Azərbaycan respublikasinin hakiMİYYƏt böLGÜSÜ konsepsiyasi



Yüklə 33,08 Kb.
səhifə1/7
tarix27.09.2022
ölçüsü33,08 Kb.
#118009
  1   2   3   4   5   6   7
hüquq nezerıyyesı


  1. AZƏRBAYCAN RESPUBLİKASININ HAKİMİYYƏT BÖLGÜSÜ KONSEPSİYASI

Azərbaycan Respublikasının yeni Konstitusiyası qəbul edilərkən mövcud sistem nəzərə alınmış və özünəməxsus bir bölgü işlənib hazırlanmışdır. Konstitusiyanın preambulasında Azərbaycan Respublikası Konstitusiyasının 1991-ci il 18 oktyabr tarixində qəbul edilmiş "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında" Konstitusiya Aktina əsaslanması haqqında müddəa əks olunmuşdur. Məhz bu aktda da ilk dəfə olaraq Azərbaycan Respublikasında hakimiyyətin bölgüsü təsbit olunmuşdur. Yeni Konstitusiyaya əsasən dövlət hakimiyyati hakimiyyətlərin bölünməsi prinsipi əsasında həyata keçirilir.

  1. Qanunverici hakimiyyət

  2. İcraedici hakimiyyət

  3. Məhkəmə hakimiyyəti

Qanunverici hakimiyyəti Milli Məclis hayat keçirir, icra hakimiyyəti Azərbaycan Respublikası Prezidentinə mənsubdur, məhkəmə hakimiyyətini isə ədalət mühakiməsi yolu ilə məhkəmələr həyata keçirir.
Qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir.
Icra hakimiyyətini bölgü çərçivəsində, əsasən prezident təmsil edir, bununla belə, hakimiyyət bölgüsü mexanizmində Nazirlər Kabineti də iştirak edir. İcra hakimiyyəti bütövlükdə icra hakimiyyəti sisteminə daxil olan bütün organlar tərəfindən həyata keçirilir.
Məhkəmə hakimiyyətini Azərbaycan Respublikası məhkəmələri ədalət mühakiməşi yolu ilə həyata keçirir. Bu məhkəmələrə Azərbaycan Respublikası 1 ci instansiya məhkəmələri, apellyasiya instansiyaları məhkəmələri, kasassiya instansiyası məhkəmasi və Azərbaycan Respubliksının Konstitusiya Məhkəməsi daxildir.
Qanunverici hakimiyyət yalnız bir orqanda taşkilatlanıb, onun yerli orqanları yoxdur.
İcra hakimiyyəti çoxsaylı orqanlar sistemində təşkilatlanıb, bütün səviyyələrdə müxtəlif orqanlara malikdir. Nazirlər Kabineti Azərbaycan Respublikası prezidentinin yuxarı icra orqanıdır. Yerlərdə icraedici hakimiyyəti Azərbaycan Respublikası icra hakimiyyətləri həyata keçirirlər. Məhkəmə hakimiyyəti də daxilən hər bir üzvü geniş muxtariyyətə malik olan orqanlar sistemi tərəfindən həyata keçirilir, yəni bir məhkəmə digər məhkəmənin işinə müdaxilə eda bilməz, hər bir məhkəmə ayrılıqda məhkəmə hakimiyyətinin daşıyıcısıdır.
Ölkənin ali orqanları səviyyəsində hər üç hakimiyyət budağı arasında tarazlaşdırma və çəkindirmə sistemi qarşılıqlı şəkildə realizə olunur. Həm Milli Məclis, həm də prezident, hem də Konstitusiya Məhkəməsi bir-birinə konstitusion səlahiyyətlər vasitəsilə təsir edir. Hakimiyyət budaqları daxilində ikinci səviyyədə mənzərə bir qədər fərqlidir. Bu orqanlardan sonra gələn və orqanlar iyerarxiyasında mühüm rola malik orqanlar, ancaq və ancaq icra hakimiyyətində dəqiq və təşkilatlanmış şəkildə mövcuddur. Burada söhbət mərkəzi icra hakimiyyəti orqanlarından gedir.




  1. Yüklə 33,08 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin