Azərbaycan respublikasinin əMƏk məCƏLLƏSİ1


Maddə 173. İşçilərin haqq-hesab sənədləri



Yüklə 273,35 Kb.
səhifə74/166
tarix04.06.2022
ölçüsü273,35 Kb.
#116622
1   ...   70   71   72   73   74   75   76   77   ...   166
Azərbaycan Respublikasının Əmək Məcəlləsi

Maddə 173. İşçilərin haqq-hesab sənədləri

1. İşəgötürən əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları əks etdirilən işçilərin haqq-hesab sənədlərini (kitabçalarını, vərəqələrini, çeklərini) tərtib edir.


2. İşçilərin haqq-hesab sənədlərində (kitabçalarında, vərəqələrində, çeklərində) aşağıdakı məlumatlar göstərilir:
hesablanmış əmək haqqının ümumi məbləği;
əmək haqqına əlavələr, mükafatlar, habelə digər ödənclər, onların növü və məbləğləri;
əmək haqqından tutulan məbləğlər — tutulmanın adı, növü, səbəbi və məbləği;
faktik ödənilən məbləğ;
tərəflərin birinin digərinə ödənilməmiş pul borcu və onun məbləği.
3. Haqq-hesab sənədləri (kitabçaları, vərəqələri, çekləri) onları tərtib edən mühasib tərəfindən imzalanır və hər dəfə əmək haqqı verilərkən işçiyə təqdim edilir.208
4. Bu maddə ilə müəyyən edilmiş əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları kompüter proqramları vasitəsilə də aparıla bilər. Hər dəfə əmək haqqı verilərkən işçinin tələbi ilə o, kompüter yaddaşında saxlanılan bu hesablamalarla tanış edilir. Bu məlumatlar işçinin xahişi ilə çap edilib ona verilə bilər.


Maddə 174. Əmək haqqının verilmə yeri, forması və ödənilmə vahidi

1. Əmək haqqı, bir qayda olaraq, işin icra olunduğu iş yerində verilir.


2. Əmək haqqı işçinin istəyi ilə onun bankdakı hesabına köçürülə və ya müvafiq ünvana göndərilə bilər.
3. İşçinin razılığı ilə əmək haqqının 20 faizə qədəri mütənasib dəyərli natura formasında müəssisədə istehsal edilən istehlak malları ilə, lakin alkoqollu içkilər, 18 yaşına çatmamış işçilərə energetik içkilər, habelə, tütün məmulatları, narkotik vasitələr və psixotrop maddələr və mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyəsi məhdudlaşdırılmış) digər əşyalar istisna olunmaqla, digər məişətdə işlədilən gündəlik tələbat malları ilə əvəz edilib verilə bilər.209
4. Əmək haqqı Azərbaycan Respublikasının pul vahidi — manatla ödənilir.



Yüklə 273,35 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin