Azərbaycan respublikasinin kənd təSƏRÜfati naziRLİYİ azərbaycan döVLƏt aqrar universiteti fakultə


-İnsan sağlamlığında vitaminlərin rolu



Yüklə 26,18 Kb.
səhifə5/6
tarix06.06.2022
ölçüsü26,18 Kb.
#116654
1   2   3   4   5   6
Murtuz Kurs İşi

-İnsan sağlamlığında vitaminlərin rolu.
Vitaminlər. Süd məhsullarında suda həll olan vitaminlər qrupundan – B1, B2, B3, C və PP vitaminləri olur. Yağda həll olan vitaminlərdən A, D, E vitaminləri yüksək yağlı südlərdə olur. Yağda həll olan vitaminlər smetanda, yağlı şorda, qaymaqda, inək yağında və pendirdə olur.
A vitamini (retinol) süd məhsullarında xeyli miqdarda olur. Onlarda A vitamini ilə yanaşı karotin də olur.
D vitamini (kalsiferol) süd məhsullarında ultrabənövşəyi şüaların təsirindən heyvan toxumalarında olan 7-dehidroxolesterindən alınır.
B qrupu vitaminləri süd məhsullarında kifayət qədərdir. İnsan üçün süd məhsulları laktoflavin və pantoten turşuları mənbəyidir ki, bu da onları funksional qida məhsullarına aid etməyə əsas verir. Propion və sirkə turşusu bakteriyalarının köməkliyi ilə alınan süd məhsullarında (xüsusilə pendirlər) B12 vitamininin (kobalamin) miqdarı südə nisbətən xeyli çox olur.
C vitamini (askorbin turşusu) süd məhsullarında çox deyildir.Bu vitamin oksidləşməyə az dözümlü olub, onun miqdarı nəqletdirilmə, saxlanma və pasterizə zamanı kəskin surətdə azalır.
-Nəticə:
Rusiyada aparılan tibbi elmi tədqiqatlar göstərmişdir ki, son illər bir sıra əhali təbəqələrinin, xüsusilə az gəlirlilərin qidasında zülal və enerji çatışmazlığı müşahidə olunmaqdadır. Eyni zamanda müəyyən olunmuşdur ki, insanların piylənmədən əziyyət çəkməsi maddələr mübadiləsinin pozulmasının nəticəsidir. Orta ömür 30%-dək qısalımaqla kişilərdə bu göstərici 57 il, qadınlarda isə 72 ildir. Ənənəvi olaraq qida lifləri, bitki polisaxaridləri və liqnin kimi müəyyən olunmuş və onlar insanın həzm sistemində metabolizmə uğramır. Həll olan qida lifləri nümayəndəsinə pektin, həll olmayanlara isə sellüloza aiddir.Pozitiv (funksional, sağlam) qidalanma konsepsiyası ilk dəfə Yaponiyada XX-ci əsrin 80-ci illərində yaranmışdır. Yapon tədqiqatçıları funksional məhsulların qida (enerji) dəyəri, xoşagələn dad və müsbət fizioloji təsir kimi 3 əsas xüsusiyyətini müəyyənləşdirmişlər:Rasionda ayrı-ayrı maddələrin nisbətini müəyyənləşdirən balanslaşdırılmış qidalanma konsepsiyası kimyəvi prosesləri xarakterizə edən mübadilə reaksiyalarının cəmini əks etdirir.Vitaminlərin kifayət qədər qəbul edilməməsi insan orqanizminə çox mənfi təsir göstərir və insan özünü pis hiss edir, fiziki və əqli iş qabiliyyəti zəifləyir. Eyni zamanda insanın soyuqdəymə və xəstəliklərə yoluxmağa qarşı müqaviməti aşağı düşür, əmək şəraitinin və xarici mühitin zərərli təsirinin orqanizmə mənfi təsiri güclənir, istənilən xəstəliyin keçməsi çətinləşir və onun müvəffəqiyyətli müalicəsi ləngiyir.


Yüklə 26,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin