(“Azərbaycan” qəzeti, 17 may 2009-cu il, № 105,Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 05, maddə 294) ilə 159-cu maddənin mətni 1-ci hissə hesab edilsin və maddəyə yeni məzmunda 2-ci hissə əlavə edilmişdir.
205
24 fevral 2009-cu il tarixli 771-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 may 2009-cu il, № 105,Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 05, maddə 294) ilə 161-ci maddənin 2-ci hissəsində “Digər hallarda peşələr” sözləri “Peşələr” sözü ilə əvəz edilmişdir.
206
16 iyun 2007-ci il tarixli 389-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 756) ilə 164-cü maddədə, maddənin adında, birinci hissədə birinci və dördüncü abzaslarda “bayram” sözündən əvvəl “iş günü hesab edilməyən” sözləri əlavə edilmişdir, ikinci hissədə “Bayram” sözü “İş günü hesab edilməyən bayram” sözləri ilə əvəz edilmişdir.
24 fevral 2009-cu il tarixli 771-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 may 2009-cu il, № 105,Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 05, maddə 294) ilə 164-cü maddə aşağıdakı redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Maddə 164. İstirahət və iş günü hesab edilməyən bayram günlərində görülən işə görə əmək haqqının ödənilməsi
1. İstirahət və iş günü hesab edilməyən bayram günlərində, ümumxalq hüzn günündə əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla; aylıq maaş alan işçilərə iş günü hesab edilməyən bayram günü iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan artıq, gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla və iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğdən aşağı olmamaqla. 2. İş günü hesab edilməyən bayram və ya ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə əmək haqqı əvəzinə ona başqa istirahət günü verilə bilər.