Azərbaycan respublikasinin hakiMİYYƏt böLGÜSÜ konsepsiyasi



Yüklə 33,08 Kb.
səhifə6/7
tarix27.09.2022
ölçüsü33,08 Kb.
#118009
1   2   3   4   5   6   7
hüquq nezerıyyesı

Siyasi rejim cəmiyyətdə siyasi azadlıqların səviyyəsi, şəxsiyyətin hüquqi vəziyyəti, dövlət hakimiyyətini həyata keçirmək vasitəsi olan metod və üsullarla (demokratik, antidemokratik) xarakterizə olunur.
Demokratik rejim vətəndaşlara məxsus geniş hüquq və azadlıqların tanınmasını, müxalifət partiyalarının leqal fəaliyyətini, hökumətin müvafiq seçkilərdə qələbə çalmış partiyalardan təşkil olunmasını və s. nəzərdə tutur.
Antidemokratik rejim şəraitində insanların hüquq və azadlıqlarının boğulması, dövlətin vətəndaş cəmiyyətinin bütün sferalarına müdaxilə etməsi, hakimiyyətin ali nümayəndəli orqanının (parlamentin) ləğv edilməsi və ya onun oyuncaq idarəyə çevrilməsi, hökumətin hakimiyyəti ələ alan ordu tərəfindən təşkil olunması və s. istisna edilmir.
Dövlət formasını, onun siyasi rejimini xarakterizə etmək üçün «demokratiya» (xalq hakimiyyəti) anlayışı mühüm əhəmiyyət kəsb edir. Bu anlayışla dövlət quruluşu məlum olur, buna görə idarəetmə əksəriyyətin iradəsi ilə həyata keçirilir, hakimiyyətin yeganə mənbəyi xalq sayılır. Demokratik dövlətdə qanunvericilik hakimiyyəti əhalinin seçdiyi nümayəndəli orqan (xalq məclisi, parlament) tərəfindən həyata keçirilir. Nümayəndəli orqanlara seçkilər ümumi, bərabər, birbaşa seçki hüququ ilə gizli səsvermə yolu ilə həyata keçirilir. Demokratik dövlətdə insanların hüququ beynəlxalq hüquqla müəyyənləşdirilmiş prinsip və normalara, həmçinin həmin ölkənin konstitusiyasına uyğun olaraq həyata keçirilir.
Xalq hakimiyyətinin təzahür forması kimi «bilavasitə (birbaşa) demokratiya» və «nümayəndəli demokratiya» anlayışlarını fərqləndirmək lazımdır. Bilavasitə demokratiya o deməkdir ki, xalq dövlət işlərində birbaşa iştirak edir, məsələn, referendum yolu ilə - qanun layihəsi, yaxud başqa mühüm əhəmiyyətli problemlər üzrə öz iradəsini ifadə edir. Nümayəndəli demokratiya - xalqın, dövlətin idarə olunmasında iştirakının elə formasıdır ki, bu zaman o, özünə məxsus olan hakimiyyəti, seçkili orqanlarda təmsil olunan nümayəndələri vasitəsilə həyata keçirir.

Yüklə 33,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin