Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ


əvvəlki redaksiyada deyilirdi



Yüklə 4,86 Mb.
səhifə45/45
tarix25.10.2017
ölçüsü4,86 Mb.
#12620
1   ...   37   38   39   40   41   42   43   44   45

əvvəlki redaksiyada deyilirdi:

 407.1. Bu Məcəllənin 406.1-ci maddəsində göstərilən, yaxud nəqliyyat vasitəsinin qanunvericiliklə müəyyən edilmiş dayanma və durma qaydalarının pozulduğu hallarda nəqliyyat vasitələri müvəqqəti olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağında saxlanılır.

[858] 11 fevral 2011-ci il tarixli 66-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 6 mart 2011-ci il, № 052, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 03, maddə 167) ilə yeni məzmunda 407.1-1-ci maddə əlavə edilmişdir.

 

31 may 2011-ci il tarixli 135-IVQD nömrəli  Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 01 iyul 2011-ci il, № 140, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 6, maddə 470) ilə 407.1-1-ci maddədə “pozulduğuna görə” sözlərindən sonra “, inzibati cərimənin müəyyən edilmiş müddətdə ödənilməməsinə görə tətbiq edilən nəqliyyat vasitəsinin saxlanılması barədə qərara əsasən” sözləri əlavə edilmişdir, “sürücü inzibati cəriməni” sözləri “nəqliyyat vasitəsinin sahibi və ya inzibati xətanı törətmiş şəxs inzibati cəriməni (müvafiq olaraq hesablanmış dəbbə pulu daxil olmaqla)” sözləri ilə əvəz edilmişdir.



 

[859] 6 aprel 2012-ci il tarixli 322-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 11 may 2012-ci il, № 102, “Azərbaycan” qəzeti 13 may 2012-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 404) ilə 407.3-1-ci maddə əlavə edilmişdir.

 

[860] 9 dekabr 2003-cü il tarixli 557-IIQD nömrəli “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2003-cü il, № 12, maddə 714) ilə 408-ci maddədə "şinləri" sözündən sonra "və ya mühərriyi" sözləri əlavə edilmişdir.



 

[861]  22 iyun 2010-cu il tarixli 1045-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 02 iyul 2010-cu il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 7, maddə 598) ilə 409.1.1-ci maddədə “bilavasitə” sözündən sonra “və ya xüsusi texniki vasitələrin köməyi ilə” sözləri əlavə edilmişdir.

 

 

[862] 1 oktyabr 2007-ci il tarixli 423-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1048) ilə 409.1.2-ci maddədə “dövlət” sözü “dövlət orqanlarından və təşkilatlarından” sözləri ilə əvəz edilmişdir.



 

[863] 6 aprel 2012-ci il tarixli 322-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 11 may 2012-ci il, № 102, “Azərbaycan” qəzeti 13 may 2012-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 404) ilə 410.1.7-1-ci maddədə “texniki nəzarət etmə vasitələrindən” sözləri “xüsusi texniki vasitələrdən” sözləri ilə əvəz edilmişdir, “göstəriciləri” sözündən sonra “, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar” sözləri əlavə edilmişdir.

 

[864] 31 may 2011-ci il tarixli 135-IVQD nömrəli  Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 01 iyul 2011-ci il, № 140, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 6, maddə 470) ilə 410-cu maddəyə 410.1.7-1-410.1.7-2-ci maddələr əlavə edilmişdir.



 

[865] 31 may 2011-ci il tarixli 135-IVQD nömrəli  Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 01 iyul 2011-ci il, № 140, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 6, maddə 470) ilə 410-cu maddənin 410.3-cü maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

410.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolla tanış olmaq imkanı yaradılır.

 

[866] 31 may 2011-ci il tarixli 135-IVQD nömrəli  Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 01 iyul 2011-ci il, № 140, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 6, maddə 470) ilə 410-cu maddənin 410.4-cü maddənin beşinci cümləsi yeni redaksiyada verilmişdir.



Əvvəlki redaksiyada deyilirdi:

Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin ümayəndəsinin, habelə zərər çəkmiş şəxsin inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır.

 

[867] 6 aprel 2012-ci il tarixli 322-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 11 may 2012-ci il, № 102, “Azərbaycan” qəzeti 13 may 2012-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 404) ilə 410-1-ci maddə əlavə edilmişdir.



 

[868] 02 noyabr 2012-ci il tarixli 457-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 29 noyabr 2012-ci il, № 266, “Azərbaycan” qəzeti, 01 dekabr 2012-ci il, № 268) ilə 410-1.1-ci maddədə “151.3-1,” rəqəmlərindən sonra “151.3-2,” rəqəmləri, “151-1.3” rəqəmlərindən sonra “, 151-1.4,” rəqəmləri əlavə edilmişdir.

 

[869] 02 noyabr 2012-ci il tarixli 462-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 dekabr 2012-ci il, № 251) ilə 410–1.9-cu maddədə “159–1-ci” sözü “313–2.2-ci” sözü ilə əvəz edilmişdir.



 

[870] 6 noyabr 2007-ci il tarixli 481-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1091) ilə 412.1-ci maddənin birinci cümləsində “səkkiz” sözü “iyirmi” sözü ilə əvəz edilmişdir.

 

16 may 2008-ci il tarixli 607-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 iyun 2008-ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 454) ilə 412-ci maddədə “şərti maliyyə vahidi məbləğinin iyirmi mislindən” sözləri “iyirmi manatdan” sözləri ilə əvəz edilmişdir.



 

31 may 2011-ci il tarixli 135-IVQD nömrəli  Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 01 iyul 2011-ci il, № 140, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 6, maddə 470) ilə 412.1-ci maddədə “Törədilmiş” sözü “Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar istisna olmaqla, törədilmiş” sözləri ilə əvəz edilmişdir.

 

14 fevral 2012-ci il tarixli 298-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 11 aprel 2012-ci il, № 77, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 04, maddə 271) ilə 412.1-ci maddədə “Yol hərəkəti qaydaları” sözlərindən sonra “ ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları” sözləri əlavə edilmişdir.



 

[871] 30 iyun 2009-cu il tarixli  856-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  24 iyul 2009-cu il, № 160) ilə 413.1-ci maddədə “yol hərəkəti qaydalarının və ya yanğın təhlükəsizliyi sahəsində” sözləri “yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları əleyhinə” sözləri ilə əvəz edilmişdir.

29 iyun 2012-ci il tarixli 406-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2012-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 07, maddə 667) ilə 413.1-ci maddədə “Maliyyə” sözü “Sağlamlıq əleyhinə, yaxud maliyyə” sözləri ilə əvəz edilmişdir.

 

[872] 6 noyabr 2007-ci il tarixli 481-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1091) ilə 414.1-ci maddədə “bir günədək” sözləri “48 saatadək” sözləri ilə əvəz edilmişdir.



 

[873]  22 iyun 2010-cu il tarixli 1045-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 02 iyul 2010-cu il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 7, maddə 598) ilə yeni redaksiyada 415.5-ci maddə əlavə edilmişdir.

 

[874] 22 iyun 2010-cu il tarixli 1045-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 02 iyul 2010-cu il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 7, maddə 598)  ilə 420.3-cü maddədə “işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs)” sözləri “inzibati xətanın baxıldığı yer üzrə məhkəmə” sözləri ilə əvəz olunmuşdur.



 

[875] 22 iyun 2010-cu il tarixli 1045-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 02 iyul 2010-cu il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 7, maddə 598)  ilə 421.3-cü maddədə “nəqliyyat vasitəsinin qeydiyyatda olduğu yer üzrə” sözləri “müvafiq icra hakimiyyəti orqanının mərkəzi məlumat sisteminin məlumatları nəzərə alınmaqla bu Məcəllənin 421.1-ci maddəsində nəzərdə tutulmuş qaydada” sözləri ilə əvəz olunmuşdur.

 

[876] 20 iyun 2003-cü il tarixli 490-IIQD nömrəli “Azərbaycan Respublikası Seçki Məcəlləsinin müddəalarının pozulmasına görə məsuliyyət haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2003-cü il, № 6, maddə 279) ilə Məcəllədən 425.4-cü maddə çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:



425.4. Kollegial orqanın qərarı və ya qərardadı iclasda iştirak etmiş kollegial orqanın üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.

 

[877] 6 noyabr 2007-ci il tarixli 481-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1091) ilə 426.1.5-ci maddədə “maddəsi” sözündən sonra “və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü” sözləri əlavə edilmişdir.



 

[878] 6 noyabr 2007-ci il tarixli 481-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1091) ilə 427.2-ci maddədə “, yaxud zərərçəkmiş şəxsin xahişi ilə ona” sözləri“və zərər çəkmiş şəxsə” sözləri ilə əvəz edilmişdir.

 

[879] 6 noyabr 2007-ci il tarixli 481-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1091) ilə 430.2.3-cü maddədə “yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə)”sözlərindən sonra “və ya məhkəməyə” sözləri əlavə edilmişdir.



 

[880] 10 iyun 2011-ci il tarixli  146-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  01 iyul 2011-ci il №140, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 6, maddə 479)  ilə 431.1-ci və 431.2-ci maddələr aşağıdakı redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

431.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest həmin qərarı qəbul etmiş hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir.

      431.2. Hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) qərarın çıxarıldığı gündən üç gün müddətində şikayəti və ya protesti iş üzrə bütün materiallarla birlikdə apellyasiya instansiyası məhkəməsinə, kollegial orqanın olduğu yerin məhkəməsinə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərir.

 

[881] 6 aprel 2012-ci il tarixli 322-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 11 may 2012-ci il, № 102, “Azərbaycan” qəzeti 13 may 2012-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 404) ilə 432.1-ci maddədə “, təqdim edildiyi və ya alındığı gündən” sözləri “bu Məcəllənin 370-1-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan” sözləri ilə əvəz edilmişdir.



 

[882] 10 iyun 2011-ci il tarixli  146-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  01 iyul 2011-ci il №140, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 6, maddə 479) ilə “Azərbaycan Respublikasının qanunvericiliyi ilə” sözləri “bu Məcəllədə” sözləri ilə əvəz edilmişdir.

 

[883] 14 may 2013-cü il tarixli 651-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 iyun 2013-cü il, № 120) ilə Məcəlləyə 442.1-1-ci maddə əlavə edilmişdir.



 

[884] 6 noyabr 2007-ci il tarixli 481-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1091) ilə 445-ci maddədə ismin müvafiq hallarında verilmiş “protest” sözü ismin müvafiq hallarında “şikayət və ya protest” sözləri ilə əvəz edilmişdir.

 

[885] 31 may 2011-ci il tarixli 135-IVQD nömrəli  Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 01 iyul 2011-ci il, № 140, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 6, maddə 470) ilə 446.1.4-cü maddə əlavə edilmişdir.



 

02 noyabr 2012-ci il tarixli 462-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 dekabr 2012-ci il, № 251) ilə 446.1.4-cü maddə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:



446.1.4. barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə.

 

 



[886] 02 noyabr 2012-ci il tarixli 462-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 dekabr 2012-ci il, № 251) ilə yeni məzmunda 446.1.5-ci və 446.1.6-cı maddələr əlavə edilmişdir.

14 may 2013-cü il tarixli 651-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 iyun 2013-cü il, № 120) ilə 446.1.6-cı maddədə “313-2.1,” rəqəmlərindən sonra “313-2.1-1,” rəqəmləri əlavə edilmişdir.

 

[887] 6 aprel 2012-ci il tarixli 322-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 11 may 2012-ci il, № 102, “Azərbaycan” qəzeti 13 may 2012-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 404) ilə 447.1-ci maddədə “İnzibati” sözü “Bu Məcəllənin 23.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh istisna olmaqla, digər inzibati” sözləri ilə əvəz edilmişdir.



 

[888] 14 may 2013-cü il tarixli 651-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 iyun 2013-cü il, № 120) ilə 451.1-ci maddədə “qərar” sözü “səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı” sözləri ilə əvəz edilmişdir.

 

[889] 14 may 2013-cü il tarixli 651-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 iyun 2013-cü il, № 120) ilə 451.1-1-ci maddə əlavə edilmişdir.



 

[890] 6 noyabr 2007-ci il tarixli 481-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1091) ilə 451.3-cü maddə üzrə, “cərimə” sözündən sonra “inzibati xəta törətmiş şəxs tərəfindən” sözləri əlavə edilmişdir və  yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.

 

15 noyabr 2011-ci il tarixli 239-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 14 dekabr 2011-ci il, № 270, “Azərbaycan” qəzeti 15 dekabr 2011-ci il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1095) ilə 451.3-cü maddəsinin birinci cümləsində “banka və ya səlahiyyətli kredit təşkilatına” sözləri “bank, poçt, plastik kart və ya internet vasitəsilə” sözləri ilə, ikinci cümləsində “Bank və ya səlahiyyətli kredit təşkilatı” sözləri “Cərimənin ödənilməsi qaydası” sözləri ilə əvəz edilmişdir.



 

[891] 6 mart 2007-ci il tarixli 260-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 401) ilə 451.4.1-ci maddədə "təşkilata" sözündən sonra "və ya pensiya təyin edən orqana" sözləri əlavə edilmişdir.

 

[892]  30 may 2003-cü il tarixli 463-IIQD nömrəli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2003-cü il, № 8, maddə 407) ilə 451.4.2-ci maddəyə ikinci abzas əlavə edilmişdir.



 

[893] 14 may 2013-cü il tarixli 651-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 iyun 2013-cü il, № 120) ilə 451.4-cü maddədən “hakim,”, 451.4.2-ci maddənin ikinci hissəsinin ikinci cümləsindən və 451.5-ci maddədən “hakimə,” sözləri çıxarılmışdır.

 

[894]  24 dekabr 2002-ci il tarixli 409-IIQD nömrəli "Məhkəmə qərarlarının icrası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2003-cü il, № 1, maddə 23) ilə 451.6-cı maddədə "inzibati cərimə tətbiq etmə haqqında qərar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun əmlakı üzərinə yönəldilir" sözləri "yaxud cərimə, könüllü qaydada ödənilmədikdə inzibati cərimə tətbiq etmə haqqında qərar müvafiq qanunla nəzərdə tutulmuş qaydada məcburi icraya yönəldilir" sözləri ilə əvəz edilmişdir.



 

30 may 2003-cü il tarixli 463-IIQD nömrəli “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2003-cü il, № 8, maddə 407) ilə Məcəllənin 451.6-cı maddəsinə "eləcə də" sözlərindən sonra "hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesabları barədə məlumat və ya" sözləri əlavə edilmişdir.

 

[895] 14 may 2013-cü il tarixli 651-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 iyun 2013-cü il, № 120) ilə 451.6-1, 451.6-2 və 451.6-3-cü maddələr əlavə edilmişdir.



 

[896] 22 iyun 2010-cu il tarixli 1045-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 02 iyul 2010-cu il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 7, maddə 598)  ilə yeni məzmunda 451.7-ci maddə əlavə edilmişdir.

 

31 may 2011-ci il tarixli 135-IVQD nömrəli  Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 01 iyul 2011-ci il, № 140, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 6, maddə 470) ilə 451.7-ci maddə yeni redaksiyada verilmişdir.



Əvvəlki redaksiyada deyilirdi:

451.7. Beynəlxalq daşımaları həyata keçirən sürücülər tərəfindən inzibati xəta istirahət, səsvermə, iş günü hesab olunmayan bayram günləri və ümumxalq hüzn günündə törədildikdə və sürücü barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edildikdə cəriməni banka və ya səlahiyyətli kredit təşkilatına ödəmək və ya köçürmək mümkün olmadıqda, həmin cərimə səlahiyyətli vəzifəli şəxsə ödənilə bilər. Bu halda inzibati xəta törətmiş şəxsə bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulmuş qaydada qəbz verilir.

 

 



[897] 14 fevral 2012-ci il tarixli 298-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 11 aprel 2012-ci il, № 77, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 04, maddə 271) ilə yeni məzmunda 451.8-ci maddə əlavə edilmişdir.

 

[898] 31 may 2011-ci il tarixli Azərbaycan 135-IVQD nömrəli  Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 01 iyul 2011-ci il, № 140, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 6, maddə 470) ilə 455.6-cı maddə əlavə edilmişdir.



[899] 11 fevral 2011-ci il tarixli 66-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 6 mart 2011-ci il, № 052, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 03, maddə 167) ilə yeni məzmunda 456.1-1-ci və 456.1-2-ci maddələr əlavə edilmişdir.

 

[900] 31 may 2011-ci il tarixli 135-IVQD nömrəli  Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 01 iyul 2011-ci il, № 140, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 6, maddə 470) ilə 456.2-ci maddədə “azaldıqda,” sözlərindən sonra “bu Məcəllənin 455.6-cı maddəsinə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərara xitam verildikdə,” sözləri əlavə edilmişdir.



[901] 11 fevral 2011-ci il tarixli 66-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 6 mart 2011-ci il, № 052, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 03, maddə 167) ilə yeni məzmunda 456.3-cü maddə  əlavə edilmişdir.

 

[902] 6 aprel 2012-ci il tarixli 322-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 11 may 2012-ci il, № 102, “Azərbaycan” qəzeti 13 may 2012-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 404) ilə 456.4-cü maddə əlavə edilmişdir.



 

02 noyabr 2012-ci il tarixli 462-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 dekabr 2012-ci il, № 251) ilə 456.4-cü maddədə “159–1-ci” sözü “313–2.2-ci” sözü ilə əvəz edilmişdir.

 

[903] 02 noyabr 2012-ci il tarixli 462-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 dekabr 2012-ci il, № 251) ilə yeni məzmunda 446.1.5-ci və 446.1.6-cı maddələr əlavə edilmişdir.



 

[904] 24 iyun 2008-ci il tarixli 658-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 avqust 2008-ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 701) ilə 457.2-1-ci maddə əlavə edilmişdir.

13 iyun 2013-cü il tarixli 684-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 7 avqust 2013-cü il, № 171) ilə 457.2-1-ci maddədə “müəssisəsində” sözündən sonra “müvəqqəti” sözü əlavə edilmişdir.

 

[905] 13 iyun 2013-cü il tarixli 684-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 7 avqust 2013-cü il, № 171) ilə 457.2-2-ci maddə əlavə edilmişdir.



 

[906] 13 iyun 2013-cü il tarixli 684-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 7 avqust 2013-cü il, № 171) ilə 457.6-cı maddə əlavə edilmişdir.
Yüklə 4,86 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin