Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 2, maddə 57) ilə 270-ci maddənin dördüncü hissəsində "İşçiləri" sözü "Zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə qorxutmaqla və ya şəxsin maddi cəhətdən asılı olmasından istifadə etməklə onu" sözləri ilə əvəz edilmişdir.
265
24 may 2002-ci il tarixli 333-IIQD nömrəli "Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi normativ hüquqi aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 6, maddə 328) ilə 270-ci maddəyə yeni 9-cu hissə əlavə edilmişdir.
266
4 mart 2005-ci il 856-IIQD nömrəli “Fövqəladə vəziyyət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 4, maddə 278) ilə 280-ci maddəsinin birinci hissəsində "məhdudlaşdırıla" sözündən sonra "və ya qadağan oluna" sözləri əlavə edilmişdir.
267
01 fevral 2010-cu il tarixli 950-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 fevral 2010-cu il, № 43, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №2, maddə 75) ilə 282-ci maddənin üçüncü hissəsi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
3. Tətilin qanunsuz hesab edilməsi barədə məhkəmə qərarı dərhal icra olunmalıdır. İşçilər tətilə son qoymalı və məhkəmə qərarının tətilə başçılıq edən orqana təqdim olunduğu günün ertəsi günü işə başlamalıdırlar.