏRARA ALIR:
1. “Fərdi elektron pəncərə” elektron məlumat sistemindən istifadə qaydaları barədə inzibati reqlament” təsdiq edilsin (Əlavə olunur).
2. “Fərdi elektron pəncərə” elektron məlumat sisteminə daxil ediləcək məlumatların və məlumatları təqdim etməli olan qurumların siyahısı” təsdiq edilsin (Əlavə olunur).
3. Bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (A.Əliyev).
4. Qərar aidiyyəti ədliyyə orqanlarına göndərilsin.
Dostları ilə paylaş: |