Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 30 may 2014-cü il tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmişdir
“Fərdi elektron pəncərə” elektron məlumat sistemindən istifadə qaydaları barədə inzibati reqlament
1. Ümumi müddəalar 1.1. Elektron məlumat sisteminin adı: “Fərdi elektron pəncərə” elektron məlumat sistemi.
1.2. Elektron məlumat sisteminin məzmunu: Qeydiyyata alınmış qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı və onlara dair qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrində mövcud olan məlumatların nəzərdən keçirilməsi, onlarla bağlı çıxarışların çap edilməsi, xidməti sənədlərin sistemləşdirilmiş şəkildə saxlanılması, avtomatik ümumiləşdirilməsi və statistik hesabatların hazırlanılması, müraciət, arayış və hesabatların elektron formada qəbulu və cavablandırılması, alınmış və verilmiş qrantların qeydə alınması, elektron xidmətlərin göstərilməsi, eləcə də digər qeyri-hökumət təşkilatları və sistemin iştirakçıları olan aidiyyəti dövlət qurumları ilə qarşılıqlı məlumat mübadiləsinin həyata keçirilməsi.