9 iyul 2021-ci il tarixli 360-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 25 iyul 2021-ci il, № 152, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 711) ilə 294-cü maddəyə yeni məzmunda 5-ci hissə əlavə edilmişdir.
269
23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli "Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-cü il, № 5, maddə 241) ilə 296-cı maddənin 4-cü hissəsinə ikinci cümlə əlavə edilmişdir.
270
9 iyul 2021-ci il tarixli 360-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 25 iyul 2021-ci il, № 152, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 711)ilə 296-cı maddəyə “Qeyd” hissəsindən əvvəl yeni məzmunda 7-ci hissə əlavə edilmişdir.
271
30 aprel 2004-cü il tarixli 643-IIQD nömrəli “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 7, maddə 505) ilə Məcəllənin 298-ci maddəsi çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:
Maddə 298. Fərdi əmək mübahisəsinə baxılarkən dövlət rüsumunun və məhkəmə xərclərinin ödənilməsi qaydası
1. Bu Məcəllə ilə tənzimlənən hüquqlarının pozulduğunu iddia edən işçinin və ya işəgötürənin fərdi əmək mübahisələrinə məhkəmədə baxılması üçün iddia ərizəsi verilərkən müvafiq dövlət rüsumu və məhkəmə xərcləri qabaqcadan ödənilmir. 2. Əmək mübahisəsini mahiyyəti üzrə həll edən hakim müvafiq qətnamə qəbul edərkən qanunvericiliklə müəyyən edilmiş dövlət rüsumunun və məhkəmə xərclərinin iddiasını təmin etmədiyi iddiaçının, onun iddiasını təmin etdikdə isə cavabdehin hesabına ödənilməsi barədə qərar qəbul edir.
272
27 mart 2001-ci il tarixli 107-IIQD nömrəli “Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (