Əvvəlki redaksiyada deyilirdi:
Maddə 135.Məzuniyyətin verilməməsinin və başqa vaxta keçirilməsinin qadağan edildiyi hallar
1. Bu Məcəllə ilə müəyyən edilmiş əsas məzuniyyətlərin (21 və ya 30 təqvim günü) bir iş ilindən başqa iş ilinə keçirilməsi, habelə əmək məzuniyyətlərinin dalbadal iki il ərzində verilməməsi qadağandır.
2. Əmək şəraitinə görə əlavə məzuniyyət hüququ olan işçilərə, habelə yaşı 18-dən aşağı olan işçilərə, hamilə qadınlara bir iş ilindən artıq dövrün əmək məzuniyyətinin verilməməsi və ya onun başqa iş ilinə keçirilməsi qadağandır.
197
24 fevral 2009-cu il tarixli 771-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 may 2009-cu il, № 105,Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 05, maddə 294) ilə 137-ci maddənin 1-ci hissəsinin birinci cümləsində “işçinin arzusu” sözlərindən sonra “və işəgötürənin razılığı” sözləri əlavə edilmişdir.
198
24 fevral 2009-cu il tarixli 771-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 may 2009-cu il, № 105,Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 05, maddə 294) ilə 137-ci maddənin 3-cü hissəsində “tərəflərin razılığı ilə ya” sözlərindən sonra “işə başladığı gündən etibarən əməkhaqqı hesablanır və” sözləri əlavə edilmişdir.
199
19 dekabr 2006-cı il tarixli 204-IIIQD nömrəli Qanun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1030) ilə 140-cı maddənin 4-cü hissəsində “əmək müqaviləsinin ləğvi ilə əlaqədar” sözləri çıxarılmışdır.
|